Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

işıqlı etsin, qoy xoşməramla səni məhəkəmə etsin!
Nanna,  “yuxugörmə günündə”  qoy taleyini 
xoş məramla həll etsin!
Nerqal, Enlili o dünyanın, qoy o sənə qarşı xoş niyyətli  olsun! 
Qoy Tale yerində sənin adın  çəksin,  qoy yeməyi 
xoş niyyətlə yesinlər.
Sən himayəsində yeraltı  dünyanın ilahəsinin, 
qoy rəhmlə səninçün oynasın.
Su tökülən yerdə qoy övladlann  sənin  üçün təzə su töksünlər. 
Aşağıdakı evdə onu yerləşdirsinlər.. .cənab Ninqişzidi...
Qoy qüdrətli  Gilqameş sənə xoş üz göstərsin...
Nedu Etanla elə sənin köməkçilərin olsun!
Qoy sənin allahın yeraltı dünyada sənin üçün  ibadət etsin!
-  Kifayətdir!  -   qoy  belə  desin  sənin  hami-allahın,  qoy  sənin 
taleyini xoş məramla həll  etsin.
Qoy  sənin  şəhərinin  allahlan  sənin  ürəyini  xoş  niyyətlə 
dövrələsin!
Qoy qəhrəmanlıqla azad etsinlər ürəyinin qəzəbini.
Qoy  sənin  ev  adamlarının  günahlarını,  onların  hesabını 
kəssinlər.
Qoy bütün yamanlıqları,  sənə qarşı  olanları  məhv etsinlər! 
Kimləri  ki  qoyub getmisən,  qoy onlar xoşbəxt olsunalr!
Qoy... tutsunalr... geyimi...
Qoy sənin xeyirxah ruhun,  qoy bütün hamilərin  səni  qorusun! 
Qoy səndən törəmiş uşaqlar qəhrəmanlıq üçün böyüsünlər!
Qoy sənin qızlarının hamısı ərə getsin!
Qoy sənin arvadın yaşasın, qoy  sənin nəslin çiçəklnsin.
Qoy bolluq və xoşbəxtlik hər gün  onlarla olsun.
Qoy  sənin  palçıq  borun  şərab  və  pivə  süzmək  üçün  heç  vaxt 
qurumasın.
Qoy sənin ev adamlarının  sehri  sənin himayəçi  allahının ibadəti
olsun!
206
İKİNCİ  ELEGİYA.
Acıqlı  gün tutdu onu,  təmizə düşdü,
Şirin  qadına, təmiz,  çiçəklənən,  qəzəbli  baxış düşdü 
Quş balasına yuvanı  tərk etmiş tor atıldı 
Bəhərli  ana, çoxlu  oğulların  anası, cələyə düşdü.
Sarı  inək, müqəddəs, vəhşi,  parçalandı,  şüşə qab  kimi.
O, “mən xəstəyəm”  demədi,  öz qayğısına qalmadı.
Müqəddəs yerləri..  tərk etmədi ...
Onun qundağında,  ağır qundağında onun...
Nippıırun göyü -  ağır buludlar içində,  səhərlər - ah-nalə. 
İnsan yığını  dərdə bürünmüş.  .
Ona, vaxtı  çatana  ona can  atır dərd
Təmiz qızıldan  heykəl  uzanıb -  onun üstündə kədər.
Hər kimsə baxır -  məgər kədər içində deyil?
Ağı  deyənlər -  hönkürərək  və ağlayaraq!
Yaxşı  nəğmə oxuyan  müğənnilər,  şirinsəslilər 
Ağı  və inilti  oxumağa başladılar.
.. Ondan  ötrü dəfn  mahnılar ifa edir onlar 
Sanki  azdır..
Daş...
Sanki  onun ərinin  bətnində günlər uzanır...uzanır hıçqırıqlar. 
Sanki 
öz əlləri  ilə  Ninurta qaytarmamış şadlığı.
Sanki  onun  sevimli  kahinəsi  öz müqəddəs yerində 
“gipara” daxil  olmur 
Sanki...
Budur,  o qalxır özünün  əzəməti  ilə, dəfn  mahnısı  qoşur ona 
.0  həqiqətən  edir bunu onun  üçün.
O qəlb getdi  onun  gözlərinin  önündə...
Qəzəbə bürünmüş  kimi . . .daşlar qara 
Göy  işığı  düşmür onun  şəhərindən... 
Onda  sevimli  əri  onun. ..təkbaşına oturdu
207


Öz şəhəri Nippurda, kədər şəhərində oturdu 
Ludingira,  sevimli  əri  onun, öz tənhalığında 
Öz şəhəri Nippurda, kədər şəhərində oturdu.
Onda ki  çatdılar kədər yerinə onun, 
əlini tutdular -  parçalanmış ürəyi  onun.
Yeməkdən qaçır bədəni  onun, ürəyi  parçalanmış.
Eynilə inək kimi inilti buraxır o,  ərlik  paltarı  olmadan.
...acı-acı  ağlayır o,  arvadından  ötəri.
Ey, hardasan sən? Ey,  necə çağırım  səni!
Şirinsözlü ağızı, nəcib  ağızı,  ağızı  şirin!  Ey,  necə çağırım  səni! 
Qiymətli  silahım mənim!  Gözəl  düzəldilmiş oxdanım!
Ey, necə çağırım səni!
Parlayan almazım, hardasan?  Ey,  necə çağırım  səni!
Gözəl  mahnım  mənim!  Ürəyimin  şah nəğməsi!
Ey, necə çağırım  səni!
Qorxunc silahım mənim!  Parlayan qızıl oxdaşım  mənim!
Ruh oxşayan!  Ey,  necə çağırım səni!
Gözlərim mənim...panldayaıı!  Şahanə ağlım  mənim!
Ey, necə çağırım  səni!
Rəqs edən,  əllərim  qaldıran!  Şənləndirən  ürəyimi  mənim!
Ey,  necə çağırım  səni!
Yox olmayacaqdır yolların sənin, əbədi  olacaq  adın  sənin! 
Siləcəklər səhvlərini  sənin, borclarını  bağışlayacaqlar sənin! 
Ərin sənin yaşayacaq,  öz qocalığına  çatacaq!
Taleyi  uşaqlarının sənin xoşbəxt olacaq!
Firavanlıq onlarla olacaq!
Ev (?) yaşayacaq həmişə, geniş olacaq  onun gələcəyi! 
Utu-günəş yeraltı  dünyadan  öz işığını  sənə gətirəcək!
Ninkurra şənlik quracaq, yüksəklərə qaldıracaq  səni!
Bəxtinə qara gün gəldi -  göy-yer sənə qayıdacaq!
Şeytan sənə əl  qaldırdı  -  acı  lənətlər deyəcəklər ona!
Xoş və təmiz, əzəmətli,  öküz kimi  uzanan,
- kədərli  mahnı  sənə!
Biz  23-cü  fəslin  əvvəlində  “Kur”  terminini  yer  kökü  altında 
yerləşən və Yeri  coşğun əzəli  okeandan ayıran məkan  kimi  izah  etdik
208
(Bibliya “Texoması”).  Ancaq  görünür,  bu  söz dağıdıcı  yeraltı  suları 
itaətdə  saxlayan  əjdaha  mənasında  da  işlənirmiş.  Allahların  və 
qəhrəmanların  əjdaha  ilə  mübarizəsi  Şumer  mifologiyasının  sevimli 
süjetlərindən biridir.  Növbəti  fəsil  bu mövzuya həsr edilir.
209


25. ƏJDAHA  İLƏ ıMÜBARİZƏ.
BİRİNCİ  MÜQƏDDƏS.  GEORGİ.
Əjdaha  ilə  mübarizə  bütün  vaxtlarda  və  bütün  xalqlarda  ən 
geniş  yayılmış  mövzulardan  biri  olmuşdur.  Məsələn,  Yunanıstanda 
allahlar  və  qəhrəmanlar  haqqında  o  qədər  əfsanələr  olan  yerdə, 
əfsanəvi  personajlardan,  demək  olar  ki,  hər biri  hansısa  bir  əjdahanı 
öldürür  (heç  olmasa  ən  şöhrətli  qəhrəmanlar  -   Perseyi  və  Heraklı 
yada  salaq!).  Xaçpərəsti iyin  meydana  gəlməsi  ilə  qəhrəmanlıq 
şücaətini  müqəddəslər göstərməyə  başlamışlar və burada  öz  əjdahası 
ilə  müq.  Georgi  meydana  gəlmişdir.  Ancaq  bu  əfsanələrin  kökündə 
nə yatırdı?
Nə  qədər  ki,  əjdaha  ilə  mübarizə  mövzusu  e.ə.  111  minillikdə 
Şumerdə yaranmışdır,  bizim  güman  etməyə bütün  əsaslarımız var  ki, 
bu  əfsanələrin  bir  çox  detalları,  həm  yunan,  həm  də  ilkin 
xaçpərəstlik,  Şumer mənbələrindən gəlir.
Hazırda  bizə  üç  min  il  yarım  şumerlərdə  mövcud  olmuş 
əjdahanın  məhv  edilməsinin  üç  variantı  məlumdur.  Birinci  iki 
variantda 
əjdahanın 
rəqibləri 
allahlardır: 
tamamilə 
yunan
Paseydonuna  oxşayan  su  allahı  Enki  və  cənub  küləyi  allahı  Ninurta. 
Lakin  üçüncü  əfsanədə  insandır  -   müq.  Georginin  uzaq  proobrazı 
qəhrəman Gilqameş.
Enkinin  vuruşduğu  əjdaha  Kur  adlanır.  Onların  təkbətək 
mübarizəsi,  görünür,  yerin  göydən  ayrılmasından  dərhal  sonra 
başlayır.  Hissə-hissə  qalmış  sətirlərdən  başa  düşmək  olar  ki,  bu 
döyüşün  səbəbi 
Kür  tərəfindən 
səma  ilahəsinin  xaincəsiııə 
oğurlanmasıdır.  Süjet  yunan  Persefonasıııın  oğurlanması  haqqında 
qəhrəmanlıq  əsatiri  ilə  çox  oxşardır.  Təəssüf ki,  biz  bu  əfsanəni  cəmi 
bir  düjün  sətrlərdən  bərpa  etməli  oluaıq.  Çünkü  bu  əfsanənin  tam 
mətni  ilə  lövhəcik  hələlik  tapılmamışdır.  Bu  hadisə  “Gilqameş, 
Enkidu  və yeraltı  səltənət”  eposuna  proloqda  qısaca verilmişdir  Bizi
210
maraqlandıran  parça  bilavasitə  dünyanın  yaranmasından  bəhs  edən 
sətirlərin arxasınca gəlir.  Onun məzmunu belədir.
Göy  yerdən  ayrıldıqdan  sonra  səma  allahı  An  göyü  qaldırdı, 
hava  allahı  Enlil  isə  Yeri  endirdi.  Bu  yaramazlıq  da  elə  onda  baş 
verdi.  İlahə  Ereşkiqal  oğurlandı  və  Kurun  qənimətinə  çevrildi.  Onu 
kim  oğurladığı  aydın  deyil;  ola  bilər  ki,  bunu  Kurun  özü  etmişdir. 
Allah Enki gəmiyə minib kurun yanına üzdü.  Onun niyyətləri  barəıdə 
heç nə  deyilmir,  ancaq  güman  etmək  olar ki,  Ereşkiqalı  oğurladığına 
görə  o  əjdahanı  cəzalandırmaq  istəyir.  Kur  daşlarla  amansızcasına 
müdafiə  olunur,  ona  tabe  olan  əzəli  okeanın  dalğalarını  Enkinin 
gəmisinin  üstünə qaldırır.  Bununla  parça qurtarır.  “Gilqameş,  Enkidu 
və  yeraltı  səltənət”  əfsanəsinin  müəllifi  Gilqameşin  özü  haqqında 
hekayətə  keçməyə  tələsir.  Biz  mübarizənin  necə  qurtardığını 
bilmirik,  ancaq  yəqin  ki,  Gilqameş  qələbə  çalır.  Görünür,  bu  epizod 
Gilqameş  haqında  olan  əfsanəyə  ancaq  ona  görə  salınmışdır  ki, 
yunan  Paseydonu  kimi  Enkinin  nə  üçün  dəniz  allahı  olduğu,  niyə 
onun  Eriduda  olan  məbədi  şumercə “dəniz”,  “dibsiz”  mənasını  verən 
Abzu adlandırıldığı  izah olunsun.
Allahın əjdaha ilə döyüşü proloqdakı  parça budur:74 
Nə vaxt ki  An göyü  özünə apardı, bax  onda,
Enlil  götürdü özünə yeri,  bax  onda,
Nə  vaxt  ki  Ereşkiqala  kəbin  hədiyyəsi  kimi  yeraltı  dünyanı 
bağışladılar, bax onda,
Nə vaxt  ki  o üzməyə yollandı,  nə vaxt ki,  iizmoyə yollandı,  bax
onda
Nə vaxt ki  Ata yeraltı  dünya ilə üzdü,  bax  onda,
Nə vaxt ki  Enlil  yeraltı  dünya ilə üzdü,  bax onda -  
Cənabın  üstünə kiçiklər atılır,
Enkinin  üstünə nəhənglər gəlir.
Bu  kiçiklər əl  daşıdır.
Nəhənglər -  qamışları  rəqs etməyə məcbur edən  daşlardır.
Kili  ətrafında Enkinin böyük qayığının 
Su,  canavartək yeyir hər şeyi,
Korması  arxasında Enkinin böyük qayığının 
Su  şir kimi  nərə çəkir...
211


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə