Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   11   12   13   14   15   16   17   18   19

4. NƏTİCƏ VƏ TƏKLİF 

 

Aparılan  tədqiqat  göstərir  ki,  ümumilikdə  rəqabət  qabiliyyətini  müəyyən  edən  əsas 



amillər  qiymət,  həcm  və  rentabellik  səviyyəsidir.  Eyni  zamanda  ölkədə  nəqliyyat-tranzit 

sektorunun  rəqabət  qabiliyyəti  rəqabət  qabiliyyətli  müəssisələrin  bu  sektorda  nə  vaxtdan 

fəaliyyət  göstərməsindən  və  xidmətlər  bazarında  rəqabətin  intensivliyindən  asılıdır.  Rəqabət 

qabiliyyətliliyi  isə  rəqabət  vasitələrini,  müəssisənin  xüsusiyyəti  və  bazarda  rəqabət 

üstünlüyündən istifadə etmək imkanlarını əhatə edir.  

Hazırda  Azərbaycanda  ümumi  daşıma  zamanı  yaranan  əlavə  dəyərin  təxminən  70%-i 

avtomobil  nəqliyyatının  payına  düşür.  Bununla  yanaşı  dəniz  nəqliyyatının  mövcud  olmasına 

baxmayaraq o, aşağı xidmət səviyyəsi ilə səciyyəvidir və əlavə loqistik xərcləri vardır. 

Azərbaycanda nəqliyyat sektorunun rəqabət qabiliyyəti nəzəriyyədə geniş yayılmış sahə 

və  firma  səviyyəsində  olan  amillər  nəzərə  alınmaqla  araşdırılmışdır:  Bu  sahədə  mövcud 

vəziyyətin təhlili göstərdi ki, nəqliyyat-tranzit sektorunun xidmətlərində rəqabət qabiliyyətini 

simullaşdıran əsas amil məsrəf, keyfiyyət, texnologiya və işçi qüvvəsidir.  

Nəqliyyat  xidmətlərinin  beynəlxalq  bazarda  rəqabət  aparması  bu  növ  xidmətlərin  iki 

parametrindən  asılıdr:  müəssisənin  ölçüsü  (yalnız  nəqliyyat  vasitələrinin  sayı  deyil,  həm  də 

işçilərin sayı üzrə) və ixtisaslaşma səviyyəsi (nəqliyyat, loqistik və ya ekspeditor müəssisələri). 

Ən kiçik və ən böyük müəssisələr bazarda bir o qədər də rəqabət qabiliyyətli deyildir. Belə ki, 

kiçik  müəssisələr  iri  müəssisələr  ilə  müqayisədə  böyük  xidmətlər  göstərmək  imkanına  malik 

deyillər, iri müəssisələr isə effektiv işləmək imkanlarını itirirlər.  

İxtisaslşamaya gəldikdə isə qeyd etmək lazımdır ki, loqistik müəssisələr nisbətən rəqabət 

qabiliyyətlidirlər: onlar müştəriyə aşağı və ya orta qiymətlərlə həm nəqliyyat və həm də digər 

növ  xidmətləri  göstərə  bilərlər.  Hazırda  nəqliyyat  xidmətləri  bazarında  müəssisələrin  aşağı 

xərc strategiyası əsas rəqabət üstünlüyü amillərinin birincisi kimi çıxış edir.  

Müasir  dövrdə  yük  daşıma  xidmətləri  müəssisələri  xidmətlərdə  fərqlilik  üzrə  rəqabət 

aparırlar: onlar öz xidmətlərini differensasiya etməklə yanaşı, iri həcmli xidmətlər üzrə riskləri 

bölüşdürmək (sığortalamaq) imkanlarını axtarırlar. 

Müəssisənin  firma  səviyyəsində  rəqabət  üstünlüyünü  müəyyən  edən  əsas  amil  texniki 

innovasiya  və  xidmətlərin  keyfiyyətidir.  Xidmətlərin  keyfiyyəti  isə  nəqliyyat  müəssisəsinə 

olan inam, etibar və təhlükəsizlik kimi faktorlarla müəyyən edilir.   

MDB  və  Avropa  ölkələrinin  nəqliyyat  xidmətləri  ilə  müqayisədə  Azərbaycanın 

nəqliyyat-tranzit  sahəsində  xidmət  göstərən  müəssisələr  elə  də  böyük  rəqabət  aparmaq 

imkanlarına  malik  deyildir.  Bu,  rəqabət  qabiliyyətini  müəyyən  edən  amillərin  kifayət  qədər 

zəif  inkişaf  etməsi  ilə  əlaqədardır.  Tədqiqatın  nəticələrinə  və  beynəlxalq  təcrübəyə 

əsaslanmaqla  həm rəqabət  qabiliyyətli nəqliyyat-tranzit  sektorunun  formalaşdırılması və həm 

də beynəlxalq xidmətlər bazarında rəqabət üstünlüyünün qorunması üçün aşağıdakı tədbirlərin 

həyata keçirilməsini məqsədə uyğun hesab edirik: 

1.

 



Nəqliyyat  məsrəflərinin  azaldılması  və  sektorun  rəqabət  qabiliyyətliliyini  artırmaq 

üçün regional logistik mərkəzlərin yaradılması; 

2.

 

Ölkə ərazisindən tranzit konteyner daşımalarını inkişaf etdirmək, bu məqsədlə dəmir 



yolu tariflərinin beynəlxalq standartlara uyğunlaşdırılması; 

3.

 



Nəqliyyat sektorunun rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaların tətbiqini 

və klasterlərin yaranmasının stimullaşdırılması;  

4.

 

Nəqliyyat  növlərindən  asılı  olaraq  yük  daşıma  qiymətlərinin  (tranzit  və  yerli)  Tarif 



Şurası tərəfindən tənzimlənməsi; 


5.

 

Maliyyə  institutlarının  nəqliyyat  kompleksinə  kapital  qoyuluşlarını  artırmağa 



stimulların verilməsi; 

6.

 



Nəqliyyat sektorunda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi. 

7.

 



Tranzit  və  əlavə  nəqliyyat  xidmətləri  göstərən  müəssisələrdə  infrastrukturun 

yeniləşməsinə dəstək; 

8.

 

Liman  ərazisində  azad  iqtisadi  zonaların  yaradılması  və  bu  ərazilərdə  nəqliyyat 



xidmətlərinin inkişafına dövlət dəstəyinin artırılması. 

9.

 



Nəqliyyat-tranzit fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi. 

 


5. İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, "Qanun" nəşriyyatı, 2003.  



2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, "Qanun" nəşriyyatı, 2004.  

3. Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi. Bakı, "Qanun" nəşriyyatı, 2003.  

4. Azərbaycan Respublikası Gömrük Məcəlləsi. Bakı, "Qanun" nəşriyyatı, 2004.   

5. Azərbaycanın statistika göstəriciləri, 2008, Bakı 2008 

6.  Bıkov  A.Q.,  Polovinçik  D.İ.,  Saviçev  Q.P.  Kommentariy  k  Ustavam  avtomobilğnoqo 

transporta soöznıx respublik. M., 1978, s, 5-6.  

7.  Azərbaycan  Respublikasının  vergi  hüququ.  Bakı,  "Azərbaycan  universiteti"  nəşriyyatı, 

2003.  


 8.  Azərbaycan  Respublikasının  maliyyə  hüququ.  Dərs  vəsaiti.  Bakı,  "Qanun"  nəşriyyatı, 

2003.  


9. E.Əliyev. Yol hərəkətinin beynəlxalq hüquqi tənzimlənməsi və milli anunvericilik. Dərs 

vəsaiti. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003.  

10.  O.Əfəndiyev,  E.Əliyev  Müasir  beynəlxalq  iqtisadi  münasibətlərdə  istifadə  edilən  700 

termin. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2004.  

11.  "Avropa-Qafqaz-Asiya  dəhlizinin  inkişafına  dair  beynəlxalq  nəqliyyat  haqqında  Əsas 

Çoxtərəfli Saziş". Bakı, 1998.  

12.  "Azərbaycan  Respublikası,  Gürcüstan,  Türkmənistan  və  Özbəkistan  Respublikası 

arasında  tranzit  yük  daşımalarının  tənzimlənməsi  sahəsində  əməkdaşlıq  haqqında  Saziş". 

Bakı, 1996.  

13. Azərbaycan Respublikasında Hasilatın Pay Bölgüsü Haqqında Sazişlər. 1994-2004.  

14. "Azərbaycanın Vergi Xəbərləri" jurnalı. Bakı, 2004, №4, səh, 6.  

15. "Xalq" qəzeti, 14.09.2004-cü il, səh. 4.  

16.  «BYD  kitabçasının  tətbiqi  ilə  beynəlxalq  yol  daşımaları  haqqında»  Gömrük 

Konvensiyası. 

17.  «Beynəlxalq  avtomobil  daşımalarını  həyata  keçirən  nəqliyyat  vasitələrinin 

ekipajlarının işinə aid» Avropa Sazişi (ESTR) 

18. «Beynəlxalq avtomagistrallar haqqında» Avropa Sazişi. 

19. «Yol hərəkəti haqqında» Konvensiya. 

20.  «Beynəlxalq  Yük  Daşınması  Müqaviləsi  haqqında»  Konvensiya  (KDPQ). 

21.  «Yol  nəqliyyat  vasitələrinin  ticarət  və  kommersiya  məqsədilə  müvəqqəti  idxalının» 

Gömrük Konvensiyası. 

22.  «Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin  razılışdırılması  haqqında» 

Beynəlxalq Konvensiya. 

23.  «Tez  korlanan  qida  məhsullarının  beynəlxalq  daşınması  və  bu  daşımalar  üçün  təyin 

olunmuş xüsusi nəqliyyat vasitələri haqqında» Saziş. 

24. «Konteynerlərə aid» Gömrük Konvensiyası. 

25.  «Təhlükəli  yüklərin  quru  yollar  ilə  beynəlxalq  daşımaları  haqqında»  Avropa  Sazişi 

(DOPOQ). 

26.  Əliyev  E.Ə.Beynəlxalq  nəqliyyat  daşımalarının  konvensiyon  təsbiti.  Bakı,  «Hüquq 

ədəbiyyatı» nəşriyyatı, 2002. 

27. Əliyev E.Ə. Nəqliyyat hüququnun əsasları. Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2004.  

İngilis dilində 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə