Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

Biz  əjdaha  ilə  döyüşün  ikinci  variantına  600  sətrlik  uzun 
poemada  rast  gəlirik.  Onu  “Allah  Ninurtanın  qəhrəmanlıqları  və 
əməlləri”  adlandırmaq  olar.  Bu  poemanın  bərpasında  çoxunun  hələ 
dərc edilmədiyi külli miqdarda lövhəciklərdən istifadə edilmişdir.75
Bu dəfə baş “cinayətkar” Kur deyil,  xəstəliklər və taqətsizliklər 
iblisi  Kurun  çarlığında  (yəni  yeraltı  dünyada)  yaşayan  Aşaqdır. 
Əfsanənin  qəhrəmanı  hava  allahı  Enlilin  oğlu  sayılan  cənub  küləyi 
allahı Ninurtadır.
Giriş  himnindən  sonra  hekayət  allah  Ninurtanın  silahlarının 
mücəssəməsi  olan  Şərurun  öz  hökmdarına  müraciəti  ilə  başlayır. 
Hansısa  aydın  olmayan  səbəbdən  Şəaır  Asaqa  nifrət  edirdi.  Buna 
görə  də  o,  Ninurtanın  şücaətini  və  qəhrəmanlı ql an m  uzun  -  uzadı 
tərifləyərək  onu  əjdahanı  məhv  etməyə  təhrik  edir.  Ninurta  Asaqa 
hücum  edib,  onu  öldürməyə  razılaşır.  Lakin,  görünür,  bu  onun 
imkanları daxilində deyil,  çünkü o,  qaçıb canını  qurtarmaq üçün “quş 
kimi  uçur”.  Ancaq  Şərur  təqdir  sözləri  ilə  ona  yenə  müraciət  edir 
Ninurta öz silahının bütün gücünü toplayaraq  şeytanı  məhv edir.
Amma Asaqın ölümü  bütün  Şumerə bədbəxtliklər gətirir.  Əzəli 
okeanın  qəzəblənmiş  dalğalan  torpağa  hücum  çəkirlər.  Onlar  içməli 
suyun  qarşısını  kəsərək  tarlalara  və  bağlara  axmağa  qoymurlar. 
“Toxa  və  zənbil  daşıyan”  (yəni  torpağım  suvarılıb  becərilməsinə 
nəzarət  edən)  Şumer  allahlan  təşvişə  düşürlər.  Dəclə  çayı  daha 
daşmır,  onda “yaxşı”  su qalmayıb.
Onda dəhşətli  aclıq baş verdi,
Tarlada heç nə bitmədi,
Su mənbələrində heç kim əl yumurdu.
Hündür sular daşmırdılar.
Tarlalar suvanImırdı  su ilə.
Heç kim kanallar qazmırdı.
Bütün ölkədə bir dənə də ot bitmədi.
Ancaq alaq otları  qalxırdı.
Onda hökmdar qüdrətli  ağlını topladı.
Ninurta, Enlilin oğlu, böyük  işlərə cəmlədi  fikrini.
212
Ninurta  əzəli  okeanın  “nəhəng  sularından”  Şumeri  müdafiə 
uçün  daş təpələri  düzəltdi.  Ninurta  artıq  tarlalan  basmış  sulan  Dəclə 
çayına  axıtdı.  Çay  daşdı  və  tarlalan  yenidən  suvardı.  Şair bu  barədə 
belə nağıl  edir:
Daşmış sulan  yığışdırdı  o,
Kurun daşırdığı  sulan  yığdı  o,
Onları  Dəclə çayına aparıb  axıtdı.
Hündür sular axdı  tarlalara.
Və onda hər nə var,  hər şey torpaqda 
Ninurtanın  işlərinə,  ölkənin  hökmdarına,  sevindilər,
Tarlalar bolluqla sümbüllədilər.
Üzümlüklər, bağlar bar ilə doldu,
Məhsulu ambarlara yığdılar, tayalara vurdular.
Hökmdar kədəri  ölkədən uzaqlaşdırdı,
Şənləndirdi  allahların qəlbini.
Öz  oğlunun  qəhrəmanlıq  əməlləri  haqqında  eşidən  Ninurtanın 
anası  Ninmax  həyəcanlandı  O,  elə  narahatdır  ki,  yatağında  gözlərini 
yuma bilmir.  O,  uzaqdan  Ninurtaya  müraciətlə  onun yanına  gəlməyə 
icazə  istəyir.  Anası  gələndə  Ninurta  ona  “həyat  baxışı”  ilə  baxaraq 
deyir.
İlahə,  sən  Kuraya qədər gəlib çatdığına görə,
Ninmax  düşmən ölkəsinə mənim  xatirimə gəldiyinə görə, 
Mənim  döyüşlərimin  dəhşətlərindən  sən  qorxmannsan,
Qoy  bundan  sonra mənim  qəhərnanın  ucaltdığım  təpəyə.
Ad verilib 
Xursaq,  sən onun  hakimi  olacaqsan 
Sonra  Ninurta  Xursaqa  xeyir-dua  verir  ki,  onda  hər  cür  bitki, 
şərab,  bal,  hər  cür  ağaclar,  qızıl,  gümüş,  tunc,  iribuynuzlu  mal, 
qoyunlar  və  başqa  “dördayaqlı  məxluq”  olsun.  Ninurta  daşlara 
müraciət  edir:  o,  şeytan  Aşaqla  vuruş  zamanı  ona  qarşı  çıxan  daşları 
lənətləyir,  ona  sadiq  olanlara  isə  xeyir-dua  verir.  Bu  parça  özünün 
üslubuna  və  əhval-ruhiyyəsinə  görə  İakovun  öz  oğlanlarından 
bəzilərinə  xeyir-dua  verdiyi  və  başqalarını  lənətlədiyi  Bibliyanın 
varlıq  Kitabının  49cu  fəslini  xatırladır.  Poema  Ninurtanı  tərifləyib 
göylərə qaldıran  uzun himnlə bitir.
213


Üçüncü  əfsanədə  əjdaha ilə  döyüşə,  artıq  deyildiyi  kimi,  allah 
yox,  insan  -   Şumer  qəhrəmanlarının  ən  şöhrətlisi  Gilqameş  girir. 
Onun  öldürdüyü  əjdaha  “Sağlar  ölkəsinin”mühafizəçisi,  onun 
müqəddəs sidr ağaclarım  qoruyan Xuvavadır.
Həmin  əfsanənin  yer  aldığı  poemanı  mən  “Gilqameş  və  Sağlar 
ölkəsi”  adlandırmışam.  14  lövhəcikdən  və  fraqmentlərdən  ibarət 
toplu  ilk  dəfə  1950-ci  ildə  dərc  olunmuşdur,  (bax.  Near  Eastern 
Texas,  Ceyms  Priçardın  redaktorluğu  ilə,  ikinci  nəşr  1955-ci  ildə 
dərc  olunmuşdur).  Hələlik  174  sətri  bərpa  etmək  mümkün  olmuşdur, 
ancaq  qədim  Şumerin  təcrübəsiz  oxucularına  (daha  doğrusu 
dinləyicilərinə)  bu  əsərin  necə  emosional  və  bədii  təsir  göstərdiyini 
başa  düşmək  üçün  onlar  da  kifayətdir.76  Poemanın  əsas  məziyyəti 
onun  ümümbəşəri  “əbədi”  mövzusudur:  ölüm  qorxusunu  və  əbədi 
şöhrət  qazanaraq  ölümü  dəf  etmək.  Müəllif  hekayətin  faciəvi 
atmosferim  qabardan  detalları  bacarıqla,  böyük  poetik  duyğularla 
seçir.  Onun  üslubu  da  çox  gözəldir.  Şair  təkrarların  və  incə 
paralellizmin  köməyi  ilə  ritmik  səhnələrə  nail  olur.  Qısaca  desək,  bu 
poema  Şumer  ədəbiyyatının  bizə  məlum  olan  əsərlərinin  ən 
yaxşılarından biridir.  Onun məzmunu aşağıdakı  kimidir.
Uruk çan  “hakim”  Gilqameş  dərk  edir ki,  bütün  ölənlər kimi  o 
da  öz  vaxtında  bu  dünyanı  tərk  edəcək.  Ancaq  bu  qaçılmaz  sonluq 
çatana  qədər  o  “öz  adını  əbədiləşdirmək”  istəyir.  Bu  məqsədlə  o, 
uzaq  “canlılar ölkəsinə”  getməyi  qərara  alır.  Görünür,  onun  məqsədi 
həmin  ölkənin müqəddəs  sid  ağaclarını  oğurlayıb  Uruka gətirməkdir 
O,  bu  barədə  özünün  sadiq  xidmətçisi  və  ayrılmaz  yol  yoldaşı 
Enkiduya  deyir.  O  isə  məslhət  görür  ki,  əvvəlcə  öz  planlan  barədə 
günəş  allahı  Utu  ilə  məsləhətləşsin,  çünki  o  ölkənin  sidr  ağaclarının 
mühafizəçisi  Utudur.
Gilqameş  Enkidunun  məsləhəti  ilə  Utuya  qurbanlar  aparır  və 
xahiş  edir ki,  canlılar ölkəsinə  gələcək  səyahətində  ona  kömək  etsin 
Utu  əvvəlcə  Gilqameşin  qabiliyyətinə  şübhə  ilə  yanaşır,  ancaq  o  öz 
xahişini  daha  inamlı  sözlərlə  təkrar  edir.  Ona  rəğbətlə  yanaşan  Utu 
Gilqameşə  kömək  etməyi 
qərara  alır. 
Belə  başa  düşmək 
mümkündürsə,  “canlılar  ölkəsinə”  dağlardan  keçən  yolda  Gilqameşə 
mane  ola  biləcək  dağıdıcı  fəlakətlər  təcəssümü  yeddi  qorxulu  iblisi
214
hansı  yollasa  zərərsizləşdirmək  istəyir.  Sevincək  olan  Gilqameş 
L'ruk  şəhərlilərindən  “nə  evi,  nə  anası”  olan  və  onun  arxasınca  hara 
lazımdır getməyə  hazır  olan  50  könüllü  yığır.  Özü  və  yol  yoldaşları 
üçün  tuncdan  və  ağacdan  silahlar  hazırlayan  Gilqameş  yola  çıxır  və 
Utunun  köməyi  ilə yeddi  dağ silsiləsini  aşır.
Onlar yeddinci  zirvədən  düşdükdən  sonra nə  baş verdiyi  aydın 
deyil, uyğun sətirlər çox  pis qalmışdır.  Mətn yenidən oxunaqlı  olanda 
biz  Gilqameşi  dərin  yuxuya  qərq  olmuş  vəziyyətdə  tapırıq.  Bu 
yuxudan o,  uzun  müddətdən  sonra və böyük  çətinliklə oyanır.  Bu  cür 
yubanmaqdan  çox  mütəəssir  olan  Gilqameş  anası  Ninsunun  və  atası 
Luqalbandanın  canına  and  içir  ki,  canlılar  ölkəsinə  çatacaq  və  nə 
allah,  nə də insan  onu bu yoldan  saxlaya bilməyəcək.
Ancaq  Enkidu  Gilqameşə yalvarır ki,  bu yoldan  qayıtsın,  çünki 
müqəddəs  sidr  ağaclarım  dəhşətli  əjdaha  Xuvava  qoruyur  və  öz 
rəqiblərinin hamısını  öldürür.  Gilqameş onun  çəkindirmələrinə məhəl 
qoymur.  Enkidunun  köməyilə  bütün  maneələri  və  təhlükələri  dəf 
edəcəyinə  inanaraq  öz  həmfıkrini  əmin  edir  ki,  qorxunu  ataraq 
onunla birlikdə getsin.
Özünü  sidr  ağacından  olan  evində  gizlədən  Xuvava  gələnləri 
izləyir.  O,  qəzəb  içərisində  onları  qovmağa  çalışır,  lakin  görünür, 
nəticəsi  olmur.  Mətnin  burasında  bir  neçə  sətirlik  boşluq  var.  Sonra 
biz  öyrənirik  ki,  Gilqameş  yeddi  ağac  kəsərək,  yəqin  ki,  əjdahanın 
evində,  Xuvara  ilə üz-üzə gəlir.  Nə qədər qəribə olsa  da,  döyüşün  lap 
əvvəlində  Xuvavanı  tərk edilməz  bir  qorxu  bürüyür.  O,  yalvarışlarla 
günəş  allahı  Utuya  müraciət  edir  və  Gilqameşdən  xahiş  edir  ki,  onu 
öldürməsin.  Qəhrəman  əjdahanı  buraxmaq  tərfdarıdır:  qarmaqarışıq, 
aydın  olmayan  ifadələrlə  Enkiduya  təklif edir  ki,  Xuvavanı  buraxsın 
Ancaq  Enkidu  hər  cür gözlənilməzliklərdən  qorxaraq  belə  ehtiyatsız 
qərara  etiraz  edir.  Əjdaha  Enkidunun  qəddarlığına  acıqlanır,  ancaq 
boş  yerə.  Qəhrəmanlar  onun  başını  kəsirlər.  Görünür,  onlar 
Xuvavanm  meyidini  Enlilə  və  ilahə  Ninlilə  aparırlar.  Sonra  nələr 
olur,  bilmirik,  çünki  burada  mətndən  cəmi  bir neçə tam  olmayan  sətir 
qalıb.
Həmin  poemanın  aydın  parçalarının  hərfi  tərcüməsi  budur:
Kahin  “Canlı  Dağa” yönəldi  fikirlərini.
215


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə