Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə


"İnternet" xidməti haqqının ödənilməsi"



Yüklə 185,1 Kb.
səhifə16/20
tarix20.09.2018
ölçüsü185,1 Kb.
#69529
1   ...   12   13   14   15   16   17   18   19   20

224920. "İnternet" xidməti haqqının ödənilməsi" maddəsinə internet xidmətindən istifadəyə görə ödənişlər, vebsaytların yeniləşdirilməsi və saxlanılması xərcləri daxildir. 

225000. "İstehlak mallarının və materiallarının alınması" köməkçi böl-məsinə ümumi istifadə üçün alınmış istehlak mallarının və xidmətlərin göstərilməsi xərcləri daxildir. İdarə üçün istehlak mal və materiallarının alınması xərcləri 221000-cı köməkçi bölmənin xərclərinə (idarə xərcləri) daxildir. Bu köməkçi bölmə aşağıdakı 4 paraqrafdan ibarətdir.

225100. "Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması" paraqrafına xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən xüsusi malların alınmasına (bakterioloji preparatların və sarğı materiallarının) və xidmətlərin göstərilməsinə sərf olunan xərclər, həmçinin dərmanların, mineral suların, zərdabların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici vəsaitlərin, laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların alınması, rentgen çəkilişi üçün lentlərin, müayinələrin aparılması üçün materialların alınması, öz laboratoriyası olmadığı haldadigər müəssisələrdə aparılan müayinələrə, köçürmə qanın alınmasına, donorlarla bağlı bütün xərclər və bu qəbildən olan digər xərclər daxildir. 

225200. "Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması" paraqrafına paltar və geyimlərin alınması, həmçinin paltarların, ayaqqabıların, yataq ləvazimatlarının, xüsusi geyimin və dəyişəyin təmiri və tikilməsi, həmçinin geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyalarının ödənilməsi ilə bağlı xərclər, digər işçilər üçün geyim əvəzinə nağd qaydada (pul şəklində) qismən verilən kompensasiya və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) sanitar-gigiyena ehtiyaclarının təchizatı ilə bağlı xərcləri daxildir.  

225300. "Ərzaq məhsullarının alınması" paraqrafına ərzaq məhsullarının alınmasına sərf edilən xərclər, həmçinin hərbi qulluqçulara (xüsusi rütbəlilərə), dövlətin tapşırığı ilə ağır şəraitdə işləyənlərə verilən xüsusi ərzaq məhsulları, ərzaq payı və yemək xərcinə görə ödənilən kompensasiyalar daxildir.

225400. "Digər istehlak mal və materiallarının alınması" paraqrafına ümumi istifadə üçün nəzərdə tutulmuş və 225100-225300-cı paraqraflara aid edilməyən digər istehlak mal və materiallarının alınmasına sərf olunan xərclər daxil edilir. Bu paraqrafa həmçinin döyüş sursatları və digər hərbi təyinatlı istehlak mallarının alınması ilə bağlı xərclər, tamaşalarda istifadə olunan dekorasiyalar üçün materialların, kostyumların, pariklərin alınması, mətbəx və yeməkxana ləvazimatlarının, hesablama cihazlarının, yazı makinalarının, yanğınsöndürən avadanlıqların, muzeylər və sərgilər üçün avadanlıqların, eksponatların və məktəblərdə hərbi hazırlıq işlərinə aid inventar və ləvazimatların alınması, iş (xidməti) heyvanlarının saxlanılması, inventar, avadanlıq və ləvazimatların quraşdırılması və təmiri ilə bağlı xərclər daxildir. Bu paraqraf 1 maddədən və 3 yarımmaddədən ibarətdir.

225410.   "İnventar və avadanlığın alınması" maddəsinə “221310-cu maddəsində nəzərdə tutulanlardan başqa” uzun müddət istifadə olunan malların alınması ilə bağlı xərclər, o cümlədən mebel avadanlığı və cari məqsədlər üçün nəzərdə tutulmuş digər uzun müddət istifadə olunan həmçinin daha baha, ancaq xidmət müddəti bir ildən az olan malların alınması ilə bağlı xərclər malların alınmasına çəkilən xərclər, həmçinin daha baha, ancaq xidmət müddəti bir ildən az olan malların alınması ilə bağlı xərclər daxildir (311200-cı paraqrafda göstərilənlər istisna olmaqla). Bu maddə aşağıdakı 3 yarımmaddədən ibarətdir. 

225411. "İnventarın alınması" yarımmaddəsinə təzə və istifadə olunmuş bütün növ mebellərin(partaların), həmçinin stol, stul, kitab rəflərinin, sinif mebellərinin, yumşaq mebellərin, xəstəxanalar hərbi tibb müəssisələri, hərbi hissələr və cəzaçəkmə müəssisələri üçün çarpayıların, muzeylər, laboratoriyalar, kitabxanalar və sair üçün xüsusi mebellərin, idman və digər xüsusi hərbi təyinatlı inventarların alınması, yeməkxana və mətbəx inventarları, pərdə və jalüz alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

225412.   "Avadanlığın alınması" yarımmaddəsinə az qiymətli avadanlığın və alətlərin bütün növlərinin və ya xidmət müddəti bir ildən az olan avadanlıqların alınması və istismarı ilə bağlı xərclər, o cümlədən məktəblər üçün sair təhsil avadanlıqlarının, elmi tədqiqat işləri üçün, tədris ocaqlarında və uşaq müəssisələrində təhsil, səhiyyə və elmi məqsədlər üçün tibbi və baytarlıq avadanlıqlarının və alətlərinin, aparat, cihaz, maşın, dəzgah və sair xüsusi avadanlıqların, layihə-axtarış işlərinin həyata keçirilməsi üçün lazım olan cihazların, geodeziya alətlərinin, qazma avadanlıqlarının və alətlərinin alınması, silah, döyüş sursatı və digər hərbi təyinatlı avadanlığın alınması həmçinin dövlətin digər ehtiyaclarının ödənilməsi ilə bağlı avadanlıqların alınması , quraşdırılması və təmiri xərcləri daxildir.

225413. "Digər alışlar və xidmətlər" yarımmaddəsinə müəyyən edilmiş qaydada tamaşa müəssisələrinə transfertlərin verilməsi, dramatik, musiqi və bədii əsərlərin alınması (sifariş), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, büst və heykəllərin layihələşdirilməsi və hazırlanması, suvenirlərin və hədiyyələrin alınması, kəşf, ixtira və səmərələşdirici təkliflərlə bağlı xərclərin ödənilməsi, qan preparatlarının keyfiyyətinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, tədris müəssisələri və başqa təşkilatlar tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və mal-qaranın alınması, idman atları, iş heyvanları və digər heyvanların saxlanılması üçün yem tədarükü və alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların və musiqi alətlərinin alınması, təhsil proqramlarının //çıxarılıb// alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, doğum, ölüm şəhadətnamələrinin alınması, sənədlərin alınması, kitabxanalar üçün kitab alınması, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması; şagirdlərə pulsuz verilən dərsliklərin alınması; kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, mədəniyyət evləri, klublar, məktəblər, xəstəxanalar, sanatoriyalar və digər müəssisələr üçün dövri mətbuatın alınması, mətbuatda elan, bildiriş və reklamın verilməsi,; //çıxarılıb//kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, arxiv materiallarından istifadə edilməsi və arxivə verilmiş sənədlərə xidmət haqqının ödənilməsi, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, informasiya agentliklərinin xidmətləri guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi, bina və tikililərin pasportlaşdırılması, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınması, ölçmə vasitələrinə xidmətlə bağlı xərclərin ödənilməsi, həmçinin 225411 — 225412-ci yarımmaddələrində qeyd olunmayan digər alışlarla və xidmətlərlə bağlı xərclər daxildir. Həmçinin 225411-ci və 225412-ci yarımmaddələri üzrə Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan xərclər daxildir.

226000. "Sair xidmətlərin haqqının ödənilməsi" köməkçi bölməsinə geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə çəkilən xərclər, şəhər, rayon mərkəzlərinin və qəsəbələrin, həyətyanı sahələrin və başqa yaşayış məntəqələrinin yaşıllaşdırılması, işıqlandırılması, küçə və meydanların süpürülməsi, yuyulub təmizlənməsi, fəvvarələrin saxlanılması üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər, yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması, alınması, quraşdırılması, istismarı, yol-körpü təsərrüfatları üçün mal, material və avadanlığın alınması və elmi tədqiqat xidmətləri ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 3 paraqrafdan, o cümlədən "226100. Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənil-məsi", "226200. Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" və "226300. Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi" paraqraflarından ibarətdir. 

226100. "Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi" paraqrafına geoloji-axtarış xidmətləri üzrə təsərrüfat, geoloji-kəşfiyyat işlərinə və topoqrafiya-geodeziya işlərinə çəkilən xərclər daxildir. Bu paraqraf 2 maddədən, o cümlədən "226110. Geoloji-kəşfiyyat xidmətləri haqqının ödənilməsi" və "226120. Topoqrafıya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi" maddələrindən ibarətdir.

226200. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafının xərclərinə şəhər rayon mərkəzlərinin və qəsəbələrin, həyətyanı sahələrin və başqa yaşayış məntəqələrinin yaşıllaşdırılması, işıqlandırılması, küçə və meydanların süpürülməsi, yuyulub təmizlənməsi, bayram tədbirləri ilə bağlı plakatların və şüarların hazırlanması, sahibsiz itlərin məhv edilməsi, küçə adlarının yazılması,fəvvarələrin saxlanılması üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər, həmçinin yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması (alınması), quraşdırılması, istismarı ilə bağlı xərclər (bu vəsaitlərin planlaşdırılması və xərclənməsi yalnız ixtisaslaşdırılmış quraşdırma-istismar bölmələri olmadıqda aparılır), həmçinin yol-körpü təsərrüfatları üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər daxildir. 

226300. "Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi" paraqrafına elmi tədqiqat işləri ilə bağlı xərclər daxil edilir. 

230000. Köhnəlmə

240000. "Faizlər üzrə ödənişlər" bölməsinin xərclərinə faizlərin ödənil-məsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlər nəzərdə tutulur. Bu bölmənin xərclərinə dövlət idarəetmə orqanları tərəfindən alınan kreditə görə həyata keçirilən faiz ödənişləri ilə bağlı xərclər daxildir. Bölmənin xərclərinə borc vəsaitlərinin alınmasına yönəldilmiş komisyon yığımları və ya maliyyələşmə kimi hesab edilən borcun əsas məbləği üzrə ödənişlər ilə bağlı xərclər daxil edilmir.

241000. "Qeyri-rezidentlər üzrə ödənişlər" köməkçi bölməsinə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına və digər xarici təşkilatlara faizlər üzrə ödənişlər daxildir.

241100. "Beynəlxalq Valyuta Fondunun krediti üzrə" paraqrafına Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

241200. "Dünya Bankının krediti üzrə" paraqrafına Dünya Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

241300. "Digər təşkilatların kreditləri üzrə" paraqrafına digər beynəlxalq təşkilatlardan ahnmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

241400. "Xarici dövlətlərə" paraqrafına xarici dövlətlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

241500. "Digər qeyri-rezidentlərin kreditləri üzrə" paraqrafına 241100-241400-cı paraqraflara daxil edilməyən digər qeyri-rezidentlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

242000. "Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər" köməkçi bölməsinə Milli Banka, digər dövlət təşkilatlarına, kommersiya banklarına və özəl sektorun digər təşkilatlarına faizlər üzrə ödənişlər daxil edilir.

242100. “Milli Bank üzrə” paraqrafına buraxılmış istiqraz vərəqələrinin dəyəri və onların faizləri üzrə xərclər daxildir. 

242200. "Digər dövlət təşkilatları üzrə" paraqrafına digər dövlət təşkilatlarından alınmış kreditlərə görə faizlərin ödənilməsi xərcləri daxil edilir.

242300. "Kommersiya bankları üzrə" paraqrafına kommersiya banklarından alınmış kreditlər üzrə faizlərin ödənişi daxildir.

242400. "Özəl sektorun digər təşkilatları üzrə" paraqrafına dövlət qısa-müddətli istiqraz vərəqələri üzrə faizlərin ödənişi daxildir.

243000. "Dövlət idarəetmə sektoru üzrə ödənişlər" köməkçi bölməsinin xərclərinə dövlət idarəetmə orqanlarına və digər idarəetmə orqanlarına faizlərlə bağlı xərclər daxil edilir.

243100. "Mərkəzi dövlət idarəetmə orqanları üzrə" paraqrafına dövlət daxili uduşlu istiqraz vərəqələri üzrə faiz ödənişləri, reklam və digər xərclər daxildir.

243200. "Digər idarəetmə orqanları üzrə" paraqrafına dövlət idarəetmə sektorunun başqa təbəqələrindən alınmış borc vəsaitləri üzrə faiz ödənişləri, o cümlədən bələdiyyə orqanlarına və yerli icra orqanlarına faiz ödənişləri, həmçinin Dövlət Sosial Müdafiə Fonduna ödənilən faizlər üzrə xərclər daxildir.

250000. "Subsidiyalar və cari transfertlər" bölməsinin xərclərinə dövlət və qeyri-dövlət təşkilatlarına zərərin ödənilməsi üçün əvəzsiz verilən və-saitlər daxildir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.

251000. "Subsidiyalar üzrə ödənişlər" köməkçi bölməsinə subsidiyalarla bağlı xərclər daxildir və 2 paraqrafdan ibarətdir.

251100. "Qeyri-maliyyə dövlət təşkilatları üzrə ödənişlər" paraqrafına dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya malları satışı və xidmətlərin göstərilmə-si ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi, həmçinin qeyri-maliyyə dövlət təşkilatlarına verilənsubsidiyalar üzrə xərclər daxil edilir. Bu paraqraf 2 maddədən ibarətdir. 

251110. "Məhsula görə ödənişlər" maddəsinə dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya malları satışı və xidmət göstərilməsi ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi üzrə xərclər daxil edilir. 

251120. "Qeyri-maliyyə dövlət təşkilatlarına sair ödənişlər" maddəsi-nə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə və "Azərbaycan Hava Yolları" Dövlət Konserninə göstərdiyi xidmətə görə yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər daxildir. Bu maddə 2 yarımmaddədən ibarətdir.

 251121. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiyalar" yarımmaddəsinə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir. 



251122.  "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiyalar" yarımmaddəsinə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir.

251200. "Maliyyə təşkilatları üzrə ödənişlər" paraqrafına öhdəliklərin qəbul edilməsi və ya maliyyə aktivlərinin bazarda alınması, depozit və əmanət qoyuluşlarının qəbul edilməsi, pul-kreditin nizamlanması funksiyasının həyata keçirilməsi ilə bağlı xərclər, həmçinin dövlət və ya qeyri-dövlət sektorunun müəssisələrinə verilən subsidiyalarla bağlı xərclər daxildir.

252000. "Özəl sektora aid olan müəssisələrə ödənişlər" köməkçi böl-məsinə dövlət idarəetmə sektoruna aid olan müəssisələrə verilən subsidiyalar üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

252100. "Özəl sektora aid olan qeyri-maliyyə müəssisələri üzrə ödənişlər" paraqrafına özəl sektora aid olan qeyri-maliyyə müəssisələrinə subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.

252200. "Maliyyə institutları üzrə ödənişlər" paraqrafına Dövlət Sosial Müdafiə Fonduna əvəzsiz verilən xərclər daxildir.

260000. "Qrantlar və digər ödənişlər" bölməsinin xərclərinə məqsədli maliyyə təyinatı üzrə əvəzsiz verilən xərclər və digər ödənişlər daxildir. Bu bölmə 4 köməkçi bölmədən ibarətdir.

261000. "Xarici dövlətlərə ödənilən qrantlar" köməkçi bölməsinə xarici təşkilatlara əvəzsiz verilən cari və əsaslı ödənişlər ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

261100. "Xarici dövlətlərə cari ödənişlər üçün verilən qrantlar" paraqrafına əvəzsiz verilən cari ödənişlərlə bağlı xərclər daxildir.

261200. "Xarici dövlətlərə əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına əvəzsiz əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

262000. "Beynəlxalq təşkilatlara ödənilən qrantlar" köməkçi bölməsi-nə beynəlxalq təşkilatlara əvəzsiz verilən qrantlarla bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

262100. "Beynəlxalq təşkilatlara cari ödənişlər üçün verilən qrantlar" paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz olaraq cari ödənişlərlə bağlı verilən xərclər daxildir.

262200. "Beynəlxalq təşkilatlara əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz olaraq əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

263000. "Digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar" köməkçi bölməsinə digər dövlət idarəetmə sektoruna əvəzsiz verilən cari və əsaslı ödənişlərlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

263100. "Digər dövlət idarəetmə sektoruna cari ödənişlər üçün verilən qrantlar" paraqrafına digər dövlət idarəetmə orqanlarına əvəzsiz cari ödənişlərlə bağlı verilən xərclər daxildir.

263200. "Digər dövlət idarəetmə sektoruna əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına dövlət idarəetmə orqanlarına əvəzsiz olaraq əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

264000. "Üzvlük haqqı və digər ödənişlər" köməkçi bölməsinə üzv olan beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı və digər ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

264100. "Beynəlxalq təşkilatlara üzvlük haqqı" paraqrafına beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı ilə bağlı xərclər daxildir.

264200. "Digər ödənişlər" paraqrafına beynəlxalq təşkilatlara digər ödənişlər üzrə xərclər daxildir.

270000. "Təqaüdlər və sosial müavinətlər" bölməsinə sosial sığortaya, Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar, qocalara, işsizlərə, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım üzrə müavinətlər, pensiyalar, təqaüdlər, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına bu qəbildən olan xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqaüdlər, şəhid ailələrinə, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılara, ən çox ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz vətəndaşlara müavinətlərin ödənilməsi, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara maddi yardım, sağlamlıq imkanları məhdud uşaqlara onların təhsili ilə bağlı yardım, birlikdə yaşayan üç və daha çox əmək qabiliyyəti olmayan əlil ailələr üçün ünvanlı tədbirlərin keçirilməsi, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir. Bu bölmə 4 köməkçi bölmədən, 0 cümlədən "271000. Sosial təminat", "272000. Sosial müdafiə üzrə müavinətlər", "273000. Dövlət qulluqçularına sosial müavinətlər" və "274000. Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölmələrindən ibarətdir.  

271000. "Sosial təminat" köməkçi bölməsinə ödənilən təqaüdlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

271100. "Təqaüdlər" paraqrafına işləyən və işləməyən təqaüdçülərə qocalığa görə təqaüdlərin və pensiyaların verilməsi, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara, hərbi təqaüdçülərə verilən təqaüdlər və digər təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf 5 maddədən ibarətdir. 

271110. "İşləyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq işləyən təqaüdçülərə verilən təqaüdlə və pensiya ilə bağlı xərclər daxildir. 

271120. "İşləməyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq işləməyən təqaüdçülərə verilən təqaüdlərlə və pensiyalarla bağlı xərclər daxildir. 

271130. "Əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq əlilliyə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə verilən təqaüdlə və pensiya ilə bağlı xərclər daxildir. 

271140. “Hərbi təqaüdlər və pensiyalar” maddəsinə hərbi qulluqçulara, onların ailə üzvlərinə hərbi pensiyaların və xidmət edən qulluqçulara təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir.  

271150. "Digər təqaüdlər" maddəsinə Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar və 271110-271140-cı maddələrdə öz əksini tapmayan digər təqaüdlərlə bağlı xərclər daxildir. 

271200. "Natural formada olan müavinətlər" paraqrafına mülki və hərbi təqaüdçülərə, əlillərə , sağlamlıq imkanları məhdud uşaqlara və digər təqaüd alanlara natural formada ödənilənmüavinətlərlə bağlı xərclər daxildir.

272000. "Sosial müdafiə üzrə müavinətlər" köməkçi bölməsinə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272100. "Sosial yardımlar üzrə ödənişlər" paraqrafına uşaqlara və şəhid uşaqlarına, qaçqınlara, məcburi köçkünlərə, Qarabağ müharibəsində əlil olmuş və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş hərbçilərə və vətəndaşlara, Çernobıl qəzası nəticəsində əlil olanlara və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlərə, birinci və ikinci qrup əlillərə , sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinətlər, işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə bağlı xərclər daxildir. Bu paraqraf 9 maddədən ibarətdir.

272110. "3 yaşına kimi uşaqlara verilən müavinətlər" maddəsinə 3 yaşına çatmamış uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272120. "İstefada olan hərbçilərin və hərbi qulluqçuların uşaqlarına verilən müavinətlər" maddəsinə qanunvericiliyə uyğun olaraq istefada olan hərbçilərin və hərbi qulluqçuların uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272130. “Şəhid olanların uşaqlarına ödənilən müavinətlər” şəhid olanların uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir. 

272140. "Qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlər" maddəsinə qaçqın və məcburi köçkünlərə müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.

272150. "Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər" maddə-sinə Qarabağ müharibəsi zamanı əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272160. "Qarabağ müharibəsində əlil olmuş hərbçilərə və Çernobıl qəzası nəticəsində əlil olanlara verilən müavinətlər" maddəsinə Qarabağ müharibəsi zamanı əlil olmuş hərbçilərə və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

Yüklə 185,1 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə