1.1.
Pedaqogika bir elm kimi
Məlum olduğu kimi, pedaqogika bir elm kimi XVII əsrdə
böyük çex maarifçisi, ictimai xadimi Yan Amos Komenski
(1592-1670) tərəfindən yaradılmışdır. Yan Amos «Böyük
didaktika» əsərini yazmaqla sadədən mürəkkəbə doğru olmaqla
pilləli təhsilin inkişaf xüsusiyyətlərini, təlim etmənin, yəni
öyrətmənin mahiyyəti, qanunauyğunluqlan, üsullan, yollan,
prinsipləri və təşkilati formalanm müəyyənləşdirmişdir. O,
«Böyük didaktika» əsərində ardıcıllıq, sistematiklik, əyanilik,
şüurluluq,
müvafiqlik,
biliklərin
möhkəmləndirilməsi,
təbiətvarislik prinsiplərini elmi-pedaqoji əsaslara söykənən
cəhətlərini aydınlaşdırmış, təlimin əsas təşkilati forması olan
dərsin strukturu, mərhələləri, tipləri, formalan, tərbiyəvi
əhəmiyyəti barədə ətraflı məlumat verməklə yeni bir
elmi-pedaqoji sistem yaratmışdır. Ko- menskinin bu sistemi bu
gün də dünya təhsil sisteminin əsası və bünövrəsi hesab olunur.
Y.A.Komenski çex pedaqoqu sayılsa da o, Çexiyada çox az bir
müddət yaşamış və əsərlərinin cüzi bir hissəsini Çexiyada yazıb,
onlann böyük əksəriyyətini Avropanın diger ölkələrində
hazırlamış və çap etdirmişdir. Bunun isə en başlıca səbəblərindən
biri onun Hembom Akademiyasında oxuması, Almaniya
Federasiyasının Baden Vürtemberq Universitetini bitirməsidirsə,
ikinci başlıca səbəbi Çexiyadan qovulması ilə bağlıdır. Çexiyada
uzun müddət yaşayıb işləyə bilməmeşinin səbəbi isə Y.A.Komen-
skinin Çexiyadakı Protestant Çex Qardaşları Sektasının
(məzhəbinin) üzvü olması, bu məzhəbin mənəvi dəyərlərini
təlim-tərbiyə işinin ortodoksal qanunauyğunluqlan və prinsipləri
kimi təqdim etməsi nəticəsində katolik kilsəsinin və siyasi
dairələrin tənqidinə məruz qalaraq ölkədən sürgün edilməsidir.
İki böyük məzhəbin, iki nəhəng dini qurumun yaratdığı
qarşıdurmalar, ixtişaşlar ölkədəki siyasi duruma mənfi təsir
göstərdiyindən Yan Amosun mənsub olduğu Çex
'V
Qardaşları Sektası darmadağın edilmiş, onun üzvlərindən bir
qismi həbs edilmiş, bir qismi edam olunmuş, bir qismi isə ölkədən
sürgün edilmişdir. Y.A.Komenski də sürgün olunanlar sırasmda
olmuşdur. Güman etmək olar ki, ölkənin siyasi dairələri onun
maarifçi olduğunu, təlim nəzəriyyəsinin yaradıcısı olmasmı,
ziyalılığını nəzərə alaraq ona ən yüngül cəza tətbiq etmişlər.
Böyük pedaqoq ömrünün axınna qədər Almaniyada, Avstriyada,
Fransada, Hollandiyada yaşayıb işləməyə məcbur olmuş və
Hollandiyanın (Niderlandiyanın) paytaxtı Amsterdamda vəfat
etmişdir. Bu sətirlərin müəlliü Amsterdamda olarkən şəhərin
girəcəyində Hollandiyanın ictimai, siyasi, iqtisadi və mədəni
həyatında böyük xidmətləri olan Niderlandın (Bu böyük xadimin
şərəfinə ölkənin adı Niderlandiya adlandınimışdır - F.S.) abidəsini
ziyarət edərkən yerli alimlərdən birinin Komenskinin
Hollandiyanın təhsilinin inkişafındakı rolu ilə bağlı söhbətini və
ona ithaf olunan xatirə lövhəsini müşahidə etdikdən sonra
Y.A.Komenski ilə bağlı pedaqogika tarixinə məlum olmayan yeni
informasiya və məlumätlan əldə etməyə müyəssər olmuşdur.
Y.A.Komenski Avropanın demək olar ki, bütün ölkələrini
dolaşmışdır. O, Balkan ölkələrində, İngiltərə, Fransa, Almaniya,
İtaliya, Avstriya, Belçika, İsveçrədə öz pedaqoji ide- yalannı
yaymaqla məşğul olmuş, ən çox Almaniya və Hollandiyada öz
«Böyük Didaktika»sınm tətbiqinə çalışıhışdır. Almaniyada,
Fransada, İngiltərədə, İtaliyada, Belçikada, Hollandiyada bir sıra
alimlərlə, maarifçilərlə, pedaqoqlarla keçirdiyimiz görüşlərdən,
Y.A.Komenski ilə bağlı nəşr olunmuş tədqiqat əsərlərindən,
habelə Pedaqogika dərsliklərindən, dərs vəsaitlərindən, pedaqoji
lüğətlərdən,
ensiklopedik
nəşrlərdən
əldə
etdiyimiz
informasiyalara, məlumatlara istinad etməklə belə bir qənaətə
gəlmək olar ki. Yan Amos öz «Böyük didakti- ka»sını Pansofiya
məktəbi adlandırmaq istəmiş və doğrudan da əksər yazılaılnda
Pansofiya ideyasının reallaşmasına ciddi cəhd göstərmişdir. Heç
bir ədəbiyyatda Komenskinin Pänso- fiya ideyası barədə ətraflı
məlumatı olmamasını nəzərə alaraq onun haqqında bir qədər
ətraflı izah olunması burada yerinə
düşərdi.
Pansofiya sözünün «Pan» sözündən yaranmasına heç bir
şübhə yoxdur. «Pan» sözü isə yunan sözüdür. Qədim yunan
mifologiyasma görə Pan meşə və çəmənliklər allahı Hermo- mm
oğludur. Qədim yunan mifologiyasındankı əski və mütləq
ideyalara görə bütün canlılar kimi insanlar da meşələrdə
yaşamışdır. Hermonun oğlu Panın köməyi və himayəçiliyi
sayəsində guya insanlara «hər şeyi» öyrətmək mümkün olmuş və
onlar meşələrdən çıxaraq çəmənliklərdə qəbilə və icma şəklində
yaşamağa müyəssər olmuşlar. Qədim yunanlardan irsən keçən
«Pan» sözü müasir yunan dilçiliyinin orfoqrafıya lüğətində də
«Pam> şəklində işlədilir. Mənası isə «Hər şeyi öyrənirəm»
deməkdir. «Pan» sözü həm keçmiş SSRİ, bu gün- kü Rusiya və
Azərbaycan məkanında hazırlanan bütün ensiklopedik nəşrlərdə
«hər şeyi öyrənən» mənasında şərh edilir. ASE-də Pan- (yun.
Pan-hər şey)- «hər şeyi ehtiva edən», «hər şeyə aidlik»
mənalanm bildirən mürəÜcəb sözlərin tərkib hissəsi kimi izah
edilir (bax: ASE-nin baş redaksiyası, Bakı, 1983, səh. 444).
Komenskinin «Pansofiya məktəbi» əsərini nəzərdən keçirsək
görərik ki, böyük pedaqoq təkcə bu əsəri ilə yox, elə «Böyük
didaktika» da daxil olmaqla bütün əsərlərini «Pansofiya ideyası»
əsasında yazmışdır. Pansofiya ideyası sözünün həm yunanca,
həm də Komenskinin əsərlərində göstərilən yozumu isə «Hər
şeyi öyrənmək ideyası» mənasında işlənmişdir. Bu ideyaya
uyğun olaraq yazdığı «Ana məktəb», «Dillərin açıq qapısı»,
«Bütün əşyalarm teatn», «Duyulan əşyalar aləmi şəkillərdə»
əsərlərində bir mənalı şəkildə Komenskinin «Hamıya hər şeyi
öyrətmək» arzusunu görürük. Bütün ensiklopedik nəşrlərdə
Komenski yaradıcılığı üçün səciyyəvi olan fikir heç bir
morfoloji-qrammatik dəyişikliklərə uğramadan belə yazılır:
«Komenskinin pedaqoji görüşlərinin əsasında pansofiya (hamıya
hər şeyi öyrətmək) ideyası durur». Bu fikir həm də ən görkəmli
komenskişünas alimlərdən olan A.A.Krasnovskiy (Rusiya),
D.Lordkipanidze (Gürcüstan) və Ə.Seyidov (Azərbaycan) kimi
bənzərsiz peda- qoqlanmızın əsərlərində olduğu kimi verilir.
Görünür həmin
ensiklopedik nəşrlərdə Komenski haqqında verilən bu tn onun
yaradıcılığına aid olan mətnə daxil edərkən adı çəkilən alimlərin
əsərlərindəki eyni formalı fikrə istinad olunmuşdur.
Y.A.Komenskinin «Pansofiya ideyası» fikrinin ən maraqlı
cəhəti onun bu sözün ikinci tərəfinə «sofiya» sözünü əlavə
etməsidir. Burada bir məsələyə də aydınlıq gətirsək fikrimizi
daha dürüst məntiqə söykənən məcraya yönəltmiş oluruq. Bu,
«Pan» sözünün hamımıza yaxşı məlum olan tərəfidir. Yəqin
hamımızın yaxşı yadındadır ki, keçmiş SSRİ məkanında
kommunist ideologiyasının ən qatı tənqid hədəflərindən biri də
«Panislamizm», «Pantürkizm» idi. Kommunist ideoloqlan
«Panislamizm»i, «Pantürkizm»i açıqlamasalar da bizə aydın idi
ki, panislamizmin, pantürkizmin vahid mənsəbi hamıya
«Qurani-Kərim»dən gələn elmi, mənəvi, əxlaqi dəyərləri
öyrətmək ideyası idi. Komenskiyə də bu ideya heç şübhəsiz ki,
məlum idi. Komenski də bu ideyanın fonunda özünün «Pansofiya
ideyası»nı irəli sürmək və hamıya hər şeyi öyrətmək istəyirdi.
Əgər panislamizm «Qurani- Kənim»dən gələn ideyalar əsasında
hamıya hər şeyi öyrətməyə üstünlük verirdisə, Komenskinin
Pansofiya ideyasında protestançılığın dini ideologiyası xəttinə
üstünlük verilirdi (Yuxanda qeyd etdiyimiz kimi Komenskinin
Çexiyada qəbul edilməməsi və oradan qovulmasının
səbəblərindən biri də bu idi). Nəzərə alsaq ki, «Sofiya» sözü də
qədim yunan mifologiyasından gəlir, qədim yunan əski mifoloji
fikrinə görə, müqəddəs Sofiya hər fəndi bilən mifdir.
Yımanıstanda yaranan «Sofizm cərəyanı» da həmin ölkədəki
Sifistikaya
əsaslanır.
Sifistika
isə
yunanca
«Sophistike»-mübarizəni
fəndgirliklə
aparmaq
bacanğı
mənasında şərh edilir (Bax: ASE, Bakı, ASE-nin baş redaksiyası,
səh. 394). Yunan Sofistləri (yunanca «sophistes») ixtiraçılar,
müdriklər, aqillər hesab olunurdu.
Bütün bu məna çalarlannı nəzərə alan Komenski
«pansofiya ideyası» deyəndə sxolastik və doqmatik fərdi
təlimdən imtina etməklə hamıya hər şeyi ayn-ayn elmlər
vasitəsilə sinif şəraitində, müəllimin rəhbərliyi altında, təlimin
təşkilati
J
olan dərs zamanı öyrətməyə üstünlük verirdi və buna da
nail oldu. Beləliklə, elmi pedaqogikanın bünövrəsi qoyuldu.
«Pedaqogika» sözü də yunan sözüdür və sözün kökü olan
«pedaqoq» sözündəndir. Pedaqoq (yunanca «Paidaqoqos»-
tərbiyəçi; paiz, paidos-uşaq+aqo-yönəldirəm, tərbiyə edirəm),
yaxud pedaqogika sözünə Komenskinin əsərlərində rast
gəlmirik. Qeyd etdiyimiz kimi, elmi pedaqogika Komenski
tərəfindən əsası qoyulan elmi didaktika (Böyük didaktika)
əsasında yaradılmışdır. Komenski elmi didaktika sahəsində
yaratdığı konsepsiyalanm əsasən Almaniyada, Avstriyada və
Hollandiyada tətbiq etməyə başlamışdır. Həmin dövrdə
Çexiyada və adı çəkilən ölkələrdə dövlət dili alman dili olduğu
üçün Y.A.Komenski elmi-didaktika sahəsindəki («didaktika»
jnınan sözü olub «didaktikos» sÖ
2
mndəndir, mənası «ibrətamiz»
deməkdir. Uşaqlara en ibrətamiz bilik, bacanq vərdişlərinin
aşılanması mənasını verir) kəşflərini həm Almaniyada, həm
Avstriyada, həm də Hollandiyada praktik həllinə nail olmaqda
heç bir çətinlik çəkməmişdir. Almanlar Komenski irsindən
bəhrələnərək özləri üçün didaktik sistem (təlim və təhsil sistemi)
yaratmışlar. Rusiyada çar imperiyasımn hakimiyyəinə son
qoyulduqdan sonra yaranan sovet hökuməti alman təhsil
sistemini novator təhsil sistemi kimi bəyənərək sovet təhsil
sistemini «Təhsil sisteminin Alman Maketi» əsasında
formalaşdırdı. Burdan belə qənaətə gəlmək olar ki, dünya
miqyasmda mövcud olan iki fövqəltəbii ölkənin uğurlu təhsil
sistemi Yan Amos Komensknin yaratdığı elmi pedaqogikanın
əsaslan üzərində qurulmuşdur.
Əsası Komenski tərəfindən qoyulan elmi pedaqogika sonralar
Almaniya (A.Disterverq, I.Q.Çeyder, İ.P.Brikman,
M. A.Julian, F.A.Hekta, S.A.Kurenin, Tirs və b.), Fransa
(J.J.Russo, V.Kuzenin, K.A.Helvetsi, D.Didro və b.), İsveçrə
(İ.Q.Pestalotsi, E.A.Exes), İngiltərə (F.Mailinson, M.Sebler,
B.Holrus və b.), Amerika (R.Kiq-Hol, D.Veredey, İ.KendI,
D.
Qis və b.), Bolqanstan (N.Sakirov), Çexiya (Sinqule), Polşa
(B.Suxadolski), Rusiya (L.N.Tolstoy, N.İ.Piraqov,
K.p.Uşinski, N.Simbriyev, A.Kairov, N.K.Qonçarov,
N. İ.Boldırev, B.İ.Esipov, F.F.Korolyov, S.P.Baranov, L.P.Bo-
lotina,
T.V.VoIikova,
B.A.Slastenin,
B.B.Krayevskiy,
İ.F.Xarlamov, T.A.İlina, Y.Babanski, P.Pidkasistiy, Podlasiy və
b.), Gürcüstan (Lordkipanidze), Azərbaycan (M.Mehdizadə,
M.Muradxanov, Ə.Seyidov, N.Kazımov, Ə.Həşimov, Z.Qaralov,
Y.Talıbov, Ə.Ağayev, H.Əhmədov və b.) mütəfəkkirləri və
pedaqoqlan tərəfindən inkişaf etdirilərək formalaşdınimışdır.
Azərbaycanda vüsət alan elmi pedaqogikanın didaktika
(təlim və təhsil nəzəriyyəsi), tərbiyə nəzəriyyəsi, məktəbşü-
naslıq, ali məktəbdə pedaqoji prosesə xidmət kimi bölmələri bir
sıra səriştəli tədqiqatçı-pedaqoqlar (Fərahijn Sadıqov, Akif
Abbasov, Əmrulla Paşayev, Fərrux Rüstəmov, Ağahüseyn
Həsənov, Rəfiqə Mustafayeva, Nübar Muxtarova, Sürəyya
Əliyeva, Sərdar Quliyev, Hikmət Əlizadə, Fikrət Seyidov, Balaş
Abbaszadə, Vidadi Xəlilov, Oqtay Rəcəbov, Mircəfər Həsənov
və b.) tərəfindən təkmilləşdirilir. Yaxşı hal kimi qeyd olunmalıdır
ki, Azərbaycanda yaranan milli pedaqogika öz milli və
ümumbəşəri dəyərlərə əsaslanan məzmunu və strukturu ilə
diqqəti cəlb edir. Milli pedaqogikadakı pedaqoji elm və pedaqoji
proses,
pedaqoji
elmin
kateqoriyalan,
ziddiyyətləri,
qanunauyğunluqlan və digər struktur bölmələri milli və bəşəri
ideyaları özündə əks etdirmək baxımından diqqəti cəlb edir.
Nurəddin Kazımov, Əliheydər Həşimov, Yusif Talıbov,
Əjdər Ağayev, Allahverdi Eminov, İramin İsayev, Akif Abbasov,
Hikmət Əlizadə, Fərahim Sadıqov, Əmrulla Paşayev, Fərrux
Rüstəmov, Ağahüseyn Həsənov, Ləzifə Qasımova, Rəhimə
Mahmudova tərəfindən hazırlanan ali və orta ixtisas
məktəblərində istifadəsi mümkün sayılan «Pedaqogika»,
«Məktəb
pedaqogikası»,
«Ali
məktəb
pedaqogikası»,
«Məktəbəqədər pedaqogika», «Müqayisəli pedaqogika»,
«Azərbaycan xalq pedaqogikası», «Azerbaydjanskaya narod-
naya pedaqogika» adlı dərslik və dərs vəsaitləri bu baxımdan
mühüm əhəmiyyət kəsb edir. Milli pedaqogikada pedaqoji elm,
pedaqoji proses və onlann kateqoriyalan barədə irəli sürülən yeni
pedaqoji konsepsiyalan barədə bir qədər ətraflı danışmağa
ehtiyac duyulur.
|