Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

Əsir alınmış döyüşçü qayıtsın öz anasının qucağına!”
Enkidu Gilqameşə cavab verir:
“Əgər bilmirsə ən yüksək öz əməllərini,
Əgər ən nəhəng qanmırsa öz əməllərini,
Əgər ən müdrik başa düşmürsə öz əməllərini,
Tale yiyəcək onu, tale fərqinə varmır.
Əgər əsir alınmış quş qayıtsa öz yuvasına,
Əgər əsir alınmış döyüşçü qayıtsa öz anasının qucağına,
Onda sən, qayıtmayacaqsan səni doğan ananın yanına!”
Xuvava Enkiduya söz deyir:
“Acıqlı nitq  söylədi mənim haqqımda Enkidu!
Muzdur özünü nə yerə qoyur,
Rəqibin arxasınca gedir,
Acıqlı  nitq söylədi,  mənim haqqımda!”
Bunu deyən kimi o,
Həll etdilər onun taleyini.
Qəzəbindən Enkidu özü
Onun başını  kəsdi, bükdü parçaya
Allah Enlilin,  ilahə Ninlinin yanına gəldi  onlar.
Gilqameş  Şumer  qəhrəmanlarının  ən 
şöhrətlisi, 
qədim 
müğənnilərin  və  şairlərin  sevimli  personajı  olmuşdur.  Ancaq  müasir 
şərqşünaslar  ilk  dəfə  onun  haqqında  və  onun  qəhrəmanlıq  əməlləri 
haqqında məlumatı  Şumer mənbələrindən deyil,  semit mənbələrindən 
öyrənmişlər.  O,  ümuminin  qəbul  etdiyinə  görə  bütün  qədim 
İkiçayarasının  daha  əhəmiyyətli  ədəbi  əsəri  olan  Babil  epik 
poemasının  baş  qəhrəmanı  olmuşdur.  Lakin  bu  Babil  eposunun  və 
Şumer mənbələrinin  qarşılıqlı  təhlili  göstərir  ki,  Babil  müəllifləri  və 
redaktorları  Şumer eposunu  öz məqsədləri  üçün  istifadə etmiş və onu 
öz  ölçülərinə uyğun  dəyişmişlər.  Biz aşağıdakı  fəsildə  şumer özəyini 
daha sonrakı semit qabığından ayırmağa çalışacağıq.
220
26.  GİLQAMEŞ HAQQINDA DASTAN. 
BİRİNCİ ƏDƏBİ  İQTİBAS.
İngilis  alimi  Corc  Smit  qədim  Nineviyanm  altında  qaldığı 
təpələrdən  Britaniya muzeyinə gətirilmiş minlərlə palçıq  lövhəcikləri 
\ə  fraqmentləri  öyrənərək  3  dekabr  1962-ci  il  tarixdə  yenicə 
yaranmış  Bibliya  Arxeologiya  Cəmiyyətinin  iclasında  məaızə  ilə 
çıxış  etdi  Onun  məruzəsi  Bibliyanın  elmi  cəhətdən  öyrənilməsi  və 
Bibliya mətnlərinin qarşılıqlı  analizi  işində mühüm hadisə oldu.
C.Smit  elan  etdi  ki,  o,  e.ə.  VII  əsrdə  hökmdar  olmuş 
Aşşurbanipalın  (e.ə.669-635) qum  altında qalmış  kitabxanasından  gil 
lövhəciyin  üzərində  Varlıq  Kitabındakı  Bibliya  əfsanəsinə  çox 
oxşayan  daşqın  haqqında  əfsanənin  qədim  variantını  aşkar  edərək 
açmışdır  Onun  məlumatı  elmi  idarələrdə  sensasiyaya  səbəb  oldu  və 
geniş  oxucu  kütləsi  tərəfindən  coşğunluqla  qəbul  edildi.  London 
qəzeti  “Deyli  teleqraf’  Nineviyaya  ekspedisiya  üçün  təcili  fond 
ayırdı  Bu  ekspedisiyaya  C,Smit  özü  rəhbərlik  edirdi.  Lakin  onun 
sağlamlığı  və  xarakteri  Yaxın  Şərqdə  işin  şəraitinə  az  uyğun  gəlirdi. 
O, qazıntı yerində 36 yaşında vəfat etdi.
C.Smit 
öz 
məruzəsindən 
az 
sonra 
Aşşurbanipalın 
kitabxanasından  olan  gil  lövhəciyin  öyrənilməsini  davam  etdirərkən 
müəyyən  etdi  ki,  onun  tapdığı  daşqın  haqqında  əfsanə  hansısa  uzun 
poemanın  yalnız  bir  parçasıdır.  Babillilər  özləri  bu  poemanı 
‘ Gilqameş  haqqında dastan”  adlandırmışlar.  Qədim  mirzələrin  təsdiq 
edilmələrinə  əsasən  bu  silsilə  hər  biri  300  sətirə  yaxın  12  rəvayət 
olmuşdur. 
Aşşurbanipalın 
kitabxanasında  hər  rəvayət  ayrıca 
lövhəcikdə  yazılmışdır.  Nuh  əyyamı  haqqında  əfanə  on  birinci 
lövhəciyin  əsas hissəsini  tutur.
C.Smitin  vaxtından  İraqda  semit  rəvayətləri  silsiləsinin,  yaxud 
indi  adlandırıldığı  kimi  Gilqameş  haqqında  eposun  çoxlu  mətnləri 
tapılmışdır.  Onların  bəziləri  qədim  Babil  dövründə,  yəni  e.ə.  XV11I- 
XVII  əsrlərdə  yazılmışdır.  Eposun  ayrı-ayrı  hissələrinin  xarrit  və 
hətta  hind-avropa  hett  dillərinə  ilk  tərcümələri  (e.ə.  II  minilliyin 
ikinci  yarısından  başlayaraq)  palçıq  lövhəciklərdə  Kiçik  Asiyanın
221


çox  yerlərində  tapılmışdır.  Bu,  göstərir  ki,  qədimdə  Gilqameş 
haqqında  Babil  eposu  Yaxın  Şərqdə  geniş  əhatədə  öyrənilir  və 
tərcümə edilirdi.
Bu  gün  bizim  sərəncamımızda  həmin  eposun  təqribən  3500 
sətri  var.  1930  -   cu  ildə  başqa  bir  ingilis,  mərhum  axeoloq  R. 
Kembell  Tompson  Gilqameş  haqqında  rəvayətin  gözəl  tam  mətnini 
çap  etdirmişdir.  Ondan  sonra ingilis  dilində  nisbətən  müasir daha  iki 
tərcümə  meydana  gəlmişdir:  birincini  The  Gilgamesh  Epic  and  Old 
Testament Parallels adı  altında Aleksandr Hey del;  ikincisini  (Ancient 
Near  Eastern  Texts  toplusunda)  Efraim  Şpeyzer  (redaktor  -   Ceyms 
Priçard) dərc etdirmişlər.
Bu  rəvayətlərin  qədimdə  və  elə  bu  gün  də  populyarlığı  tam 
başa  düşüləndir,  çünki  insan  psixologiyasının  açılması  və  özünün 
dramatikliyi  ilə  “Gilqameş  haqqında  eposu’nun  Babil  ədəbiyyatında 
bərabəri  yoxdur.  Babil  müəlliflərinin  əsərlərinin  çoxunda  baş  rolu 
allahlar  oynayır.  Orada  allahlar  konkret  şəxsiyyətlərdən  çox 
abstraktlar,  dərin  mənəvi  qüvvədən  çox  süni  simvollardır.  Hətta 
qəhrəmanları  adi  insanlar  olan  Babil  əfsanələrində  onlar,  adətən  tam 
mexaniki  rol  oynayırlar,  öz  simalan  yoxdur  və  buna  görə  də  oxucu 
onlara  laqeyddir.  Onların  obrazları  qansız  və  rəngsizdilər,  hansısa 
hədsiz stilləşdirilmiş rəvayətin illüstrasiyası  üzün marionetidlər.
“Gilqameş  haqqında  epos”  isə  tamam  başqa  şeydir.  Burada 
hadisələrin mərkəzində insan  durur.  O,  sevir və  nifrət edir,  kədərlənir 
və  sevinir,  yaradır  və  əldən  düşür,  ümid  edir  və  ümidsizləşir. 
Doğrudur,  burada  da  allahsız  keçinmir:  Gilqameşin  özü  onun 
dövründə əfsanə yaradıcılığı  ənənələrinə  uyğun olaraq üçdə iki  qədər 
allah,  üçdə  bir  qədər  insandır.  Ancaq  eposun  bütün  inkişafını 
Gilqameş  -   insan  müəyyən  edir.  Allahlar  və  onların  işləri  rəvayətin 
yalnız  fonunu,  necə  deyərlər,  qəhrəmanın  dramının  inkişaf  etdiyi 
çərçivədə ağırlığını  təşkil  edir.  Və insani  başlanğıc  bu  drama hər şeyi 
qavramaq və təsirsiz ötməyən məna verir.
