Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

Mən ona, yerəkənə bal  kimi  pendir verərəm.
Əgər o mənə xırda lobya versə,
Mən ona, yerəkənə xırda pendir verərəm.
Onun yeyə biləcəyindən çox,  onun  içə biləcəyindən  çox 
Mən artıqlaması  ilə qatı  süd verərəm!
Nəyi yaxşıdır məndən yerəkənin?
Sonrakı  parçada  Dumuzi  çayın  kənarında  oturub  sevinir. 
Görünür,  onun  dəlilləri  İnannanı  özünün  əvvəlki  qərarını  dəyişməyə 
inandırmışdır.  Burada  o,  Enkimdu  ilə  qarşılaşır  və  öz  rəqibinə 
sataşmağa başlayır:
Çoban -   suvatrılmış tarlalarla,
Qoyunları  apardı  suvarılmış  tarlalarla,  çoban  -   suvarılmış 
tarlalarla.
Çobanın yanma suvarılmış tarlalarda,
Çobana yerəkən yaxınlaşır,
Yerəkən Enkimdu  ona yaxınlaşır,
Dumuziyə kanalların və xəndəklərin yiyəsi  yaxınlaşır.
Səhrada  düzənlikdə,  çoban  düzənlikdə,  onunla  dava-dalaş 
salmaq  istədi.
Çoban  Dumuzi  səhrada  düzənlikdə  onunla  dava-dalaş  salmaq
istədi.
Lakin  Enkimdu  dava-dalaşdan  qaçmaq  üçün  öz  torpağında 
Dumuziyə qoyun  sürülərini  otarmağa icazə verir.
Mən  və sən,  ay çoban, mən və sən, ay çoban,
Nə haqda səninlə mübahisə edək?
Sənin qoyunların  suvarılmış torpaqlarda ot yeyir,
Sənin qoyunların qoy mənim  tarlalarımdan  keçsin,
Çörək yeyirlər,  Uruk  tarlalarında otlayırlar.
Sənin  quzuların,  sənin  oğlaqların  mənim  İsunıqala  kanalımdan 
su  içsinlər.
Dumuzi  sakitləşir və yerəkəni  dostcasına öz toyuna dəvət edir.
Mən -  çobanam  və mənim  toyumda 
Yerəkən  həqiqətən  mənim  dostum  olacaq!
Yerəkən  Enkimdu  mənim  dostum, yerəkən -  mənim  dostum 
Həqiqətən dostum  olacaq!
170
Enkimdu  cavabında  deyir  ki,  özünün  təsərrüfatının  seçmə 
məhsullarından Dumuzinin və İnannanın toyuna hədiyyə gətirəcək 
Mən  sənə buğda gətirəcəyəm,  mən  sənə lobya gətirəcəyəm 
Mərcimək,  onun təmiz dənlərini  mən sənə gətirəcəyəm !
Qız,  sənin üçünsə hər şey gətirəcəyəm.
Qız  tnannaya bahalı  qətran ətir üçün gətirəcəyəm!
Şair öz əsərini  ənənəvi  sonluqla bitirir:
Çobanla yerəkənin mübahisəsində,
Qız  İnanna,  eşq olsun  sənə!
Yerinə yetirmək  üçün.
Oxucu,  yəqin  ki,  kitabın  əvvəlki  səhifələrində  Bibliya 
mövzusunun  əks-sədasını  az tutmamışdır.  Əzəli  okean,  göyün  yerdən 
ayrılması,  palçıqdan  insanın  yaranması,  əıxlaq  normaları,  qanunlar 
və  kodekslər,  əzablar  və  mütilik,  Kainlə  Avelin  mübahisəsinə 
oxşayan  mübahisə  -  bütün  bunlar  uzaqdan  olsa  da  Əhdi-ədiqin  bir 
çox  motivlərini  yada  salır  İndi  isə  cənnət  haqqında  əfsanənin  əks 
olunduğu  şumer  poemasına  müraciət  edək.  Çörək  Varlıq  Kitabının 
bir sıra motivləri  ondan  keçirmi.
Dərhal  demək  lazımdır:  Şumer  poemasında  söhbət  yer  cənnəti 
deyil,  səma  cənnəti  haqqında  gedir.  Onda  tamahlan  güc  gələn  Adam 
və Həvva yoxdur  lakin  bu əfsanədə cənnət haqqında Bibliya əfsanəsi 
ilə  bir  sıra  paralellər  var.  Bəlkə  o  da  qadının  kişinin  qabırğasından 
yaranması  epizodunun  bir qədər gözlənilməz izahatını  verir.
171


21.  CƏNNƏT.
BİBLİYA İLƏ İLK PARALELLƏR.
Son  yüz  ildə  Misirdə  və  Yaxın  Şərqdə  aparılan  arxeoloji 
tədqiqatlar  mənəvi  və  maddi  mədəniyyətin  elə  sərvətlərini  üzə 
çıxarmışlar ki,  alimlərin  əvvəlki  nəsli  belə  şeyləri  ağıllarına  da gətirə 
bilməzdi.  Qum  və  toz  qalıqları  altından  tapılıb  çıxarılmış  qədim 
mədəniyyət  irsinin  öyrənilməsi,  qədim  dillərin  açılması,  çoxdan 
itirilmiş  və  unudulmuş  ədəbi  abidələrin  bərpası  bizim  tarixi 
üfüqlərimizi bir çox minilliklər genişləndirdi.
“Bibliya  ölkələrində”  arxeoloji  tədqiqatların  ən  mühüm 
nəticələrindən  biri  Bibliyanın  özünün  yaranması  və  ilkin  əsaslarına 
parlaq  işıq  saçan tapıntılardır.  Bu gün  biz  tam  əminliklə  deyə  bilərik 
ki,  bu  ədəbi  abidə  bir anda  boş yerdə  çıxan  süni  çiçək  kimi  bir  anda 
meydana gəlməmişdir.  O,  öz  kökləri  ilə  əsrlərin  dərinliklərinə gedir, 
o  bütün  qonşu  ölkələrin  şirəsini  özünə  çəkmişdir.  Həm  formasına, 
həm  məzmununa  görə  Bibliya  kitabları  Yaxın  Şərqin  ən  qədim 
mədəniyyətlərinin ədəbi əsirləri  ilə çox  oxşardır.
Şumer  ədəbiyyatı  qədim  yəhudi  ədəbiyyatına  dərin  və  güclü 
təsir  göstərmişdir.  Ona  görə  mixi  yazılı  mətnlərin  açılması  və 
tərcümə  edilməsinin  ən  maraqlı  cəhətlərindən  biri  Şumer  və  Bibliya 
süjetləri 
arasındakı 
oxşarlığın 
yaxud 
paralellərin 
müəyyən 
edilməsidir.
Əlbəttə,  şumerlər  qədim  yəhudi  ədəbiyyatına  birbaşa  təsir 
göstərə  bilməzdilər,  çünki  onlar  yəhudilərin  meydana  gəlməsindən 
çox  qabaq  yox  olmuşdular.  Lakin  heç  bir  şübhə  yoxdur  ki,  şumerlər 
yəhudilərin  birbaşa  şələllərinə  saxlanc  üçün  çox  şeylər  vermişlər. 
Onlar  sonralar  Fələstin  adlanan  ölkə,  həmçinin  assiryalılar, 
vavilonlar, xettlər,  xurritlər,  arameylər kimi  xalqlar idi.
“Enki  və  Ninxursaq”  əfsanəsi  belə  paralellərə  ən  yaxşı 
nümunədir.  Bu  əfsanənin  mətni  hələ  1915-ci  ildə  dərc  edilmişdir, 
ancaq  onun  məzmunu  1945-ci  ilə  qədər  aydın  olmamışdır.  Həmin 
ildə  mən  onun  yeni  variantını  Bulletin  of the  Amerikan  Schools  of 
Oriental  Research bülletenində dərc etdirmişəm.
172
Poema 
Pensilvani 
universiteti 
Filadelfıya 
Muzeyində 
saxlanılan  bir  lövhəciyin  altı  sütununda  yerləşdirilmişdir.  Həmin 
lövhəciyin  Edvard  Kyera  tərəfindən  tanınmış  kiçik  surəti  Luvrda 
saxlanılır.  Əslində  insanlardan  daha  çox  allahlar  üçün  cənnət 
haqqında  həmin  əfsanənin  qısa məzmunu belədir:
“Təmiz”, 
“korlanmamış”, 
“işıqlı”, 
“canlılar 
diyarı”, 
sakinlərinin  ölüm  və  xəstəlik  nə  olduğunu  bilmədikləri  Dilmun 
ölkəsində63  bitki  və  heyvanların  həyatı  üçün  vacib  olan  su  yox  idi. 
Ona görə böyük  şumer su  allahı  Enki  günəş  allahı  Utuya əmr edir ki, 
Dilmuna  yerdən  su  versin.  Buna  əməl  olunduqdan  sonra  Dilmun 
yaşıl tarlaların  çiçəklənən  otlaqlarla birləşdiyi  ilahi bağına çevrildi.
İlahə  -  ana  Ninxursaq  (ola  bilsin  ilkin  dövrdə  ana-torpaq 
olmuşdur)  allahların  cənnət  bağında  səkkiz  bitki  yetişdirir.  Bu,  ona 
çox  çətinliklə  müyəssər  olur  Mürəkkəb  proseslər  dövründə  su 
allahından  ilahələrin  üç  nəsli  dünyaya  gəlir  (bu  poemada  dəfələrlə 
qeyd  edilir).  Onlann  hamısı  əzab-əziyyətsiz  doğulur.  Ancaq  Enki 
Ninxursaqın  becərdiyi  bitkilərin  dadına  baxmaq  istəyir.  Onun  elçisi 
ikiüzlü  allah  İsimiud  çox  qiymətli  zoğları  bir-birinin  ardınca  qoparıb 
öz ağasına verir və Enki  onların hamısını  yeyir.
Qəzəblənən  Ninxursaq  Enkini  lənətləyir  və  onu  ölümə 
məhkum  edir.  Yumşalmamaq  və  öz  qərarını  dəyişməmək  üçün  o, 
alllahlar cəmiyyətini  tərk  edir.
Enkinin  sağlamlığı  pisləşməyə  başlayır.  Xəstəlik  onun  səkkiz 
orqanını  sıradan  çıxarır.  O,  gücdən  sürətlə  düşdükcə  qalan  allahlar 
matəmə  qərq  olur  və  kəfənə  bürünürlər.  Hətta  Şumer  allahlarının 
çan,  hava  allahı  Enlil  də  bu  bədbəxtliklə  bacara  bilmir.  Və  hardansa 
tülkü  peyda  olur  O,  müvafiq  mükafat  binəmində  Ninxursaqı 
tapacağım  söyləyir.  Tülkü  öz  vədinə  əməl  edir.  Hansı  yollasa 
təəəssüfki,  mətnin  bu  hissəsi  zədələnmişdir -  o ilahə ananı  allahların 
yanına  qayıtmağa  və  ölməkdə  olan  Enkini  sağaltmağa  məcbur  edir. 
Ninxursaq  xəstənin  yanında  oturaraq  soruşur  ki,  onun  bədəninin 
hansı  hissəsi  ağrıyır  O,  orqanların  adını  dedikcə  Ninxursaq  səkkiz 
müalicə allahı  yaradır.  Enki  sağalır,  ölüm  onu daha hədələmir.
Bütün  bunlarla cənnət haqqında Bibliya əfsanəsi  arasında hansı 
əlaqə var?
173


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə