qulluqçularının
donuna
girir
-
tarixdə
ilk
“allahlıq
metamorfozasıdır!” - və Ninli üç dəfə mayalayır ki, öz böyük
qardaşları Sini əvəz edib onu göyə qaldırmağa imkan yarada biləcək
üç yeraltı səltənət allahı doğsun.
A Kiur - ilahə Niniilin məbədi - Qeyd. tər.
Budur bir neçə parça (amma, qeyd etmək lazımdır ki, ayrı-ayrı
sətrlərin mənası hələ də aydın deyil və rəvayətin bu hissəsinin
mənası gələcəkdə ola bilsin ki, başqa cür yozula bilər)
Enlil, qadağaları pozan, şəhəri tərk et!
Nunamir, qadağaları pozan, şəhəri tərk et!
Enlil - o özü talelər həll edəndir,
Nunamir - o özü talelər
həll edəndir,
Enlil gedir, Ninlil də arxasınca.
Nunamir gedir, qız təqib edir.
Enlil baş darvazaların gözətçisinə belə deyir:
- Ey mənim qapıçım, siyirtmələrin qoruyucusu.
Hiylələr qoruyucusu, siyirtmələr nəzarətçisi.
Sənin ilahən Ninlib bura gələcək
Mənim harda olduğumu səndən soruşanda
Harda gizləndiyini ona demə!
Ninlil baş darvazaların gözətçisinə belə deyir.
Ey mənim qapıçım, siyirtmələrin qoruyucusu
Hiylələr qoruyucusu, siyirtmələr nəzarətçisi
Enlil, sənin hökmdarın, hara getdi o?
qız ona belə deyir.
Enlil, baş darvazaların gözətçisi əvəzinə ona belə deyir:
Mənim ağam, ey gözəllər gözəli, onu deməyə icazə
vermədi!
Enlil, ey gözəllər gözəli, bu barədə deməyə icazə vermədi.
Söz deyildi, iş görüldü.
Mənim bətnim ağırdır, bu barədə susacaqsanmı sən9
Enlil, bütün ölkələrin hakimi, doldurdu qasığımı mənim,
Enlil sənin ağan, mənsə sənin sahibən.
Əgər sən mənim sahibəmsənsə, sənə toxunmağa icazə ver.
Mənim ağamın toxumu, mənim bətnimdə parlayan toxumu
112
Zuenin toxumu, mənim bətnimdə parlayan toxumu.
-
Mənim ağamın toxumu - göyə, mənim toxumum - qoy
yerə getsin!
Və Enlil gözətçi görkəmində yataqda onunla yatdı.
Onu öpdü o, onu sığalladı o.
Kök qaldıraraq onu qucaqladı.
Nerqal-Meslamtenin toxumunu onun bətninə tökdü.
Sonra Enlil “Yeraltı məmləkətin çayına” doğru gedir (Şumer
Stiksinə). Ninlil onun arxasınca gedir və Enlilə, “yeraltı çay adamı
ilə” Ninlil arasında həmin səhnə eynilə təkrara olunur. Burada Enlil
“yeraltı çay adamı” görkəmində Ninazamn, yeraltı səltənətin başqa
allahının toxumu ilə Ninlili mayalayır.
Sonra Enlil Şumer Haronunun, ölü daşıyanın yanına gedir.
Həmin səhnə yenidən təkrar olunur. Enlil bu dəfə Ninlili arabaçı
obrazında üçüncü allahın toxumu ilə mayalayır. Onun adı lövhəcikdə
qalmamışdır. Şübhəsiz, qaranlıq dünyada yaşamağa məhkum edilmiş
allahlardan biri haqqında söhbət gedir. Əfsanə bolluq və çiçəklənmə
bəxş etmiş, sözü qanun olan böyük, qüdrətli allah Enlilin şərəfinə
qısa himnlə bitir.
Bu rəvayət Şumer allahlarının antropomorf xarakterini aydın
göstərir. Onların arasında hətta ən müdrik və qüdrətli olanlar da öz
siması, fikir və əməlləri ilə insana oxşayırdılar. İnsanlar kimi allahlar
da planlar qurur, hərəkət edir, içir, yeyir, evlənir, ailə qurur, böyük
təsərrüfat idarə edirlər, insana xas olan zəiflik, xəstəlik onlarda da
var. Bütünlükdə onlar həqiqətdən yalanı, ədalətdən gücü üstün
tuturlar. Lakin onların niyyəti heç də həmişə sadə insana aid deyil.
Hesab edilirdi ki, allahlar “göy və yer dağında, günəş çıxan
yerdə” yaşayır, yaxud onların iştirakı tələb olunmayana qədər
kainatın onlara həvalə olunmuş hissəsində olurlar. Allahlann fəzada
hansı vasitələrlə hərəkət etmələri də aydın deyil. Qalmış mənbələrə
görə təsəvvür etmək olar ki, ay allahı böyük qayıqda, günəş allahı
cəng arabasında, yaxud başqa gümana görə piyada, tufan allahı isə
buludlar üstündə gəzirmiş. Ancaq belə praktik suallar şumer
mütəfəkkirlərini o qədər də məşğul etmirdi. Ona görə də allahların
bütün Şumer ərazisinə səpələnmiş öz çoxsaylı məbədlərinə,
113