Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   2   3   4   5   6   7   8   9   ...   40

Şagird: 
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.  
3.1.1. Yazısında sadə hüsnxət  və orfoqrafiya normalarına riayət edir. 
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.  
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.  
3.1.5. Sinif səviyyəsinə  uyğun olaraq  müəyyən edilən sadə əməli  yazılar (məktub, 
açıqca, elan) yazır. 
 
4. Dil  qaydaları 
Şagird: 
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sait və samit səsləri fərqləndirir. 
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir. 
4.1.3.  Sözlərin  böyük  hərflə  yazılışına  dair  qaydaları  (şəxs  və  coğrafi  adlar) 
məqamına uyğun tətbiq edir.   
4.1.4.  Mətndə  rast  gəldiyi  yeni  sözlərin  yazılış  və  tələffüzünü  müəyyənləşdirmək 
üçün lüğətdən istifadə edir. 
 
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır. 
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir. 
4.1.7.  Tələb  olunan  məqsəd  və  intonasiyaya  görə  cümlə  qurur  və  müvafiq  durğu 
işarələri ilə tamamlayır. 
 
III sinif 
III sinfin sonunda şagird: 

 
dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir; 

 
müşahidə  etdiklərinə,  eşitdiklərinə,  oxuduqlarına  münasibət  bildirməklə  nəql 
edir,  dialoqlarda  iştirak  edir,  situasiyaya  uyğun  jest  və  mimikalardan  istifadə 
edir; 



 
sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;  

 
müvafiq  mətni  düzgün  sürətli  və  intonasiya  ilə  oxuyur,  bədii  və  elmi-kütləvi 
mətnləri  fərqləndirir,  mətnin  məzmununu  tərtib  etdiyi  plana  uyğun  nəql  edir, 
əsas fikri həyatla əlaqələndirir; 

 
hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa 
və sadə əməli yazılar  yazır;    

 
sait  və  samit  səsləri  xüsusiyyətinə  görə  fərqləndirir,  sözlərin    böyük  hərflə 
yazılmasına dair  qaydaları tətbiq edir, 

 
yeni  sözlərin  mənasını  müəyyənləşdirmək  üçün  lüğət  və  sorğu  kitablarından 
istifadə edir; 

 
qrammatik mənalarına görə sözləri qruplaşdırır; 

 
cümlədə  sözlərin  düzgün  ardıcıllığını  müəyyənləşdirir,  baş  və  ikinci  dərəcəli 
üzvlərin rolunu sadə şəkildə izah edir; 

 
məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir. 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
  1.1.1.  Dinlədiyi fikirləri   müqyaisəli  təhlil edir.  
  1.1.2.  Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.   
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. 
  1.2.1.  Müşahidə  etdiklərini,  eşitdiklərini  və  oxuduqlarını  müqayisə  etməklə  nəql 
edir. 
  1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir. 
 
1.2.3.  Ədəbi-bədii  nümunələri  ifa  edərkən  müvafiq  situasiyaya  uyğun    jest  və 
mimikalardan istifadə edir. 
 
2. Oxu 


Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü  nümayiş   etdirir. 
2.1.1.  Mətndə  rast  gəldiyi  yeni  əşya  və  hadisələrin  xarakterik  əlamətlərini 
adlandırır. 
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir. 
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir 
2.2.  Oxu  bacarıqlarına yiyələndiyini nümayiş etdirir.  
2.2.1.  Müvafiq  mətnləri  düzgün,  sürətli,  intonasiya  ilə  (cümlə  növlərinə  görə) 
oxuyur. 
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir. 
2.2.3. Mətnin geniş planını tutur. 
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir. 
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir. 
 
3.  Yazı 
Şagird: 
3.1. Yazı  bacarıqlarına yiyələndiyini  nümayiş etdirir. 
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və  sürətlə yazır.       
3.1.2. Sadə redaktə işləri aparmaqla  mətni  köçürür. 
3.1.3. Verilmiş mətnin  planını tutur  və məzmununu yazır.  
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır. 
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq  müəyyən edilən əməli yazılar (məktub, elan, 
anket, dəvətnamə) yazır. 
 
4. Dil  qaydaları 
Şagird: 
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə   fərqləndirir. 
4.1.2.Sözlərin  böyük  hərflə  yazılışına  dair  qaydaları  (bayramlar  və  tarixi  günlər) 
məqamına uyğun tətbiq edir.  


4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək 
üçün lüğət və sorğu kitablarından istifadə edir.  
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır. 
4.1.5.  Cümlənin  formalaşmasında  baş  və  ikinci  dərəcəli  üzvlərin  rolunu  sadə 
şəkildə izah edir. 
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir. 
4.1.7. Məqsəd və  intonasiyanı dəyişməklə  verilmiş cümləni müxtəlif  məqamlarda 
işlədir. 
 
IV sinif 
IV sinfin sonunda şagird: 

 
dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir;  

 
müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna 
uyğun  jest  və  mimikalardan  istifadə  etməklə  təqdimatlar  edir,  dialoji  mətnlər 
qurur; 

 
mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir; 

 
müvafiq  mətni  düzgün  sürətli  və  intonasiya  ilə  oxuyur,  bədii  və  elmi-kütləvi 
mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib 
edir,  məzmununu  yaradıcı  şəkildə  davam  etdirir,  mətnin  ideyasını 
müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir; 

 
orfoqrafiya  qaydalarına  riayət  edir,  sadə  əməli  və  kiçikhəcmli  mühakimə 
xarakterli yazılar yazır; 

 
sadə fonetik təhlil aparır, sözlərin böyük  hərflə yazılışına dair qaydaları tətbiq 
edir,  sözlərin  mənasını    müəyyənləşdirmək  üçün  lüğətdən,  ensiklopediyadan 
istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır; 

 
cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən 
edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə