Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi



Yüklə 107,95 Kb.
tarix21.06.2018
ölçüsü107,95 Kb.
#49888

Azərbaycan Respublikası Şirvan şəhər

Mədəniyyət və Turizm Nazirliyi MKS-nin metodika və biblioqrafiya şöbəsi

Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin



200 illiyi

Tövsiyə biblioqrafiyası

2015

Qorqudşünaslıq elminin genişlәnәn imkanları

“Dәdә Qorqud” dastanlarının tapılması – 200 Dünya dastan yaradıcılığında böyük yeri olan “KitabiDәdә Qorqud” dastanlarının taleyindә, yayılmasında vә cәmiyyәtә çatdırılmasında bir neçә böyük hadisә xüsusilә qeyd edilmәlidir. Bu hadisәlәri aşağıdakı kimi konkretlәşdirmәk olar:

* VII әsr – “KitabiDәdә Qorqud” dastanlarının tam formalaşdığı dövr.

* XVI әsr – “KitabiDәdә Qorqud” dastanlarının sonralar Drezden nüsxәsi kimi qәbul edilmiş 12 boyu yazıya alınmışdır;

* 1815ci il – alman şәrqşünası Fridrix Fon Ditsin “KitabiDәdә Qorqud” dastanlarını Almaniyadakı Drezden Kral kitabxanalarından üzә çıxarıb dünya elminә bәyan etdiyi tarix;

* 1916 – Kilisli müәllim Rüfәtin “KitabiDәdә Qorqud” dastanlarını Türkiyәdә nәşr etdirmәsi;

* 1939cu il – Görkәmli Azәrbaycan alimi Hәmid Araslının “KitabiDәdә Qorqud” dastanlarını Bakıda çap etdirmәsi; *

1950ci il – Görkәmli şәrqşünas alim Vasili Bartoldun ruscaya tәrcümә etdiyi “KitabiDәdә Qorqud” dastanının Bakıda H.Araslı vә M.Tәhmasib tәrәfindәn nәşr edilmәsi;

* 1951ci il – Azәrbaycan Kommunist Partiyasının XVIII qurultayında “KitabiDәdә Qorqud” dastanlarının nәşrinә, tәdqiqinә vә tәbliğinә qadağaların qoyulması;

* 1952ci il – “KitabiDәdә Qorqud” dastanlarının italyan alimi Etorre Rossi tәrәfindәn 6 boydan ibarәt Vatikan nüsxәsinin tapılması;

* 1957ci il – “Kommunist” qәzetindә tanınmış Azәrbaycan alimlәri Hәmid Araslı, Әbdülәzәl Dәmirçizadә, Mәmmәd Arif Dadaşzadә vә Mәmmәdhüseyn Tәhmasibin “KitabiDәdә Qorqud dastanları” adlı bәraәt mәqalәsinin çap olunması (17, 26 mart)

* 1975ci il – Xalq yazıçısı Anarın ssenarisi üzrә “KitabiDәdә Qorqud” dastanları әsasında “Dәdә Qorqud” bәdii filminin çәkilmәsi;

* 20 aprel 1997ci il – Azәrbaycan Respublikasının Prezidenti Heydәr Әliyevin “KitabiDәdә Qorqud” dastanlarının 1300 illiyi haqqında” Fәrmanı;

* 1998ci il – “KitabiDәdә Qorqud” dastanlarının 1300 illiyi ilә әlaqәdar YUNESKOda Beynәlxalq Simpoziumun keçirilmәsi vә konsertin tәşkili;

* 2000ci il – “KitabiDәdә Qorqud” dastanlarının 1300 illiyi münasibәti ilә türkdilli ölkәlәrin dövlәt başçılarının vә YUNESKOnun Baş katibinin iştirakı ilә Bakıda Zirvә tәdbiri;

* 13 dekabr 2013cü il – Bakıda Dәdә Qorqud abidәsinin vә Dәdә Qorqud parkının rәsmi açılışı; * 28 dekabr 2013cü il – Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin “Dәdә Qorqud” dastanlarının motivlәri әsasında çoxseriyalı bәdii filmin çәkilmәsi haqqında Sәrәncamı;



* 20 fevral 2015ci il – Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin “KitabiDәdә Qorqud”un alman dilindә ilk tәrcümәsi vә nәşrinin 200 illiyinin qeyd edilmәsi haqqında Sәrәncamı.

“KitabiDәdә Qorqud” dastanları ilә әlaqәdar olan bu tarixlәrdәn hәr biri tәkcә qorqudşünaslıq elmi üçün yox, bütövlükdә geniş mәnada elm vә әdәbiyyatın, habelә cәmiyyәtin inkişafı baxımından mühüm hadisәlәrdir. “KitabiDәdә Qorqud” dastanlarının alman şәrqşünası Fridrix Fon Dits tәrәfindәn 200 il әvvәl tapılıb dünyaya bәyan edilmәsindәn sonra bu möhtәşәm şifahi xalq әdәbiyyatı abidәsi haqqında Şәrqdә vә Qәrbdә yüzlәrlә kitablar nәşr edilmişdir. Fikrimizcә, “Dәdә Qorqud” aşkar edilib bәyan olunmasaydı, dünya eposdastan mühitindә böyük boşluq meydana çıxardı. Dünyada “Dәdә Qorqud” dastanlarının yerini doldura bilәcәk bu sәviyyәdә başqa bir epos tәsәvvür etmәk çәtindir. “KitabiDәdә Qorqud” dastanlarının Azәrbaycanla yanaşı Avropada vә Türkiyәdә kitab halında nәşr edilmәsi vә haqqında tәdqiqat әsәrlәrinin meydana çıxması mühüm әhәmiyyәtә malik olan әdәbiyyat vә mәdәniyyәt hadisәsi faktlarıdır. Bununla belә, “Kitabi Dәdә Qorqud” dastanlarının dünya miqyasında tәbliği vә Azәrbaycanda adının әbәdilәşdirilmәsi, әks etdirdiyi vәtәnpәrvәrlik ideyalarının genişlәndirilmәsi Ümummilli lider, görkәmli dövlәt xadimi Heydәr Әliyevin xidmәtidir. Xüsusәn, “KitabiDәdә Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997ci ildә imzaladığı Fәrmanın әsasında hәyata keçirilmiş geniş miqyaslı tәdbirlәr sözün böyük mәnasında “Dәdә Qorqud” dastanlarının yenidәn doğuluşu vә әbәdiyyәt qazanması hadisәsinә çevrilmişdir. Mühüm tarixi әhәmiyyәtә malik olan dövlәt fәrmanının işığında YUNESKOnun iqamәtgahında tәşkil olunan beynәlxalq simpozium vә konsert, Bakıda türk dövlәtlәri rәhbәrlәrinin iştirakı ilә gerçәklәşәn Zirvә görüşü “Dәdә Qorqud” dastanlarına yeni hәyat bәxş etmişdir. Yubiley münasibәtilә nәşr edilmiş iki cildlik “Dәdә Qorqud” ensiklopediyası vә digәr elmibәdii әsәrlәrlә Qorqudşünaslığın yeni epoxası başlanmışdır. “Dәdә Qorqud” dastanının ilk dәfә olaraq Drezden nüsxәsinin faksimilesi ilә yanaşı, Vatikan nüsxәsinin dә Bakıda nәşr edilib oxuculara çatdırılması Azәrbaycan Qorqudşünaslığın tarixindә nadir hadisәlәrdir. Eyni zamanda, Heydәr Әliyev kimi böyük dövlәt xadiminin “KitabiDәdә Qorqud” dastanları haqqında müәyyәn etdiyi aşağıdakı istiqamәt dastana münasibәtin vә ana xәttinә çevrilmişdir: “Kitabi – Dәdә Qorqud” dastanı bütün türk dünyasına mәxsusdur, onun vәtәni Azәrbaycandır, sahibi Azәrbaycan xalqıdır, müstәqil Azәrbaycan dövlәtidir”. Mәhz 1300 illik yubileyi haqqında fәrmandan sonra Dәdә Qorqudun adının Azәrbaycanda әbәdilәşdirilmәsi sahәsindә ilkin addımlar atılmışdır. Dәdә Qorqud heykәlinin 1999cu ildә Naxçıvan şәhәrindәki Tәbriz meydanında ucaldılması bu böyük işin möhkәm bünövrәsinә çevrilmişdir. Xüsusәn, Azәrbaycan Respublikasının Prezidenti Heydәr Әliyevin Naxçıvan Muxtar Respublikasına sәfәri zamanı Naxçıvan şәhәrindәki Dәdә Qorqud abidәsini ziyarәt etmәsi geniş ictimaiyyәtin vә yaradıcı ziyalıların bu mövzuya marağını daha da qüvvәtlәndirmişdir. Aparılmış mәqsәdyönlü vә ardıcıl siyasәt “Dәdә Qorqud” mövzusunu müstәqil dövlәtçilik vә vәtәnpәrvәrlik tәrbiyәsinin әsas istiqamәtlәrindәn biri mövqeyinә çıxarmışdır. Xüsusәn, Azәrbaycanda müstәqilliyin möhkәmlәndirilmәsi dövründә “Dәdә Qorqud”un qәhrәmanlıq, vәtәnpәrvәrlik vә birlik ideyalarının dövlәt sәviyyәsindә diqqәt mәrkәzinә çәkilmәsi son dәrәcәdә müdrik vә uzaqgörәn bir addımdır. “KitabiDәdә Qorqud” dastanlarına xalqımızın millimәnәvi özünüdәrkinin vә dövlәt müstәqilliyinin mühüm hadisәsi kimi qiymәtlәndirilmәsi siyasәtini yaradıcılıqla inkişaf etdirәn Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev Dәdә Qorqud anlayışında millilik vә dövlәtçilik ideyalarının vәhdәtinin ifadә olunduğunu daim diqqәt mәrkәzinә çәkmişdir. Bu mәnada Dәdә Qorqud mövzusu müstәqillik dövrü Azәrbaycan siyasәtindә millimәnәvi özünüdәrk proseslәrinin genişlәndirilmәsindә mühüm yer tutur. Dәdә Qorqudun adının әbәdilәşdirilmәsinә dair ölkә miqyasında tәdbirlәrin hәyata keçirilmәsi hәmin ardıcıl siyasәtin real nәticәlәridir. Bakı şәhәrindә 13 dekabr 2013cü ildә Dәdә Qorqud abidәsinin ucaldılması vә Dәdә Qorqud parkının salınması ilә Qorqud Atanın ölmәz adı Azәrbaycan paytaxtında rәsmi olaraq әbәdilәşdirilmişdir. Heykәltәraş Göyüş Babayevin yaratdığı “KitabiDәdә Qorqud” abidәsindә tәkcә Oğuz elinin böyük vә müdrik ağsaqqalı Dәdә Qorqudun yox, bütövlükdә dastanın 12 boyunda tәsvir edilmiş hadisәlәrin әsas motivlәri orijinal şәkildә әks etdirilmişdir. Bu, Azәrbaycanda dastan qәhrәmanına deyil, geniş mәnada dastana ucaldılmış birinci heykәltarşlıq nümunәsidir. Kitababidәnin dә әhatә olunduğu Dәdә Qorqud parkında hәmin dövrün mühitinin ana xәtlәri canlandırılmışdır. Doğrudan da Prezident İlham Әliyevin Dәdә Qorqud kompleksinin açılışı mәrasimindә haqlı olaraq dediyi kimi “bu abidәnin ucaldılması böyük hadisәdir. “KitabiDәdә Qorqud” Azәrbaycan xalqının milli sәrvәtidir. Bu әsәrdә Azәrbaycan xalqının keçmiş hәyat tәrzi, mәişәti, psixologiyası әks olunmuşdur. Әsәrin qәhrәmanlarının adlarını Azәrbaycanın çoxsaylı müxtәlif әrazilәrindә yaşayış mәntәqәlәrindә görmәk olar. Bu әsәrdә Azәrbaycan toponimlәri әks olunmuşdur... Bu dastan hәr bir azәrbaycanlı üçün әzizdir. Bu abidәnin ucaldılması Azәrbaycan xalqının bir daha öz tarixi keçmişinә, mәdәniyyәtinә olan münasibәtinin tәzahürüdür... Artıq Bakıda Dәdә Qorqud parkı, Dәdә Qorqud abidәsi vardır”. Bu böyük mәdәniyyәt hadisәsindәn dәrhal sonra 28 dekabr 2013cü ildә Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin “Dәdә Qorqud” dastanları әsasında çoxseriyalı bәdii televiziya filminin çәkilmәsi haqqında” imzaladığı Sәrәncamında da dastanın “azәrbaycançılıq mәfkurәsi baxımından müstәsna әhәmiyyәti” vә “gәnc nәslin vәtәnpәrvәrlik ruhunda tәrbiyә olunmasında әvәzsiz rolu” xüsusi olaraq nәzәrә çarpdırılmışdır. Dövlәt sәrәncamında ifadә olunan aşağıdakı fikirlәrdә “KitabiDәdә Qorqud” dastanlarının çox mühüm azәrbaycançılıq hadisәsi olması öz әksini tapmışdır: “Azәrbaycan xalqının әsrlәr boyu yaratdığı zәngin mәdәnimәnәvi sәrvәtlәr xәzinәsindә “KitabiDәdә Qorqud” özünәmәxsus layiqli yer tutur. Qәhrәmanlıq keçmişimizi parlaq әks etdirәn bu misilsiz vә möhtәşәm sәnәt abidәsi milli varlığımızın müәyyәnlәşmәsindә mühüm rol oynamışdır. Әcdadlarımız barәsindә yaradılmış әn böyük vә mәşhur oğuznamәlәrdәn ibarәt “KitabiDәdә Qorqud” Ana dilimizin tükәnmәz ifadә imkanlarını özündә yaşadır. Azәrbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilә әhatә edәn monomental epos xalqımıza mәxsus qәdim adәt vә әnәnәlәrin, ulu babalarımızın dünyagörüşünün, mәnәvi alәminin vә yüksәk bәdii zövqünün öyrәnilmәsindә qiymәtli mәnbәdir”. Ulu öndәr Heydәr Әliyev “KitabiDәdә Qorqud” dastanlarına hәm dә dünya eposu miqyasında, xüsusәn dә türk dünyasının zәngin şifahi xalq әdәbiyyatı sәviyyәsindә yüksәk qiymәt vermişdir. Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin “KitabiDәdә Qorqud” dastanlarına münasibәtindә dә azәrbaycançılıqla yanaşı, bu әdәbi abidәnin “yüksәk bәşәri idealların tәrәnnümçüsü kimi dünya xalqlarının mәnәvi sәrvәtlәr xәzinәsinә daxil olması” fikri vә “bütün türk dünyasını daha sıx birlәşdirmәsi” ideyası xüsusi yer tutur. Prezident İlham Әliyev “Dәdә Qorqud” dastanlarında “ortaq tarix vә ortaq köklәr” ideyasının da ifadә olunduğunu, buna görә dә Dәdә Qorqudla әlaqәdar hәmin istiqamәtdә Azәrbaycanda atılan addımların “bütün türk dünyasında gözәl әkssәda verәcәyini” diqqәt mәrkәzinә çәkmişdir. Dövlәt başçımızın 2004cü ildә Avropa Birliyi Tәşkilatının yerlәşdiyi Belçikanın paytaxtı Brüssel şәhәrindә ucaldılmış Dәdә Qorqud abidәsinin meydana çıxmasına diqqәt yetirmәsi vә hәmin abidәnin açılışında iştirak etmәsi möhtәşәm eposa dünya mәdәniyyәti miqyasında baxışın daha bir ifadәsi idi. Fikrimizcә, Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin “KitabiDәdә Qorqud”un alman dilinә ilk tәrcümәsi vә nәşrinin 200 illiyinin qeyd edilmәsi haqqında”kı 20 fevral 2015ci il tarixli Sәrәncamı da mahiyyәt etibarilә bu böyük azәrbaycançılıq abidәsinin dünya mәdәniyyәti hadisәsi sәviyyәsindә dәyәrlәndirilmәsi istiqamәtinin daha da dәrinlәşmәsinә uğurla xidmәt edәn ardıcıl dövlәt siyasәtinin mәntiqi davamıdır.

Kitabxanalarda Kitabi Dədə Qorqud ədəbi irsinin təbliği.
2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. 

Buna görə də Mərkəzi Kitabxana və filiallarda dastanın yubileyi yüksək səviyyədə qeyd olunmalıdır. Kitabxanalarda sərgilər hazırlanmalı, müxtəlif tədbirlər həyata keçirilməlidir. Belə ki, kitabxanalarda,filiallarda kitab müzakirələri, ədəbi-bədii gecə, oxucu konfransı və s. keçirmək olar.

Tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar:
Ədəbiyyat siyahısı
1. Əfəndiyev, Paşa. Azərbaycan şifahi xalq ədəbiyyatı.-B.: Maarif,1981.-401s.

2. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət.-B.:Öndər nəşriyyatı,2004.- 367 s.

3. Cəfərov, Telman. Məktəblinin ədəbiyyat lüğəti.- B.: Ayna mətbu evi,2007.-220 s.

4. Kitabi-Dədə Qorqud ensiklopediyası. İki cilddə.-B.: Yeni nəşrlər evi, 2000- 620 s.



5.. Kitabi=Dədə Qorqud.-B.Öndər nəşriyyatı, 2004.-376 s.

İnternetdə
http://www.president.az/articles/14382

http://www.president.az/articles/10733

http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=33151

Tərtib edən baş biblioqraf Alma Cəfərova
Yüklə 107,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə