Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

3.  “Daşqın”
4.  “Gilqameşin ölümü”
5.  “Gilqameş və Kişdən olan Aqqa”
6.  “Gilqameş, Enkidu və yeraltı  səltənət”
Yadda  saxlamaq  lazımdır  ki,  bu  rəvayətlərin  mətnləri  kəsik- 
kəsikdir,  onların  tərcüməsi  hətta  orijinalda  boşluqlar  olmadığı 
hallarda  da çox çətin və təxminidir.  Bununla belə,  bu  şumer mətnləri 
bizə birinci  iki  suala cavab  verməyə imkan yaradır.  Həmin  əminliklə 
üçüncü  suala  cavab  vermək  iqtidarında  olmasaq  da,  artıq  bu  gün 
müəyyən nəticəyə gələ bilərik.
Lakin  qabağa  qaçmayaq.  Əvvəlcə  yuxarıda  adları  çəkilən  altı 
şumer  poemasının  hər  birinin  ayrılıqda  məzmununu  təhlil  etmək 
lazımdır.
1.  “Gilqameş  və  sağlar  Ölkəsi”  poeması  haqqında  artıq  25-ci 
fəsildə  söhbət  getmişdir.  Bu  rəvayət,  şübhəsiz,  Babil 
əfsanəsi  “Gilqameş  haqqında  eposda”  olan  sidr  ağacı 
meşəsi  epizodunun  analoqudur.  Əgər  hər  iki  əsəri  yanaşı 
qoysaq  görərik  ki,  onların  yalnız  əsası,  hekayətin  kobuq 
kanvası  ümumidir.  Hər  iki  variantda  Gilqameş  sidr  ağacı 
meşəsinə getmək istəyir, onu Enkidu müşaiyət edir,  o günəş 
allahından  kömək  istəyir  və  alır,  qəhrəmanlar  səfərlərində 
öz  məqsədlərinə  çatırlar,  sidr ağacları  kəsirlər və  Xuvavanı 
öldürürlər.
Ancaq  hər  iki  variant  bir-birindən  müfəssəlliyi,  quruluşu  və 
əhval-ruhiyyəsi  ilə  fərqlənir.  Məsələn,  şumer  variantında  Gilqameşi 
Enkidudan başqa  Urukdan  əlli  nəfər döyüşçü  də  müşayiət edir,  Babil 
variantında  isə  onunla  ancaq  Enkidu  gedir.  Şumer  variantında  Uruk 
şəhəri  ağsaqqallarının  məclisi  barədə  heç  nə  deyilmir.,  Babil 
variantında isə bu əhəmiyyətli  rol  oynayır.
2. 
“Gilqameş  və  səma  öküzü”  Şumer  poeması  indiyə  qədər 
dərc  edilməmişdir.  Ondan  ancaq  fraqmentlər  qaldığına  baxmayaraq, 
hər halda məzmununu  tutmaq  olur.  İyirmi  sətirlik  buraxılışdan  sonra 
Babildə  ilahə  İştarın  Şumerdə  rolunu  oynayan  ilahə  İnanna  ondan 
ötəri  hazırlanmış  hədiyyələri  və  mərhəmətləri  sayaraq  Gilqameşə 
müraciət  edir  Görünür,  çatışmayan  sətirlərdə  İnanna  Gilqameşə  öz
228
məhəbbətini  təklif edir.  İlahənin  sözündən  sonra ikinci  boşluq  gəlir. 
Görünür,  Gilqameş  İnannanın  məhəbbətini  rədd  edir.  Mətn 
yeniləşəndən  sonra  İnanna  göy  allahı  Andan  xahiş  edir ki,  ona  səma 
öküzü  versin.  Əvvəlcə  An  imtina  edir.  Lakin  İnanna  onu  kainatın 
bütün  böyük  allahlarını  özünə  köməyə  çağıracağı  ilə  qorxudanda  o 
geri  çəkilir.  Qorxuya  düşən  An  güzəştə  gedir.  İnanna  səma  öküzünü 
Uruka  buraxır  və  o,  şəhəri  viranəyə  çevirir.  Sonra  mətn  yenə 
oxunmaz  olur.  O,  Enkidunun  Gilqameşə  müraciəti  ilə  bitir. 
Poemanın,  şübhəsiz,  Gilqameşin  səma  öküzü  üzərindəki  qələbəsinə 
həsr olunmuş sonluğu təəəssüf ki, yoxdur.
Əgər  Şumer  mətnini  Babil  əsəri  “Gilqameş  haqqında  eposla” 
müqayisə  etsək  görərik  ki,  əsas  vəziyyətlər  orda  da,  burda  da 
identikdir.  Hər  iki  poemada  İnanna  (yaxud  İştar)  onu  hədiyyələrə 
şirnikləndirərək öz məhəbbətini  Gilqameşə təklif edir.  Gilqameş  orda 
da,  burda  da  ilahələrin  məhəbbətini  rədd  edir.  An  (yaxud  Anu)  öz 
iradəsindən  asılı  olmayaraq  səma  öküzünü  Uruka  göndərir.  Əjdaha 
şəhəri  viran  qoyur,  sonra qəhrəman onu öldürür.
İki  variant  arasındakı  fərq,  özü  də  kəskin  fərq  detallardadır 
İnannanın  hədiyyələri  İştarın  hədiyyələrinə  tamamilə  oxşamır.  Babil 
variantında  Gilqameşin  rədd  cavabı  56  sətri  tutur.  O,  Babil 
mifalogiyasına 
müraciətlərlə 
və 
Babil 
atalar 
sözləri 
ilə 
doldurulmuşdur,  Şumer  variantında  isə onun  cavabı  olduqca  qısadır. 
Nəhayət,  İnannanın  Anla  söhbəti  İştarın  Anu  ilə  söhbətinə  qətiyyən 
oxşamır.  Buradan  belə  qərara  gəlmək  olar  ki,  Şumer  variantının 
indiyədək  məlum  olmayan  sonluğu  da  Babil  variantının  sonluğu  ilə 
oxşar deyildir.
3. 
Daşqın  haqqında  Şumer  poeması  22-ci  fəsildə  artıq 
araşdırılmışdır.  Dəhşətli  subasma  haqqında  parça  orada  bütünlüklə 
verilmişdir.  Babil  kitabxanasından  Gilqameş  haqqında  on  birinci 
rəvayətin  mərkəzində də elə bu  hadisə durur.  Daşqın  haqqında  Şumer 
əfsanəsinin  Gilqameş  haqqında  poemalarla  heç  bir  əlaqəsi  yoxdur. 
Babil  müəlliflərinin  hansı  yolla  ədəbi  iqtibas  etmələrini  başa 
düşməyə bizə bu fakt açar verir.
Daşqın  haqqında  Şumer  hekayəti  Ziusudranın  ölməzliyi  necə 
əldə  etdiyi  barədə  əfasnəvi  poemanın  ancaq  bir  hissəsidir.  Ancaq
229


Babil  müəllifləri  bu  epizodu  öz  məqsədləri  üçün  bacanqla  istifadə 
etmişlər,  onların  eposunda  əldən  düşmüş  Gilqameş  nəhayət 
Utnapiştimin  (Babil  Ziusudrası)  yanma  gəlir  və  xahiş  edir  ki,  ona 
ölümsüzlüyün  sirrini  açsın,  ancaq  Utnapiştim  ona  qısa  və  konkret 
vavab  vermir.  Babil  müəllifləri  bunun  əvəzində  onun  dilinə  daşqın 
haqqında  Vavilon  variantını  verirlər.  Dünyanın  yaranmasına  aid 
Şumer  variantının  birinci  hissəsi  burada  babillilərə  qətiyyən  lazım 
olmadığına 
görə 
onu 
sadəcə 
buraxmışlar. 
Ziusudranın 
allahlaşdınlması  ilə  qurtaran  fəlakətin  özü  haqqında  hekayət 
qalmışdır.  Bu  zaman  yeni  variantda  hekayə  birinci  şəxsin  adından 
apanlır -  ancaq Utnapiştam (Ziusudra) danışır.  Şumer variantında isə 
baş  verən  hər  şey  haqqında  üçüncü  şəxsin  adından  naməlum  şair 
danışır.
Bundan 
başqa, 
çox  təfsilatlar 
dəyişdirilmişdir. 
Şumer 
variantında  Ziusudra  dindar,  itaətkar,  allahdan  qorxan  çardır.  Babil 
müəllifləri  isə  belə  keyfiyyətləri  öz  Utnapiştimlərinin  ünvanına 
yazmırlar.  Digər  tərəfdən,  onların  variantında  gəminin  tikilməsinə, 
daşqının özünün təsvirinə və onun törətdiyi dəhşətlərə aid təfərrüatlar 
xeyli  çoxdur.  Şumer variantında daşqın yeddi  gün,  yeddi  gecə davam 
edir,  Babil variantında isə - altı  gün, yeddi  gecə davam  edir.  Nəhayət, 
Babil  Utnapiştimi  suyun  səviyyəsinin  düşdüyünü  müəyyən  etmək 
üçün  Nuhun  gəmisindən  quşlar  buraxır,  Şumer  variantında  isə  bu 
epizod yoxdur.
4. 
Bizim  şərti  olaraq  “Gilqameşin  ölümü”  adlandırdığımız 
şumer  poemasının  mətni  hələ  də  qırıq-qırıqdır.  Qalanlardan  isə 
aşağıdakıları  başa  düşmək  olur  (bax.  Ancient  Near  Eastern  Texts,  s 
50-52).  Göründüyü  kimi,  Gilqameş  əbədilik  axtarışını  davam  etdirir, 
ancaq  sonda  öyrənir  ki,  insan  əbədi  həyat  qazana  bilməz.  Ona 
hakimiyyət  və  şöhrət  verilmişdir.  O,  qəhrəmanlıqlar  yaradar  və 
vuruşmalarda qalib gələ bilər,  lakin  ona ölməzlik verilməmişdir.
Şumer 
mətinin 
fraqmentliyinə 
baxmayaraq 
“Gilqameş 
haqqında  eposun”  Babil  variantının  doqquzuncu,  onuncu  və  on 
birinci  lövhəciklərinə  yazılmış  bir  sıra  parçaların  mənbəyinin  məhz 
onun  olduğunu  müəyyən  etmək  çətin  deyil,  onlarda  qəhrəmanın 
əbədilik  haqqında  sözləri  və  bir  növ  buna  cavab  olaraq  ölümün
bütün  insanların  qisməti  olması  təsdiqi  vardır.  Çox  maraqlıdır  ki, 
Şumer  poeamasında  olan  Gilqameşin  ölümünün  təsviri  Babil 
variantında yoxdur.
5.  Babil  eposunda  5-ci  fəsildə  haqqında  söhbət  açılan 
‘Gilqameş və  Kişdən  olan  Aqqa”  şumer  poemasınasa  heç  bir analoq 
yoxdur.  Bu,  qədim  Şumerdə ən  qısa epik rəvayətlərdən biridir -  onda 
cəmi  115  sətir var.  Bununla  belə,  o,  bir çox  nöqteyi-nəzərdən  maraq 
kəsb  edir.  Hər  şeydən  əvvəl,  orada  ancaq  insanlar  iştirak  edirlər; 
başqa  Şumer  epik  rəvayətlərindən  fərqli  olaraq  burada  müxtəlif 
allahlarla  əlaqədar  əfsanəvi  motivlər  yoxdur.  Sonra,  bu  əsər  böyük 
tarixi  əhəmiyyətə  malikdir,  çünki  onda  Şumer  şəhər-dövlətləri 
arasında  daxili  mübarizənin  ilkin  dövründən  indiyə  qədər  məlum 
olmayan  bir  sıra  faktlar  var.  Və  nəhayət,  bu  epik  poema  siyasi  fikir 
və  siyasi  təşkilatlar  tarixi  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Orada 
deyilir  ki,  artıq  e.ə.  2800-cü  ildə  Şumerdə  hansısa  ikipalatalı 
parlamentə  oxşar  məclis  mövcud  olmuşdur.  Bəlkə  də  elə  bu  taktlar 
Babil  redaktorlarını  “Gilqameş  və  Kişdən  olan  Aqqa”  epizodunu 
eposun  öz  variantlarından  çıxarmağa  məcbur  etmişlər.  Bu  poemada 
epik  poeziyaya xas olan  qeyri-təbii,  qeyri-insani  heç nə yoxdur.
6.  Axırıncı,  “Gilqameş,  Hnkidu  və  yeraltı  səltənət”  Şumer 
poemasına  və  ondan  iqtibas  olunmuş  Babil  eposuna  gəlincə,  mən  bu 
barədə fəslin  axırında deyəcəyəm.
Bununla,  hələlik  Şumer  mətninin  bizim  tərəfimizdən  edilən 
müqayisəli  analizim  yekunlaşdırmaq  olar.  İndi  isə haqqında yuxarıda 
söhbət açılmış üç  suala cavab verməyə çalışaq.
1.  Babil  əsəri  “  Gilqameş  haqqında  eposun”  şumer  orijinalı
varmı9
Görünür  ki,  yoxdur  Şumer  poemaları  öz  nəzmlərinə  görə 
seçilir,  onlar  bir-birilə  əlaqəsi  olmayan  əsərlərdir  Babillilər  Şumer 
rəvayətlərini  yenidən  işləyərək  onları  vahid  süjetlə bir yerə yığmışlar. 
Bu, bütünlükdə onların yeniliyi  və xidmətləridir.
2.  Babil  əsəri  “Gilqameş  haqqında  eposda”  Şumer  köklərinə 
gedən epizodları  ayırmaq  olarını9
Bəli,  qeyri-müəyyən  dərəcədə  olar.  Biz  sidr  ağacı  meşəsi 
(Babil  eposunun  III-V  lövhəcikləri),  səma  öküzü  (VI  lövhəcik),
230
231


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə