Azərbaycan Respublikası Təhsil Nazırliyi Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti.



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix29.05.2018
ölçüsü7,25 Kb.
#46640
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

107 
 
53,3-61%-ə qədər olmuĢdur. Eyni zamanda sümük 17-22%-ə çatmıĢdır. Ġnəklərdə ən yüksək kəsim 
çıxarı 64,6-69,8% olmuĢdur ki, bu da ətlik mala xas olan əlamətləri göstərmiĢdir . 
       A.Ġ.Prudov,  Ġ.M.Dudin  və  baĢqalarının  verdikləri  məlumata  görə  Rusiya  Federasiyasında 
simmental  cinsinin  qırmızı-ala  holĢtin  cinsilə  çarpazlaĢmasından  alınan  birinci  nəsil  mələzlərinin 
birinci  laktasiyada məhsuldarlığı  4016 kq, südün  yağlılığı  isə  3,80  % təĢkil etmiĢdir.  Mələzlər öz 
simmental  cinsli  həmyaĢlarından  725  kq  artıq  süd  vermiĢlər.  Mələzlərin  qanında  holĢtin  cinsinin 
qanı  artdıqca  mələzlərlə  simmentalın  məhsuldarlığı  arasında  fərq  də  mələzlərin  xeyrinə  dəyiĢir. 
Ġkinci  nəslin  mələzlərinin  (¾  HolĢtin  cinsinə  görə)  birinci  laktasiya  üzrə  sağımı  4249  kq,  südün 
yağlılığı 3-7,8% təĢkil etmiĢdir. Onların bu göstəricisi simmentala nisbətən 958 kq çox olmuĢdur . 
        Rusiyada  aparılan tədqiqatlarda Simmental mələzləri Hereford cinsi ilə cəmdək çəkisi 219,5 
kq  Aberin–Anqus  mələzlərində  257  kq,  ġarole  cinsin  mələzlərində  isə  cəmdək  çəkisi  315  kq 
olduğu  qeyd  edilir.  Ən  yüksək  kəsim  çıxarı  Simmental  x  Aberdin  –Anqus  mələzlərində  (62,3%) 
olmuĢdur. 
        Simmental  mal  Almaniyada  xallı  mal  adı  ilə  geniĢ  yayılmaqla  çarpazlaĢmada  və  təmizlikdə 
yetiĢdirmədə  geniĢ  istifadə  olunur.  Erfurut  və  Saksoniya–Anqalt  dairələrində,  Alman  dağlarında 
geniĢ yayılmıĢdır. Burada cinsin dünya rekordçusu 24610 nömrəli ,,Kastaniye” adlı inək 365 gündə 
10511 kq süd vermiĢ, süddə yağlılıq 5,16%-ə, ümumi süd yağı isə 542 kq-a çatmıĢdır. 
        Z.A.Tahirovun verdiyi məlumata görə Salyan rayonun ,,Yeni Muğan“ kolxozunda Simmental 
cinsli  inəklərdən  birinci  laktasiyada  4%  yağlılıqda  2377  kq  süd  alınmıĢdır.  Həmin  təsərrüfatda 
Simmental cinsinin HolĢtin–Friz cinsi ilə mələzlərindən 2739 kq süd alınmıĢ, mələzlərin südünün 
yağlılığı laktasiya ərzində 3,62% təĢkil etmiĢdir. 
         Z.A.Nəsibovun  verdiyi  məlumata  görə  Azərbaycanın  Mərkəzi  rayonlarında  yetiĢdirilən 
tamyaĢlı  Simmental  inəklərindən  laktasiya  ərzində  2943  kq  süd  sağılır,  südün  yağlılığı  4,08  % 
təĢkil edir. 
         Azərbaycanın bəzi təsərrüfatlarında Simmental inəklərin məhsuldarlığını artırmaq üçün onları 
Qara-ala HoliĢtin törədiciləri ilə çarpazlaĢdırılmalıdırlar . 
         N.Baqrakov,  L.Liskareva,  B.Dokyraebanın    tədqiqatlarına  əsasən  göstərmək  olar  ki, 
simmental cinsini HolĢtin ilə çarpazlaĢdırdıqda fenotipcə qırmızı ala rəngli fərdlər alınır ki, bunlar 
da  çox  yüksək  intensiv  böyümə  və  kökəlmə  xüsusiyyətlərinə  malikdirlər 
.
  Tədqiqatçıların 
məlumatlarına  əsasən  Voronej  vilayətində  ancaq  cavan  mal-qara  deyil,  Simmental  cinsin  inəkləri 
çox yüksək kökəlmə xüsusiyyətlərinə nail olunmuĢlar . 
         Simmental holĢtin mələzlərində holĢtin qanı (⅛ sim .x  ⅞  hol) artdıqca onların canlı kütləsi 
azalmıĢdır.  Müxtəlif  qan  dərəcəli  mələzlərin  kökəlmə  qabiliyyəti  simmental  cinsindən  aĢağı 
olmuĢdur.  Məsələn,  əgər  kökəlməyə  qoyulmuĢ  simmental  inəklərin  canlı  kütləsi  556,3  kq 
olmuĢdursa, birinci nəsil mələzlərdə 526 kq və üçüncü nəsil mələz inəklərdə isə 493,2 kq olmuĢdur. 
3  ay  kökəltmədən  sonra  Simmental  cinsində  canlı  kütlə  666,3  kq  olmuĢdursa,  üçüncü  nəsil 
inəklərdə  kökəlmədən  sonra  588,3  kq-a  çatmıĢdır.  Kökəltmə  dövründə  ümumi  artım  110  kq 
Simmental  cinsində  olduğu  halda,  üçüncü  nəsil  mələzlərdə  95,1  kq  olmuĢdur.  Simmental 
inəklərinin 1 kq çəki artımı üçün (8,9 yem vahidi) mələzlərə nisbətən az yem (9,1 yem vahidi) sərf 
edilmiĢdir.  Xüsusən  kəsim  göstəricilərində  cəmdək  çıxarı  simmental  cinsli  inəklərdə  54,1%, 


108 
 
mələzlərdə  isə  52,2%  olmuĢdur.  Eyni  zamanda,  kəsim  çıxarı  da  (55,2%)  mələzlərdən  (52,7%) 
üstün olmuĢdur . 
       Y.D.Ruban Xarkov vilayətində südlük cins yaratmaq məqsədilə Simmental cinsini Qırmızı-ala 
holĢtin və qara-ala holĢtin cinsləri ilə çarpazlaĢdırmıĢdır. AlınmıĢ mələzlərin orta süd məhsuldarlığı 
4500-5500 kq-a çatmıĢdır. Əgər ayrılıqda damazlıq təsərrüfatlarında simmental cinsli inəklərin illik 
orta  süd  məhsuldarlığı  3472  kq  olmuĢdursa,  qırmızı–ala  cinsində  bu  göstəricisi  4750  kq-a 
çatmıĢdır. 
         A.U.ġilov, U.T.Lisobeç, S.T.Qromey Çernov vilayətinin yetiĢdirilən cinsin 90%-i  Simmental  
cinsi  təĢkil  edir.  Burada  Simmental  inəyin  HolĢtin  və  Qara-ala  cinsin  buğaları  ilə  çarpazlaĢdırma 
aparılmasını və süd məhsuldarlığını artmasına nail olmuĢlar. Burada yaradılmıĢ ikicinsli və üçcinsli 
mələzlər  çox  yüksək  böyümə  dinamikasına  malik  olmuĢlar.  Əgər  nəzarət  qrupunda  inəklərin  orta 
süd məhsuldarlığı 1385 kq olmuĢdursa, onun Molubdin mələzləri ilə 1669 kq süd vermə qabiliyyəti 
olmuĢdur.  Üçüncü  nəsildə  həmin  inəklər  1842  kq  süd  vermiĢlər.  Həmin  mələzlər  üzərində  güclü 
seleksiya  iĢi  aparılmıĢ,  indi  orta  hesabla  həmin  inəklərin  orta  süd  məhsuldarlığı  4328  kq  –a 
çatmıĢdır . 
        V.Ə.  Bayramovun,  X.A.Ələsgərovun  apardıqları  tədqiqatlardan  aydın  olur  ki,  respublikanın 
Muğan-Salyan bölgəsində əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün simmental 
cinsdən  istifadə  olunmasının  əhəmiyyət  kəsb  etdiyini  göstərirlər.  Alimlərin  tədqiqatlarına  əsasən 
Muğan-Salyan  bölgəsində  simmental  cinsin  orta  süd  məhsuldarlığı  Ι  laktasiyada  2563  kq 
olmuĢdursa,  Ι  –nəsil  holĢtin  mələzlərində  3142  kq  ΙΙ  nəsildə  isə  birinci  laktasiyada  3234  kq 
olmuĢdur.  Ġnəklərin  canlı  kütləsi  simmental  cinsində  392  kq  olmuĢdursa  holĢtin  mələzlərində  bu 
göstərici 435 kq-a  çatmıĢdır. Simmental cinsli inəklər Ι laktasiyada 3,93 % yağlılığında 2563 kq, ΙΙ 
laktasiyada 3,93 %  yağlığında 2916 kq,  ΙΙΙ və  yuxarı laktasiyalarda 3,92%  yağlılığında 3142 kq 
süd vermiĢlərsə bu göstəricilər müvafiq olaraq  Ι nəsildə 3,92%-3142 kq ; 3,94%-3495 kq; 3,93%- 
3875 kq; ΙΙ nəsildə 3,87%-3234 kq; ΙΙΙ və yuxarı laktasiyalarda müvafiq olaraq 3,88%- 3590 kq və 
3,84% -4045 kq olmuĢdur . 
       N.F.Rostovsev,  Ġ.Ġ.ÇerkeĢenko  tədqiqatlarında  çoxsaylı  tədqiqatlar  aparmıĢlar.  Xüsusi 
simmental inəkləri ġarle, limuzin, hereford, aberdin anqus, kalmik və ağbaĢ qarax cinsli törədicilər 
ilə çarpazlaĢdırmıĢ və müsbət nəticəli mələzlər əldə olunmuĢdur. Ən yaxĢı nəticə simmental cinsin 
ġarole və hereford cinsin buğalarından alınmıĢ balalar olmuĢdur . 
                                     Qafqaz qonur malı 
         Qafqaz  qonur  malı  öz  yayılma  və  bioloji  təsərrüfat  cinsiyyətinə  görə  respublikamızın 
ərazisində  ən  geniĢ  yayılmıĢ  əsas  cinsdir.  Azərbaycan  Respublikasının  Qafqaz  malının 
yaradılması  prosesi  bir  neçə  mərhələdən  ibarət  olmuĢdur.1860-cı  ildən  baĢlayaraq  Qafqaza 
müxtəlif  cinslər  gətirilmiĢ  və  yerli  malın  təkmilləĢdirilməsində  istifadə  edilmiĢdir.  Bu 
cinslərdən  Simmental,  ġiviĢ,  Kostroma  və  baĢqaları  xüsusi  rol  oynamıĢdır.    Azərbaycanda 
yayılmıĢ  Qafqaz  qonuru  cinslilik  dərəcəsinə  görə  əsasən  І  nəsil  mələzlərdən  və  yaxĢılaĢmıĢ 
maldan, qismən də (10%) təmiz cins və ІІІ nəsil mələzlərdən ibarətdir. 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə