konteynerlərin konstruksiyası və markalanması cavab verəcəyi tələbləri özündə əks etdirir,
konteynerlərin müvəqqəti idxalının prosedurunu və onların istifadə olunma şərtlərini
müəyyənləşdirir.
Konvensiyaya Avstraliya, Avstriya, Əlcazair, Belarus, Bolqarıstan, Macarıstan,
Indoneziya, İspaniya, Kanada, Çin, Kuba, Mərakeş, Yeni Zelandiya, Polşa, Koreya, Rusiya
Federasiyası, Rumıniya, Slovakiya, ABŞ, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Çex
Respublikası, İsveçrə, İsveç, Yunanistan qoşulmuşlar.
10. «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında» Avropa Sazişi
(30 sentyabr 1957-ci il), (DOPOQ-ADR)-Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi
Komissiyası tərəfindən tərtib edilmiş Sazişdir. Saziş təhlükəli yüklərin beynəlxalq avtomobil
daşımaları gaydalarının vahid şəkildə yaradılması məqsədi ilə tərtib edilmişdir. Avropa
dövlətlərinin əksəriyyəti dövlətlərinin ərazisi ilə və sərhədlərindən başqa ölkələrə təhlükəli
yüklərin daşınması haqqında umumi qaydaları, məhz həmin Sazişin şərtlərinə
uyğunlaşdırmışlar.
Sazişə Avstriya, Belçika, Bolqarıstan, Belarus,Bosniya və Hersoqovina, Keçmiş
Yuqoslaviyanın Makedoniya Respublikası, Macarıstan, Almaniya,Yunanistan, Danimarka,
İrlandiya, İspaniya, İtaliya, Litva, Latviya, Lixtenşteyn, Lüksemburq, Mərakeş, Hollandiya,
Polşa, Portuqaliya, Moldova, Rumıniya, Slovakiya, Sloveniya, Rusiya Federasiyası, Birləşmiş
Krallıq, ABŞ, Finlandiya, Fransa, Norveç, İsveç, İsveçrə, Xorvatiya, Çex Respublikası,
Estoniya, Yuqoslaviya qoşulmuşlar.
Azərbaycan Respublikasının müasir xarici iqtisadi (ticarət) siyasəti onun nəqliyyat
sahəsindəki münasibətlərini müəyyənləşdirir və tənzimləyir və həmin münasibətlər beynəlxalq
hüququn hamı tərəfindən tanınan, mütərəqqi-demokratik prinsip və normalarına, həmçinin bu
sahədəki beynəlxalq müqavilələrdən (sazişlərdən) irəli gələn öhdəliklərə riayət etmək əsasında
qurulur.
3.2.
Nəqliyyat-tranzit sektorunun mövcud vəziyyətinin xarakterizəsi
3.2.1. Beynəlxalq nəqliyyat-tranzit dəhlizi
«Traseka» Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti. Ən nüfuzlu
beynəlxalq təşkilatlar (BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və
digərləri) tərəfindən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) Avropa ilə Asiya
arasında təbii tranzit əlaqəsi kimi rəsmi tanınmışdır. Bu baxımdan Avropa İttifaqının TASİS-
TRASEKA proqramının üzv-dövlətlərinin (Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Moldava, Monqolustan, Rumıniya, Tacikistan, Türkmənistan,
Türkiyə, Özbəkistan, Ukrayna) qarşısında duran ən vacib məsələ nəqliyyat şəbəkələrini inkişaf
etdirməklə, öz coğrafi-siyasi və iqtisadi imkanlarından səmərəli istifadə etməkdir.
Hazırda Asiya və Avropa arasında ticarət dövriyyəsi ildə 20 trilyon ABŞ dollardan çox
məbləği təşkil edir. Onlardan 200 milyard ABŞ dolları nəqliyyat xərclərinin payına düşür.
Traseka proqramı çərçivəsində aşağıdakılar nəzərə alınmışdır: traseka ölkələrinin Avropa və
Asiya arasında ticarətin inkişaf etdirilməsi baxımından coğrafi mövqeyi ən iri mal
istehsalçılarının Asiyada yerləşməsi və əsas istehlakçıların Avropada olması, yük axınlarının
göndərilmə nöqtələri, mal göndərən böyük ölkələr. Nəticədə, malların Avropaya traseka
nəqliyyat dəhlizi (Şərq-Qərb) ilə aparılmasının digər alternativ marşrutlarla müqayisədə daha
cəlbedici olduğu müəyyən olunmuşdur. Yokohamadan Rotterdam, Hamburq, Antverpen və
digər iri Qərbi-Avropa limanlarınadək digər marşrutların traseka marşrutundan iki dəfə uzun
olduğu qeyd edilməlidir.
Avropa İttifaqının traseka proqramının həyata keçirilməsi sayəsində üzv-dövlətlər böyük
əhəmiyyət kəsb edən və ətraf dünyaya istiqamətlənmiş nəqliyyat şəbəkələri və dəniz limanları
yaratmış, öz əraziləri daxilində mal tranziti üçün yaxşı imkanlar əldə etmişlər. Bu o deməkdir
ki, tranzit nəqliyyatını inkişaf etdirmək üçün TRASEKA ölkələrinin qonşu ölkələrə yeni daxili
dəhliz və ya əlavə nəqliyyat marşrutlarını yaratmağa ehtiyacı yoxdur. Hazırda bu ölkələrin
mövcud nəqliyyat dəhlizi və onun şəbəkələrinin inkişaf etdirilməsi üçün böyük sərmayə
qoyuluşuna ehtiyacı olmadığını qeyd etmək lazımdır. Traseka nəqliyyat dəhlizi artıq
mövcuddur və fəaliyyət göstərir. Müxtəlif kateqoriyadan olan böyük həcmli malların
daşınması üzrə zəngin təcrübə toplanmışdır.
«Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Beynəlxalq Nəqliyyat
Sazişi» 9 sentyabr 1998-ci il tarixində Bakıda imzalandıqdan sonra beynəlxalq tranzit
nəqliyyatı üçün hüquqi baza yaradılmışdır.
Burada digər mühüm fakt təbii və enerji ehtiyatları ilə zəngin olan ölkələrin ərazisindən
traseka nəqliyyat şəbəkələrinin keçməsidir. Bu regionlarda hazırlıqlı mütəxəssislər vardır. Bu
ölkələrdə tranzitin inkişafı istehsalın və məşğulluğun artımına kömək edir. Bütün siyasi və
iqtisadi dəyişikliklərə baxmayaraq, təcrübəyə əsasən seçilmiş, inkişaf etdirilmiş və yoxlanmış
beynəlxalq nəqliyyat dəhlizi olan traseka əlverişli investisiya mühitini təmin edir və
inteqrasiya prosesinin qloballaşmasına müsbət təsir göstərir.
3.2.2.
Nəqliyyat-tranzit dəhlizinin mövcud vəziyyətinin təhlili
Hazırda Azərbaycanın nəqliyyat dəhlizi başlıca olaraq ticarət tərəfdaşı ölkələr arasında
əlaqələrin genişlənməsinə xidmət edir. Bununla belə nəqliyyat-tranzit sistemində yükdaşımada
avtomobil, dəmir yolu və dəniz nəqliyyatı iştirak etsə də, TRASECA-nın Azərbaycan
bölməsindəki tranzit yükdaşımalarda avtomobil nəqliyyatının statistikası verilməmişdir. Bu
dəhliz üzrə yükdaşımada dəmir yolu geniş paya malikdir ki, bu da yeni xətlərin istifadəyə
verilməsi ilə bağlıdır.
Belə ki, ümumi yüklərin 52.6%-i dəmiryolu nəqliyyatı ilə həyata keçirilir. Ümumilikdə
TRASECA nəqliyyat dəhlizi vasitəsilə daşınan dəniz yüklərinin 82.2%-i tranzit daşımalardan