Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   11   12   13   14   15   16   17   18   19

respondetntlərin  54%-i).  Müəssisələrin  sayı  nə  qədər  az  olsa  da,  respondentlərin  böyük 

əksəriyyəti bu fikirlə razıdırlar. Yalnız xırda deyil, həmçinin orta və iri müəssisələr  də hesab 

edirlər ki, aşağı xərclər müəssisələr tərəfindən rəqabət qabiliyyəti amili kimi önəmli faktordur 

(uyğun olaraq 29% və 30%).   

Sorğular  və  ekspert  qiymətləndirmələri  göstərdi  ki,  hazırda  tranzit  xidməti  ilə  məşğul 

olan nəqliyyat müəssisələrində ümumi xərclərin 3-5%-ni birbaşa loqistika xərcləri təşkil edir.   

Respondentlərin  fikrincə  onların  ixtisaslaşması  baxımından  elə  də  böyük  fərq  yoxdur. 

Maraqlıdır  ki,  ekspeditor  xidməti  göstərən  müəssisələr  qeyd  edirlər  ki,  geniş  xidmətlər 

paketinin təqdim edilməsi müəssisənin rəqib kimi müəyyən edilməsi üçün çox vacibdir (26%). 

Nəqliyyat  və  maddi-texniki  müəssisələr  (respondentlərin  26%-i  və  20%-i)  ekspeditor 

müəssisələr ilə müqayisədə ən aşağı qiymət səviyyəsi barədə düşünürlər.  

Hazırda yük daşıma nəqliyyatında xidmətlərin konsentrasiyası elə də böyük deyil. Sorğu 

aparılan  bölgələrdə  (əsasən  Abşeron,  qismən  cənub  və  şimal)    ekspert  qiymətləndirmələrinə 

görə 10 müəssisə bazarın yalnız 33%-ə malikdirlər. Qalan müəssisələr isə xırda müəssisələrdir: 

34%-i  1;  51%-i  2-10  nəqliyyat  vasitəsinə  malikdir.  Müəssisələrin  yalnız  15%-i  11-dən  çox 

nəqliyyata malikdirlər. Belə halda bu bazarda rəqabət böyükdür, lakin bazarda təmərəküzləşmə 

imkanları kiçikdir.  

Daxili nəqliyyat xidməti bazarında alternativ xidmət növü kimi dəmiryol nəqliyyatı çıxış 

edir.  Xarici  xidmət  bazarına  çıxış  imkanlarının  zəif  olmasına  baxmayaraq,  hazırba  nəqliyyat 

müəssisələri  daxili  bazarda  necə  rəqabət  aparmaqları  və  digər  nəqliyyat  növləri  qarşısında 

üstünlüyü necə əldə etməkləri haqqında düşünürlər. Ona görə də, nəqliyyat xidməti təklif edən 

hər bir müəssisə üçün əsas problem bu resurslardan səmərəli istifadə etməkdir.  

Daxili  xidmət  bazarında  yalnız  iri  müəssisələr  tam  xidmət  paketi:  yükün  daşınmasının 

təşkili,  yüklənməsinin  təşkili,  saxlanılması  və  s.  təklif  etmək  imkanına  malikdirlər.  Bununla 

belə,  rəqabət  üstünlüyü  faktoru  kimi  enerji  daşıyıcılarının  qiyməti  də  digər  ölkələrlə 

müqayisədə  yüksəkdir  ki,  bu  da  dəniz  nəqliyyatını  digər  nəqliyyat-tranzit  vasitələri  ilə 

müqayisədə daha rəqabətli edir. 

Rəqabət  üstünlüyünün  digər  bir  faktoru  tədarükçü  üçün  maliyyə  vəsaitinə  çıxış 

imkanlarının asan olmasıdır. Mövcud təcrübə və Azərbaycan xidmət bazarının təhlili göstərir 

ki, qiymət və ya ixtisaslaşma (əlavə xidmətlər göstərən) rəqabət  üstünlüyünün əsas amili kimi 

çıxış edir.   

Digər tərəfdaş ölkələrlə müqayisədə Azərbaycanda nəqliyyat müəssisələri aşağı qiymətə 

xidmət  göstərmək  potensialına  malikdirlər.  Eyni  zamanda  aşağı  dəyərli  xidmət  strategiyası 

rəqabət  üstünlüyünü  təmin  etmir.  Keçid  dövrü  nəqliyyat-tranzit  xidmətləri  üçün  bu  rəqabət 

üstünlüyündən  istifadə  etməyə  geniş  imkanlar  açır.  Azərbaycan  müəssisələri  riskləri 

differensiallaşdırmaq  imkanlarını  axtarmaq  üçün  xidmətlər  üzrə  ixtisaslaşmalıdırlar.  Bununla 

belə  xaricilər  üçün  beynəlxalq  nəqliyyat  xidmətlərinin  təşkili  işi  çox  zəif  təşkil  edilmişdir. 

Nəqliyyat  xidmətləri  (69%)  və  loqistik  müəssisələr  (20%)  belə  hesab  edirlər  ki,  digər 

müəssisələr  qarşısında  rəqabət  imkanlarına  malik  ola  bilərlər.  Yalnız  iri  müəssisələrdən 

müştərilər  nəqliyyat  müəssisələrinə  üstünlük  verirlər,  lakin  onlar  da  logistika  üzərində 

hakimlik edirlər (29%).  

Ekspeditorlar  digər  sahədə  ixtisaslaşmış  müəssisələr  qarşısında  heç  bir  rəqabət 

üstünlüyünə malik deyillər. Yalnız çox xırda müəssisələrin müştəriləri xidmət üçün ekspeditor 

müəssisələrini seçirlər (8%). Nəqliyyat üzrə ixtisaslaşmış müəssissəyə daşıyıcılar (80%) və ya 

loqgstiklər (12%) üstünlük verirlər. Ekspeditor müəssisələrin müştəriləri nəqliyyat vasitələrinə 

(49%), daha sonra loqistika müəssisələrinə (22%) və nəhayət ekspeditorlara üstünlük verirlər. 




Loqistika  müəssisələrin  müştəriləri  də  nəqliyyatçılara  (68%)  və  digər  loqistik  müəssisələrə 

(22%) üstünlük verirlər.  

Ekspedtiorlar  nəqliyyat  xidmətindən  çox  tez-tez  istifadə  edirlər  (40%).  Yük  daşıyıcısı 

kimi  toplam  xidmət  göstəriənlər  iri  müəssisənin  müştəriləridirlər.  Topdan  və  pərakəndə 

ticarətçilər  demək  olar  ki,  hamısı  ölçülərindən  asılı  olmayaraq,  iri  nəqliyyat  müəssisələrinin 

müştəriləridirlər. Müştərilərin fəaliyyətinin təhlili göstərir  ki, nəqliyyat  yükdaşıma xidmətləri 

göstərən  və  şəxsi  nəqliyyatı  ilə  çıxış  edən  müəssisələr  üçün  müstəsnalar  yoxdur.  Bununla 

yanaşı  qeyd  etmək  lazımdır  ki,  müştərilərin  təxminən  yarısı  ekspeditorların  müştəriləridirlər. 

Bu onu göstərir ki, ekspeditorlar öz xidmətlərini digər ekspeditorlara satırlar. Bu şəraitdə əksər 

nəqliyyat yükdaşıma xidmıətlərində əlavə zəncir yaranır.  

Müştərilərin  loyallığının  təhlili  zamanı  qeyd  edə  bilərik  ki,  onların  85%-i  daimi 

müştərilərdir.  Daimi  müştərilərdən  daha  çoxu  orta  və  iri  yükdaşıma  müəssisələridir.  Xırda 

müəssisələr 

təsadüfi 

müştərilərin 

təxminən 

25%-ə 

malikdirlər. 



Tədarükçünün 

ixtisaslaşmasından  asılı  olaraq  müştərilərin  fasiləsizliyinin  təhlili  göstərir  ki,  nəqliyyat 

müəssisələrin  müştəriləri  əsasən  daimi  müştərilərdir  (87%).  Daşıyıcılar  (19%)  və  loqistika 

(25%) müəssisələrin də təsadüfi müştəriləri olur.  