Eposda  haqqında  söhbət  gedən  problemlər  və  niyyətlər  bütün 
vaxtlarda  bütün  xalqlara  yaxındır. 
Bu  dostluğa, 
sadiqliyin 
təriflənməsinə, 
şəxsi 
şöhrətə, 
hərisliyə, 
qəhrəmanlıqlara  və 
sərgüzəştlərə  həvəsə,  qaçılmaz  ölüm  qabağı  qarşısı  alınmaz  qorxuya
222
və  var gücü  ilə  ölümsüzlüyə  tələbatdır.  İnsan  qəlbini  daim  narahat 
edən  bu  təzadlı  hislər  Gilqameş  haqqında  rəvayətin  əsasını  təşkil 
edir,  onlar  bu  poemaya  məkan  və  zaman  sərhədlərini  aşmaq 
keyfiyyətini  verir.  Heç də təəccüblü deyildir ki, “ Gilqameş haqqında 
epos”  özünə  yaxın  zamanların  epik  əsərlərinə  güclü  təsir 
göstərmişdir.  Poemanın  ümumbəşəri  mövzusu,  qədim  qəhrəmanın 
faciəsinin əzəli  gücü bizi  elə bu gün də təsirləndirir.
Poema  Gilqameşin  və  onun  şəhəri  Urukun  tərifləndiyi  qısa 
girişlə  başlayır.  Sonralar  öyrənirik  ki,  Urukun  çan,  yorulmaz 
döyüşçü,  rəqib  tanımayan  və  öz  istəklərini  cilovlamağı  bacarmayan 
Gilqameş  şəhərlilərə  zülm  edir.  Onu  zərif  cinsə  qarşı  qulbazlığı, 
acgözlüyü  onlan  xüsusilə  cana  gətirir.  Əlacsız  qalan  uruklular 
allahlara  müraciət  edirlər.  Allahlar  qərara  gəlirlər  ki,  Gilqameş 
insanlar  arasında  öz  tayını  tapmadığına  görə  öz  vətəndaşlarına  zülm 
və istismar edir.  Onlar böyük ilahə - ana Aruaı yerə göndərirlər.
Arur  palçıqdan  nəhəng  Enkidunu  yaradır.  Çılpaq,  tüklə 
örtülmüş,  insanların  işlərindən  heç  nə  bilməyən  Enkidu  səhranın 
vəhşi  sakinləri  arasında  yaşayır.  Məhz  insandan  çox  heyvana 
oxşayan  Enkidu  Gilqameşin  əyilməz  qürurunu  sındırmalı  və  onun 
başına  ağıl  qoymalıdır.  Amma  əvvəlcə  Enkidunu  “insanlaşdırmaq” 
lazımdır,  bu  vəzifə  əsasən  qadınların  üzərinə  düşür.  IJrukdan  gələn 
pozğun  qadın  Enkidunu  yoldan  çıxarır.  Nəticədə  özünün  kobud 
gücünün bir hissəsini  itirən  Enkidu əqli  və mənəvi  cəhətdən  daha  çox 
qazanır  O,  qadın  məhəbbətini  dərk  edərək  ağıllı  məxluqa  çevrilir  və 
vəhşi  heyvanlar ondan  qaçırlar.  Qadın  səbrlə ona insanlar etdiyi  kimi, 
yemək, içmək  və geyinmək  qaydalarını  öyrədir.
Budur, 
insanlaşmış 
Enkidu 
onun 
qaba 
və 
özbaşına 
xasiyyətlərini  ram  etmək  üçün  Gilqameşlə  görüşməyə  hazırdır. 
Yuxular  Enkidunun  gəlişini  Gilqameşə  əyan  edirlər.  IJrukda  özünün 
hüdudsuz hakimiyyəti  ilə  öyiinən  Gilqameş  kef məclisi  təşkil  edir və 
Enkidunu  oraya  dəvət  edir.  Ancaq  Gilqameşin  israfçılığına  nifrət 
edən  Enkidu  orgiyanın  keçəcəyi  evin  girişini  kəsir  ki,  Gilqameş 
oraya  daxil  ola  bilməsin.  Budur,  iki  nəhəng  təkbətək  mübarizəyə 
girişir:  şəhərli  Gilqameş  və  səhraların  sadə  sakini  Enkidu.  Belə  başa 
düşülür  ki,  əvvəlcə  Enkidu  üstün  gəlir,  ancaq  burda  Gilqameşin
223


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə