|
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu17 Texnologiya-kurikulumElektron-hesablama texnikası
– bu texnikanın əsas işi hesablama aparmaq,
informasiyaları saxlamaq və emal etmək, istehsalı avtomatlaşdırmaqdan ibarətdir.
Hesablama işlərinin həcmindən, mürəkkəbliyindən asılı olaraq istehsalatda
müxtəlif hesablama maşınları: fəaliyyət sürəti bir neçə milyard əməliyyatdan ibarət
olan super elektron texnikası, fərdi kompüterlər, mikro hesablama maşınları tətbiq
edilir. Elektron texnikasının eyni zamanda hesablama və informasiya
funksiyalarını yerinə yetirməsi böyük texniki nailiyyətdir.
Elektrotexnika
–
1) elektrik enerjisinin alınması, paylaşdırılması və istifadə edilməsi haqqında
elmdir.
2) elektrik hadisələrinin praktik tətbiqi ilə bağlı olan proseslər haqqında
elmdir; elektrik və maqnit hadisələrinin qanunauyğunluqlarını öyrənən, elektrik
enerjisinin hasilatı, ötürülməsi və tətbiqini tədqiq edən elm bölməsidir; elektrik
enerjisinin xalq təsərrüfatının bütün sahələrində, hərbi işdə, məişətdə bilavasitə
tətbiqi ilə əlaqədar texnika sahəsidir. Azərbaycanda elektrotexnikanın bir çox
sahələrini təmsil edən müasir sənaye müəssisələri və elmi-tədqiqat elektrotexnika
institutu vardır.
Dostları ilə paylaş: |
|
|