Təcrübə  göstərir  ki,  kiçik  müəssisələr  avtomobil  nəqliyyatından  (83%)  və  dəniz 

nəqliyyatından  (7%)  istifadə  edir.  Yol  və  dənizdən  başqa  dəmiryolundan  (8%)  və  hava 

nəqliyyatından  (2%)  istifadə  edilir.  İri  müəssisələr  həmçinin  qarışıq  nəqliyyat  növündən 

istifadə  edirlər  (19%).  Bununla  belə  Azərbaycanda  nəqliyyat  müəssisələri  bütün  hallarda 

multimodal daşımaları təmin etmək iqtidarında deyildir. Bu təhlildən göründüyü kimi,  yalnız 

iri  müəssisələr  belə  qarışıq  yükdaşıma  xidmətlərinin  təmin  edilməsində  rəqabət  üstünlüyünə 

malikdir.  Bütün  müəssisələr  (nəqliyyat,  ekspeditor  və  loqistik)  avtomobil  nəqliyyatı 

xidmətindən istifadə edirlər (98,5%).  

Əksər  nəqliyyat  növlərindən  istifadə  edirlər:  ekspeditor  tədarükünün  24%-i  hava 

nəqliyyatından;  41%  dəniz  nəqliyyatında;  10%  dəmiryolu  nəqliyyatında;  21%  qarışıq 

daşımalardan.  Ekspeditor  müəssisələri  ilə  müqayisədə  loqistik  provayderlər  daha  az  növ 

nəqliyyat  vasitələrinin  xidmətindən  istifadə  edirlər:  15%  hava  və  dəniz  nəqliyyatından;  22% 

dəmir yolu; 6% isə qarışıq xidmət növlərindən.  

Lakin  müştərilər  infrastrukturnun  seçimində  məhdud  imkanlara  malikdirlər.  Belə  halda 

avtomobil nəqliyyatı və qarışıq nəqliyyat növü əksər istehlakçıllar üçün zəruri olur. Bu zaman 

istehlakçı dəmir yolu və ya avtomobil nəqliyyatından hansına üstünlük verməsini özü müəyyən 

edir. Hər ikisinə çəkiləcək xərclər eynidir: dəmir yolu digər nəqliyyata nisbətən ucuzdur, lakin 

kiçik məsafələr üçün nəqliyyat daha rəqabət qabiliyyətlidir.  

Topdan və pərakəndə ticarətlə məşğul olanlar bilirlər ki, şəxsi nəqliyyat əldə etmək daha 

baha  olduğu  üçün  həmin  ticarətçilər  öz  biznesində  ixtisaslaşmağa  fokuslaşırlar.  Belə  halda 

nəqliyyat  xidmətini  sifariş  edirlər.  Potensial  rəqiblər  daxili  bazarda  artıq  mövcud  olsa  da, 

təhlükəli  deyillər.  Ağır  yük  daşıma  xidmətlərinin  ötürülməsində  bütün  nəqliyyat  vasitələri 

üçün baryerlər mövcuddur.  

Yüklərin  sığortalanması  üzrə  göstəricilər  də  ilbəil  artır.  Yalnız  əməkdaşlıq  və 

konsolidasiya  inkişaf  üçün  imkanlar  yaradır.  Rəqabət  üstünlüyünün  əldə  edilməsində 

yükdaşıma bazarının yeni iştirakçıları üçün əsas təhlükə faktoru mövcuddur. Bu vəziyyət kiçik 

və  maliyyə  cəhətdən  qeyri-stabil  olan  müəssisələrin  imkanlarını  azaldır.  İqtisadi  dinamika 

göstərir ki, bir və ya bir neçə nəqliyyat vasitəsinə malik olan müəssisələrin səmərəli fəaliyyət 

göstərmələri  ehtimalı  azdır.  Iri  (70-dən  çox  nəqliyyat  vasitəsi  olan)  müəssisə  olmaq  da 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə