Praktik əhəmiyyəti.
Nəqliyyat sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Beynəlxalq təşkilatlar tərəfindən nəqliyyat əməliyyatlarının həyata keçirilməsinə qoyulan
tələblərin öyrənilməsi və dövlət qurumlarının bu istiqamətdə qərar qəbul etmələrinə kömək
edəcək təkliflərin hazırlanması.
Ölkənin nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və milli nəqliyyat şirkətlərinin
beynəlxlaq bazarlara çıxışının təmin edilməsi;
Ölkənin nəqliyyat sektorunun regional sistemlərə inteqrasiyasının gücləndirilməsi.
1.
NƏQLİYYAT-TRANZİT SEKTORUNUN
RƏQABƏT QABİLİYYƏTİNİN NƏZƏRİ ƏSASLARI
Bazarda aktiv fəaliyyət göstərən istənilən müəssisə bu və ya digər dərəcədə rəqabət
aparmaq qabiliyyətinə malik olur. Ölkədə iqtisadi inkişaf, həmçinin tərəfdaş ölkələrdə xarici
tələbin artması xidmət sferasının inkişafı üçün əlverilşli imkanlar yaradır ki, bunun da
nəticəsində nəqliyyat xidmətlərinə həm daxili və həm də xarici tələb artır. Bu yalnız sərnişin
daşımaları üzrə xidmətlərdə deyil, həmçinin yükdaşımalrda da özünü göstərir. Nəqliyyat
sferasının da inkişafı müştərilərin yeni tələbatlarının üzə çıxması şəraitində baş verir.
Nəqliyyat sektorunda intensiv rəqabət şəraiti iqtisadi baxımdan müəssisələrin gəlirliyinin
azalması ilə nəticələnir. Əgər xidmət bazarında müəssisənin rəqabət qabiliyyəti məlumdursa və
resurs baxımından rəqabət qabiliyyəti onun üstünlüyünü qiymətləndirməyə imkan verirsə,
onda müəssisə öz qərarlarını formalaşdıra bilir.
Müasir iqtisadi ədəbiyyatlarda fərd, bazar və firma münasibətləri çərçivəsində rəqabət
qabiliyyəti geniş təhlil edilmişdir. Belə ki, Porterin (1998) beş rəqabət qabiliyyəti modeli
xüsusi qeyd edilməlidir. Həmçinin rəqabətliliyi müəyyən edən və təbii resurs bazasına
əsaslanan konsepsiya Qrant (1998), Barni, Arican (2001), Weit (2004) tərəfindən davam
etdirilmişdir. Bütün tədqiqatlarda əsas üstünlük nəzəri modellərdən istifadə etməklə rəqabət
qabiliyyəti sferasına verilmiş, nəqliyyat sferasında yükdaşımalar sahəsində praktiki tədqiqata
isə rast gəlinmir. Xidmət loqistikası kimi nəqliyyat yükdaşıması da hazırda ticarət sferasında
mühüm əhəmiyyət kəsb edir.
Nəqliyyat-tranzit sahəsinin rəqabət qabiliyyəti adətən müxtəlif aspektlər üzrə müəyyən
edilir. Belə ki, rəqabət qabiliyyətli müəssisənin bu sahədə uzun müddət necə işlədiyi və bu
sferada rəqabətin intensivlik səviyyəsi müəyyən edilir. Bu sahədə bir sıra müəlliflər tərəfindən
məqsədyönlü tədqiqatlar aparılmışdır. Vaynertə (1997) görə rəqabətlilik elə bir predmet və
xidmətlər istehsal etmək imkanıdır ki, o, beynəlxalq bazarın tələblərinə cavab verir və rəqabətli
bazarda məşğulluq və yüksək gəlir səviyyəsini qoruyub saxlayır. Rəqabət qabiliyyətini ilk dəfə
Porter sistemləşdirilmiş halda iqtisad elminə daxil etmiş, Porterdən sonrakı tədqiqatlarda
rəqabət qabiliyyəti məhsul, xidmət və ya bazarın analoji xidmət və bazar subyekti ilə rəqabət
aparmaq imkanları kimi göstərilir (46, səh.332). Porter həmçinin öz tədqiqatında rəqabət
qabiliyyətinin təchizat və tədarük kimi amillərinin beynəlxalq aspektlərinə də toxunmuşdur.
Bütövlükdə, rəqabət qabiliyyəti özündə rəqabət vasitələrini, onun subyektlərini, müəssisənin
bazarda rəqabət aparmaq imkanlarını və iqtisadi nəticə kimi xüsusiyyətləri özündə əks etdirir.
Rəqabət qabiliyyətinə təsir edən amillərin qiymətləndirilməsi üçün ənənəvi metodlarla
yanaşı ekspert qiymətləndirilməsi və sorğu üsullarından geniş istifadə edilmişdir.
Nəqliyyat sektorunun rəqabət qabiliyyətinin təhlili üzrə bir neçə model (daxili bazara
girişin qiymətləndirilməsi, beynəlxalq xidmətlər bazarında rəqabət savəiyyəsinin müəyyən
edilməsi, rəqabət qabiliyyətinin keyfiyyət modeli və s.) mövcud olsa da, biz bu sferanın
özünün rəqabətliliyini və onun faktorlarını təhlil edəcəyik.
Sahə faktorları.
Bir sıra iqtisadçılar (Porter, 1998; Amit və Şumeyker, 1993) rəqabət qabiliyyəti
aspektlərini təhlil edərək belə nəticəyə gəlmişlər ki, müəssisənin rəqabətlilik potensialına sahə
səviyyəsində olan faktorlar əhəmiyyətli təsir edir. İqtisadi ədəbiyyatlarda Porterin (1980, 1998)
“Ətraf vasitələr, beş rəqabət gücü modeli”ndən istifadə rəqabət qabiliyyəti səviyyəsini
qiymətləndirməyə imkan verir. Bu model daha universaldır və ətraf vasitələrin daxili və qlobal
bazarlarda rəqabət qabiliyyətinə təsirini qiymətləndirməyə imkan verir. Porter (1998) hesab
edir ki, ətraf vasitələrin rəqabət qabiliyyətinin təhlilində ən vacib olanı aşağıdakı amillərin təsir
gücüdür:
Rəqiblər;
Müştərilər;
Tədarükçülər;
Potensial
rəqiblər;
Əvəzedici rəqiblər.
Porterdə (19980, 1998) bazarlarda münasib səviyyədə mənfəət əldə etmək mümkün
olduqda yeni yaranmış müəssisələr rəqabəti qarşılaya bilirlər. Təcrübədə olduğu kimi, yeni
yaranmış müəssisələr istehsal üzrə daha geniş imkanları və bazarda təhlükəsiz mövqe tutmağı
təmin edirlər. Təhlükə o zaman yaranır ki, bazarda rəqabət vasitələri subyektlər (yeni
müəssisələr) tərəfində geniş araşdırılır. Bir sıra hallarda əvəzedici müəssisələr aşağı qiymət və
keyfiyyət hesabına analoji məhsul və xidmətləri bazardan sıxışdırıb çıxara bilərlər. Buna
uyğun olaraq məhsul və xidmətə tələb və rəqibin dövriyyəsi də azalır. Eyni zamanda digər bir
“əvəzedici” müəssisənin fəaliyyət göstərməsi bazarda məhsulun keyfiyyətinin və qiymətinin
müştərilər tərəfindən müqayisə edilməsinə imkan verir.
Khanta (2000) və Jucevièius (1998) belə hesab edirlər ki, bu tədqiqatlarda ən mühüm
faktor olan dövlət idarələrinin fəaliyyəti nəzərə alınmır. Belə ki, bu amil rəqabət vasitələrini
formalaşdırır. Məlum olduğu kimi, dövlət tərəfindən qəbul edən qərar və qaydalar nəticəsində
müəssisələr müvafiq olaraq qərarlarını çox tez-tez dəyişirlər.
Bütün amilləri ayrı-ayrılıqda təhli edərək müəssisə bazarda rəqabət problemini aşkar edə
və hər bir faktorun vaciblik dərəcəsini qiymətləndirə bilər. Bununla yanaşı, belə
qiymətləndirmə metodu müəssisəyə sektorun mənfəətliliyini müəyyən etməyə imkan verir:
yəni rəqabət nə qədər yüksəkdirsə, bu sektorda biznes fəaliyyəti aşağı ola bilər. Porter (1980)
təsdiq etmişdir ki, bir sıra sektorlar gəlirli olduğundan, müəssisələr də təbii olaraq beş rəqabət
gücünü nəzərə almaqla öz fəaliyyətlərini optimallaşdıra bilərlər. Beş rəqabət amilindən hər
birinin əhəmiyyətliliyi sahənin əsas texniki və iqtisadi xüsusiyyətlərini müəyyən etməyi tələb
edir.
Jucevicius (1998) hesab edir ki, rəqabət strategiyası rəqabət vasitələrinin və mümkün
rəqabət üstünlüyünün təhlilinə əsaslanmalıdır.
Firma səviyyəli faktorlar.
Firma səviyyəli amillərin müəssisənin rəqabət qabiliyyətinə təsiri resurs bazasına
əsaslanan konsepsiyanın köməyilə təhlil edilmişdir (38, səh 146). Resurs bazası nəzəriyyəsinə
müxtəlif alimlərin (Kollis və Montqomer, 1995; Qrant, 1998, Barni və Arican, 2001)
tədqiqatlarında rast gəlinir. Bu tədqiqatlarda müəssisənin daxili amillərinin və resurs
növlərinin rolu tədqiq edilmişdir. Resurs bazası nəzəriyyəsinə görə Porter (1980, 1998) modeli
müəssisənin daxili tərəfinə inteqrasiya edilmişdir və ona təsir edən ətraf amilləri öyrənmir.
Bu nəzəriyyə göstərir ki, rəqabət üstünlüyü hər şeydən əvvəl daxili maddi və qeyri-maddi
resursların təşkili vasitəsilə müəyyən edilir. Resurslar Barni (2001) tərəfindən müəyyən edilən
tələbləri və şərtləri ödəməlidir: resurslar faydalı, nadir və təkrar olunmaz olmalıdır. Maddi
resurslar təcrübədə olduğu kimi fiziki və maliyyə resurslarından ibarətdir. Tikinti, təchizat və
məhsul ehtiyatı fiziki resurs hesab edilir. Müəssisənin ölçüsü, məlumatlar bazası, bölgü
kanalları, məlumatların saxlanılmasının avtomatlaşdırılmış sistemi də həmçinin fiziki
resurslardır (Fitsroy, Halbert, 2005).