Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   2   3   4   5   6   7   8   9   ...   19

Praktik əhəmiyyəti. 

 



Nəqliyyat sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi. 

 



Beynəlxalq təşkilatlar  tərəfindən nəqliyyat əməliyyatlarının həyata keçirilməsinə qoyulan 

tələblərin öyrənilməsi və dövlət qurumlarının bu istiqamətdə qərar qəbul etmələrinə kömək 

edəcək təkliflərin hazırlanması. 

 



Ölkənin  nəqliyyat  xidmətləri  bazarının  inkişaf  etdirilməsi  və  milli  nəqliyyat  şirkətlərinin 

beynəlxlaq bazarlara çıxışının təmin edilməsi

 

Ölkənin nəqliyyat sektorunun regional sistemlərə inteqrasiyasının gücləndirilməsi.  



 


1.

 

NƏQLİYYAT-TRANZİT SEKTORUNUN  

RƏQABƏT QABİLİYYƏTİNİN NƏZƏRİ ƏSASLARI

 

 

Bazarda  aktiv  fəaliyyət  göstərən  istənilən  müəssisə  bu  və  ya  digər  dərəcədə  rəqabət 



aparmaq  qabiliyyətinə  malik  olur.  Ölkədə  iqtisadi  inkişaf,  həmçinin  tərəfdaş  ölkələrdə  xarici 

tələbin  artması  xidmət  sferasının  inkişafı  üçün  əlverilşli  imkanlar  yaradır  ki,  bunun  da 

nəticəsində  nəqliyyat  xidmətlərinə  həm  daxili  və  həm  də  xarici  tələb  artır.  Bu  yalnız  sərnişin 

daşımaları  üzrə  xidmətlərdə  deyil,  həmçinin  yükdaşımalrda  da  özünü  göstərir.  Nəqliyyat 

sferasının da inkişafı müştərilərin yeni tələbatlarının üzə çıxması şəraitində baş verir.  

Nəqliyyat sektorunda intensiv rəqabət şəraiti iqtisadi baxımdan müəssisələrin gəlirliyinin 

azalması ilə nəticələnir. Əgər xidmət bazarında müəssisənin rəqabət qabiliyyəti məlumdursa və 

resurs  baxımından  rəqabət  qabiliyyəti  onun  üstünlüyünü  qiymətləndirməyə  imkan  verirsə, 

onda müəssisə öz qərarlarını formalaşdıra bilir.  

Müasir  iqtisadi  ədəbiyyatlarda  fərd,  bazar  və  firma  münasibətləri  çərçivəsində  rəqabət 

qabiliyyəti  geniş  təhlil  edilmişdir.  Belə  ki,  Porterin  (1998)  beş  rəqabət  qabiliyyəti  modeli 

xüsusi  qeyd  edilməlidir.  Həmçinin  rəqabətliliyi  müəyyən  edən  və    təbii  resurs  bazasına 

əsaslanan  konsepsiya  Qrant  (1998),  Barni,  Arican  (2001),  Weit  (2004)  tərəfindən  davam 

etdirilmişdir.  Bütün  tədqiqatlarda  əsas  üstünlük  nəzəri  modellərdən  istifadə  etməklə  rəqabət 

qabiliyyəti  sferasına  verilmiş,  nəqliyyat  sferasında  yükdaşımalar  sahəsində  praktiki  tədqiqata 

isə rast gəlinmir. Xidmət loqistikası kimi nəqliyyat  yükdaşıması da hazırda ticarət sferasında 

mühüm əhəmiyyət kəsb edir.      

Nəqliyyat-tranzit  sahəsinin  rəqabət  qabiliyyəti  adətən  müxtəlif  aspektlər  üzrə  müəyyən 

edilir.  Belə  ki,  rəqabət  qabiliyyətli  müəssisənin  bu  sahədə  uzun  müddət  necə  işlədiyi  və  bu 

sferada rəqabətin intensivlik səviyyəsi müəyyən edilir. Bu sahədə bir sıra müəlliflər tərəfindən 

məqsədyönlü  tədqiqatlar  aparılmışdır.  Vaynertə  (1997)  görə  rəqabətlilik  elə  bir  predmet  və 

xidmətlər istehsal etmək imkanıdır ki, o, beynəlxalq bazarın tələblərinə cavab verir və rəqabətli 

bazarda məşğulluq və yüksək gəlir səviyyəsini qoruyub saxlayır. Rəqabət qabiliyyətini ilk dəfə 

Porter  sistemləşdirilmiş  halda  iqtisad  elminə  daxil  etmiş,  Porterdən  sonrakı  tədqiqatlarda 

rəqabət qabiliyyəti məhsul, xidmət və ya bazarın analoji  xidmət və bazar subyekti ilə rəqabət 

aparmaq  imkanları  kimi  göstərilir  (46,  səh.332).  Porter  həmçinin  öz  tədqiqatında  rəqabət 

qabiliyyətinin  təchizat  və  tədarük  kimi  amillərinin  beynəlxalq  aspektlərinə  də  toxunmuşdur. 

Bütövlükdə,    rəqabət  qabiliyyəti  özündə  rəqabət  vasitələrini,  onun  subyektlərini,  müəssisənin 

bazarda rəqabət aparmaq imkanlarını və iqtisadi nəticə kimi xüsusiyyətləri özündə əks etdirir.  

Rəqabət  qabiliyyətinə  təsir  edən  amillərin  qiymətləndirilməsi  üçün  ənənəvi  metodlarla 

yanaşı ekspert qiymətləndirilməsi və sorğu üsullarından geniş istifadə edilmişdir.  

Nəqliyyat  sektorunun  rəqabət  qabiliyyətinin  təhlili  üzrə  bir  neçə  model  (daxili  bazara 

girişin  qiymətləndirilməsi,  beynəlxalq  xidmətlər  bazarında  rəqabət  savəiyyəsinin  müəyyən 

edilməsi,  rəqabət  qabiliyyətinin  keyfiyyət  modeli  və  s.)  mövcud  olsa  da,  biz  bu  sferanın 

özünün rəqabətliliyini və onun faktorlarını təhlil edəcəyik.   

 

Sahə faktorları.  

Bir  sıra  iqtisadçılar  (Porter,  1998;  Amit  və  Şumeyker,  1993)  rəqabət  qabiliyyəti 

aspektlərini təhlil edərək belə nəticəyə gəlmişlər ki, müəssisənin rəqabətlilik potensialına sahə 

səviyyəsində olan faktorlar əhəmiyyətli təsir edir. İqtisadi ədəbiyyatlarda Porterin (1980, 1998) 

“Ətraf  vasitələr,  beş  rəqabət  gücü  modeli”ndən  istifadə  rəqabət  qabiliyyəti  səviyyəsini 

qiymətləndirməyə imkan verir. Bu model daha universaldır və ətraf vasitələrin daxili və qlobal 



bazarlarda  rəqabət  qabiliyyətinə  təsirini  qiymətləndirməyə  imkan  verir.  Porter  (1998)  hesab 

edir ki, ətraf vasitələrin rəqabət qabiliyyətinin təhlilində ən vacib olanı aşağıdakı amillərin təsir 

gücüdür: 

 



Rəqiblər; 

 



Müştərilər; 

 



Tədarükçülər; 

 



Potensial rəqiblər

 



Əvəzedici rəqiblər. 

Porterdə  (19980,  1998)  bazarlarda  münasib  səviyyədə  mənfəət  əldə  etmək  mümkün 

olduqda  yeni  yaranmış  müəssisələr  rəqabəti  qarşılaya  bilirlər.  Təcrübədə  olduğu  kimi,  yeni 

yaranmış müəssisələr istehsal üzrə daha geniş imkanları və bazarda təhlükəsiz mövqe tutmağı 

təmin  edirlər.  Təhlükə  o  zaman  yaranır  ki,  bazarda  rəqabət  vasitələri  subyektlər  (yeni 

müəssisələr) tərəfində geniş araşdırılır. Bir sıra hallarda əvəzedici müəssisələr aşağı qiymət və 

keyfiyyət  hesabına  analoji  məhsul  və  xidmətləri  bazardan  sıxışdırıb  çıxara  bilərlər.  Buna 

uyğun olaraq məhsul və xidmətə tələb və rəqibin dövriyyəsi də azalır. Eyni zamanda digər bir 

“əvəzedici”  müəssisənin  fəaliyyət  göstərməsi  bazarda  məhsulun  keyfiyyətinin  və  qiymətinin 

müştərilər tərəfindən müqayisə edilməsinə imkan verir.  

Khanta  (2000)  və  Jucevièius  (1998)  belə  hesab  edirlər  ki,  bu  tədqiqatlarda  ən  mühüm 

faktor  olan  dövlət  idarələrinin  fəaliyyəti  nəzərə  alınmır.  Belə  ki,  bu  amil  rəqabət  vasitələrini 

formalaşdırır. Məlum olduğu kimi, dövlət tərəfindən qəbul edən qərar və qaydalar nəticəsində 

müəssisələr müvafiq olaraq qərarlarını çox tez-tez dəyişirlər.  

Bütün amilləri ayrı-ayrılıqda təhli edərək müəssisə bazarda rəqabət problemini aşkar edə 

və  hər  bir  faktorun  vaciblik  dərəcəsini  qiymətləndirə  bilər.  Bununla  yanaşı,  belə 

qiymətləndirmə  metodu  müəssisəyə  sektorun  mənfəətliliyini  müəyyən  etməyə  imkan  verir: 

yəni rəqabət nə qədər yüksəkdirsə, bu sektorda biznes fəaliyyəti aşağı ola bilər. Porter (1980) 

təsdiq etmişdir ki, bir sıra sektorlar gəlirli olduğundan, müəssisələr də təbii olaraq beş rəqabət 

gücünü  nəzərə  almaqla  öz  fəaliyyətlərini  optimallaşdıra  bilərlər.  Beş  rəqabət  amilindən  hər 

birinin əhəmiyyətliliyi sahənin əsas texniki və iqtisadi xüsusiyyətlərini müəyyən etməyi tələb 

edir.  


Jucevicius  (1998)  hesab  edir  ki,  rəqabət  strategiyası  rəqabət  vasitələrinin  və  mümkün 

rəqabət üstünlüyünün təhlilinə əsaslanmalıdır.  

 

 Firma səviyyəli faktorlar.   



Firma  səviyyəli  amillərin  müəssisənin  rəqabət  qabiliyyətinə  təsiri  resurs  bazasına 

əsaslanan konsepsiyanın köməyilə təhlil edilmişdir  (38, səh 146). Resurs bazası nəzəriyyəsinə 

müxtəlif  alimlərin  (Kollis  və  Montqomer,  1995;  Qrant,  1998,  Barni  və  Arican,  2001) 

tədqiqatlarında  rast  gəlinir.  Bu  tədqiqatlarda  müəssisənin  daxili  amillərinin  və  resurs 

növlərinin rolu tədqiq edilmişdir. Resurs bazası nəzəriyyəsinə görə Porter (1980, 1998) modeli 

müəssisənin daxili tərəfinə inteqrasiya edilmişdir və ona təsir edən ətraf amilləri öyrənmir.  

Bu nəzəriyyə göstərir ki, rəqabət üstünlüyü hər şeydən əvvəl daxili maddi və qeyri-maddi 

resursların təşkili vasitəsilə müəyyən edilir. Resurslar Barni (2001) tərəfindən müəyyən edilən 

tələbləri  və  şərtləri  ödəməlidir:  resurslar  faydalı,  nadir  və  təkrar  olunmaz  olmalıdır.  Maddi 

resurslar təcrübədə olduğu kimi fiziki və maliyyə resurslarından ibarətdir. Tikinti, təchizat və 

məhsul  ehtiyatı  fiziki  resurs  hesab  edilir.  Müəssisənin  ölçüsü,  məlumatlar  bazası,  bölgü 

kanalları,  məlumatların  saxlanılmasının  avtomatlaşdırılmış  sistemi  də  həmçinin  fiziki 

resurslardır (Fitsroy, Halbert, 2005). 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə