Azərbaycan Respublikası Təhsil Nazirliyi “Naxçıvan„ Universiteti Tələbə: Məmmədzadə İsmayıl



Yüklə 64,19 Kb.
səhifə8/8
tarix11.04.2022
ölçüsü64,19 Kb.
#85314
1   2   3   4   5   6   7   8
üzvi sintez

1. 2MeO. 2Me + O2

2. O2 + C. CO2

3. CO2 + C. CO

. 4. 2Me + C. Me2 C

2MeO + 3C. Me2C + 2 CO

Oksidləri karbonla reduksiya etməklə karbidlərin alınması ən geniş yayılmış üsullarından biridir. Bu üsulla bir çox metalların və qeyri metalların karbidləri alınır. Məsələn:

2MoO3 + 7C Mo2C + 6CO

2B2O3 + 7C B4C + 6CO

Çox valentli metal oksidinin karbonla reduksiyası mərhələ ilə gedir.

2MoO3 + C. 2MoO2 + CO2

2MoO2 + 2C 2Mo + 2CO2

3CO2 + 3C 6CO

2 Mo + C. Mo2C

2MoO3 +7C Mo2C +6CO

Karbidlərin qaz fazasından çökdürmə üsulu ilə alınması

Bu üsulla yüksək dərəcədə təmizliyə malik karbidlərin alınmasında istifadə olunur. Üsul qaz fazasında olan metal halogenidləri ilə tərkibində karbon olan qazların qarşılıqlı təsirinə əsaslanır. Belə təsir nəticəsində qaz halında olan qarışıqdan bərk halda karbid çökür. Qarışıqda hidrogenin olması reaksiyanın şiddətlənməsinə səbəb olur. Bu üsul ilk dəfə sirkonium karbidinin alınmasında istifadə olunmuşdur.

ZrCl4 + CH4. ZrC + 4HCl

Reaksiya tənliyini mərhələlərlə yazsaq:

CH4 C + 2H2

. ZrCl4 + 2H2. Zr + 4HCl

. Zr + C. ZrC

. Xloridlərin çoxu asanlıqla sublimasiya olunduqlarına görə sirkonium (lV ) xlorid qızdırıldıqda bərk haldan qaz halına keçir. Sirkonium (lV) xlorid buxarları metanla qarşılaşdıqda reaksiya nəticəsində sirkonium karbid ( ZrC) çökür.

Karbidlərin qaz fazasından çökdürülməsi üsuluna karbonillərin hidrogenlə qarşılıqlı təsirini də göstərmək olar. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, molibden və volframın karbidləri uyğun karbonillərin buxarları ilə hidrogenin qarşılıqlı təsirindən çökdürülə bilər:

2W(CO)6. 2WC + 2CO2 + 8CO

2WC + 2H2. W2C + CH4

2W(CO)6 +2H2 W2C + 2CO2 + 8CO + CH4

Bu qayda ilə Mo2C-də alına bilər. Karbidlərin alınmasının digər üsulları da vardır. Məs: asetilenin duzları suda məhlulları ilə qarşılıqlı təsiri metalların karbohidrogenlə qarşılıqlı təsiri vəs.


Yüklə 64,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə