80
UĢaq onunla bir Ģəhərdə yaĢayan atasını tanımır, anası isə oğluna hərdən bir baĢ çəkirdi. Nənə qoca olduğundan
uĢağı tələb olunan qaydada tərbiyə edə bilməmiĢ, o nəzarətsiz qalmıĢdır. Bütün bunlar onunla nəticələnmiĢdir
ki, uĢaq qonĢuluqda yaĢayan, dəfələrlə məhkum olmuĢ B-nin təsiri altına düĢmüĢ və onunla birlikdə Ģəhər
mağazalarının birindən oğurluq etmiĢdir.
Valideynlərin sərxoĢluq, kobudluq, yüngül xasiyyətlilik, qanunlara və əxlaq normalarına hörmətsizlik
kimi hərəkətləri də gənclərin tərbiyəsinə pis təsir göstərir. F.E.Dzerjiniski yazırdı ki, uĢağın gənc qəlbinə ilk
görünüĢdən ən cüzi Ģey də təsir edir, buna görə də uĢaqların yanında mədəniyyətsizlik etməkdən,
əsəbiləĢdirməkdən, dalaĢmaqdan, söyüĢ söyməkdən, qeybətçilikdən, hamısından pisi isə, sözün əksinə hərəkət
etməkdən çəkinmək lazımdır. Çünki uĢaqların təqsiri əsasən valideynlərin üzərinə düĢür.
Xarakterik cəhət budur: hüquq qaydalarını müxtəlif formalarda pozmaq üstündə tutulmuĢ həddi-buluğa
çatmayanların əksəriyyəti o ailələrdəndir ki, orada həmiĢə dava-dalaĢ baĢ verir, kobud sözlər danıĢılır, ailənin
böyük üzvləri məiĢətdə nalayiq hərəkətlərə məĢğul olur və hüquq qaydalarının müxtəlif Ģəkillərdə pozulmasına
yol verirlər. HəmiĢə yadda saxlamaq lazımdır ki, uĢaqlar üçün valideynlərin nüfuzu olduqca mühüm Ģərtdir,
onların bütün hərəkətləri uĢaqlar tərəfindən lazımlı və düzgün hərəkət kimi qəbul edilir. Ona görə də böyüklərin
nalayiq hərəkətləri yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərir.
Bəzi valideynlərin yersiz hərəkətləri nəticəsində ailədə əmələ gələn qeyri-sağlam Ģərait uĢağı ailədən
uzaqlaĢdırır və nəticədə küçə mühitinin ona zərərli təsiri güclənir. Bu cəhətdən belə bir hadisə səciyyəvidir.
Süleymanın atası zavodda mühəndis vəzifəsində iĢləyirdi. Bacarıqlı və zəhmət sevən atasını Süleyman çox
sevirdi. Sonralar ata içməyə və evə tez-tez sərxoĢ gəlməyə baĢladı, evdə vəziyyət pisləĢdi, ailədə münasibətlər
dözülməz hal aldı. Süleyman da özü hiss etmədən küçəni evlərindən üstün tutmağa baĢladı. Onun atasına olan
məhəbbəti söndü. Bir gün yeniyetmə özü içmək həvəsinə düĢdü. SərxoĢ halda ictimai asayiĢi kobudcasına
pozduğundan milis Ģöbəsinə gətirildi, sonra isə məhkəmə tərəfindən cəzalandırıldı.
Deməli, ailədə valideynlərin təqsiri üzündən yaranan qeyri-normal vəziyyət, böyüklərin həyata və
insanlara düzgün olmayan münasibəti yeniyetmədə ictimaiyyətə zidd hərəkətlərin baĢ verməsinə səbəb ola bilər.
Bu səhv nəticədə baĢqasının zəhmətinin bəhrəsini mənimsəmək, ictimai faydalı əməkdən müəyyən bəhanələrlə
boyun qaçırmaq, zəhmətsiz yaĢamaq, cəmiyyətə heç Ģey vermədən ondan mümkün qədər çox qoparıb almaq
kimi nalayiq, yaramaz sifətlər doğurur. Əlbəttə, bütün bunlardan sonra hüquq qaydalarının pozulması üçün bir
addımlıq yol qalır.
Bəzən ailə tərbiyəsinin ictimai əhəmiyyəti nəzərdən qaçırırlar və ailə həyatı sırf Ģəxsi iĢ kimi
qiymətləndirilir. Məsələyə bu cür yanaĢanlar, görünür. Azərbaycan ailəsinin ailə tərbiyəsinin cəmiyyətdə adamın
formalaĢmasında çox böyük rol oynadığını unudurlar. Yadda saxlamaq lazımdır ki, ailənin ictimai vəzifələri ilə
əlaqədar olan məsələlərə cəmiyyət laqeyd qala bilməz və bu, heç də tamamilə valideynlərin öhdəsinə
mülahizəsinə buraxılmamalıdır.
UĢaqların tərbiyəsi üçün valideynlərin məsuliyyətini artırmaq yalnız bütün ictimaiyyətinin birgə səyi ilə
mümkündür.
5
Həddi-buluğa çatmamıĢların öz valideynlərindən və ya onlarla birgə yaĢayan digər ailə üzvlərindən oğurluq
etmələrinə görə, əgər zərər çəkmiĢ Ģəxslər həddi-buluğa çatmamıĢ əleyhinə cinayət iĢi baĢlanması barədə müvafiq
orqanlara xahiĢlə müraciət etməmiĢlərsə, bir qayda olaraq, onların məhkum edilmələrinə yol verilməməlidir.
Həddi-buluğa çatmamıĢların böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cəmiyyətdən təcrid
etmədən islah olunması və yenidən tərbiyələndirilməsinə nail olmaq mümkündürsə, onların əsassız azadlıqdan
məhrum edilmələrinə yol verməməlidir.
Cinayət həddi-buluğa çatmamıĢ tərəfindən edildikdə, istintaq məhkəmə orqanları bütün hallarda cinayətin
səbəbini və buna kömək edən Ģəraiti diqqətlə araĢdırmalı, xüsusən iri yaĢlıların həmin cinayətdə iĢtirakı, onların
həddi-buluğa çatmamıĢları cinayət fəaliyyətinə, sərxoĢluğa, narkotik maddələr iĢlətməyə və cəmiyyətə zidd
hərəkətlərə cəlb etmələri olub-olmaması aydınlaĢdırılmalıdır.
Cinayət məsuliyyətinə cəlb etmək üçün qanunla müəyyən olunmuĢ yaĢ həddinə çatmamıĢ yeniyetmənin
cinayətə cəlb etmiĢ iri yaĢlı Ģəxs, onun həmin cinayətdə iĢtirakı formasından asılı olmayaraq, konkret cinayətin
icraçısı kimi, həm də əlavə olaraq həddi-buluğa çatmamıĢı cinayət fəaliyyətinə cəlb etmək üstündə məsuliyyət
daĢımalıdır.
Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə ibtidai istintaqın prosessual xüsusiyyətləri
Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə istintaq keyfiyyəti və səmərəliliyi müstəntiqin iĢinin düzgün
təĢkilindən çox asılıdır. Əgər istintaq təĢkili barəsində geniĢ mənada danıĢılarsa, ona həm müstəntiqlərin iĢinin
elmi cəhətdən təĢkili məsələsinin, həm də konkret cinayətlərin istintaqının təĢkili probleminin daxil olduğunu
qeyd etmək zəruridir. Bu istiqamətlər bir-biri ilə sıx bağlıdır və onların bircə nəzərdən keçirilməsi zəruridir.
5
Гафаров Т.М. «Ъинайят вя ъинайят мясулиййяти». Азярбайъан Дювлят Няшриййаты, Бакы-1978. сящ-13-14.