Ölkə daxilində digər nəqliyyat növləri ilə həyata keçirilən daşımalar, məsələn, dəmir yolu
daşınması, dəniz daşımaları və s. isə ümumi qaydada vergiyə cəlb olunurlar. Qeyd etmək
məqsədəuyğundur ki, nəqliyyat gömrük xidmətləri, həmçinin daşınma ilə bağlı xidmətlər,
habelə nəqliyyat infrastrukturundan istifadəyə görə ödənişlər istisna olmaqla, tranzit
daşımaların təyinatından asılı olmayaraq vergilər, yığımlar və digər ödənişlərdən azadolunma
nəzərdə tutulmuşdur
4
.
Bundan əlavə, Azərbaycan Respublikasının 08 oktyabr 1996-ci il tarixli 168 1Q nömrəli
Qanunu ilə təsdiq edilmiş «Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan
Respublikaları arasında tranzit yük daşımalarının tənzimlənməsi sahəsində əməkdaşlıq
haqqında Sazişin 4-cü maddəsinə əsasən tranzit əlaqələrinə təqdim edilən nəqliyyat və inzibati
xidmətlərə görə ödəmə haqqı və göstərilən xidmətlərin dəyəri istisna olmaqla, tranzit
əlaqələrinə münasibətdə adından və təyinatından asılı olmayaraq, milli və ya yerli vergilər,
yığımlar və digər ödənişlər tutulmur.
Yuxarıda qeyd olunan vergilərdən azadolma qaydaları adı çəkilən Sazişlərə imza edən və
qoşulan ölkələrə qarşı tətbiq edilir. Xatırlatmaq istərdik ki, 1994-cü ilin sentyabr ayının 20-də
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın bir sıra məşhur neft
şirkətləri, o cümlədən BP-Amoco, Unocal, Lukoil, Exxon, Statoil, TPAO və digər iri neft
şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri, Çıraq yataqlarının və
Günəşli yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında» Saziş imzalandı. Bağlanmış Sazişlər çərçivəsində fəaliyyət göstərən
müəssisə və şirkətlərin vergi məsələləri üçün xüsusi vergi rejimi tətbiq edilir. Vergi
Məcəlləsinə əsasən məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla
təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu
qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunda bu
məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş
müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların
müddəaları tətbiq edilir
5
.
3.1.3. Tranzit xidmətləri tənzimləyən beynəlxalq saziş və konvensiyalar
Avtomobil nəqliyyatı sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq
avtomobil daşımalarına aid ikitərəfli hökumətlərarası sazişlərdə əsas məqsəd hər iki ölkə
arasında onların ərazisindən tranzitlə avtomobil vasitəsilə sərnişin və yük daşımalarının
qarşılıqlı inkişaf etdirilməsi, habelə belə əlaqələrin sadələşdirilməsidir. İkitərəfli sazişlərdə
beynəlxalq sərnişin və yük daşımalarının bütün əsas şərtləri öz əksini tapmışdır. Bu sazişlərə
görə dövlətin əraziləri arasında avtomobil nəqliyyatı ilə daşımalar müvafiq icazə sisteminə
əsasən həyata keçirilir (İran İslam Respublikası istisna olmaqla). Sazişlərdə rüsum və
vergilərin ödəmə şərtləri də əks olunmuşdur.
Azərbaycan Respublikası Hökuməti tərəfindən bütün nəqliyyat növlərinə aid olan 50-dən
çox beynəlxalq hüquqi sənədlər – Saziş və Konvensiyalar imzalanmışdır. Bunlardan 12-si
avtomobil nəqliyyatına aiddir və onların əksəriyyətinin siyahısı aşağıdakı cədvəldə
göstərilmişdir:
4
30 oktyabr 1998-ci il tarixli «Tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfransda imzalanmış «Avropa-Qafqaz-
Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 5-ci maddəsi
5
Bax: Azərbaycan Respublikası Vergi Məcəlləsi, mad 2.7, Bakı, «Qanun» nəşriyyatı, 2004-cü il).
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq avtomobil daşımalarına aid olan
beynəlxalq Saziş və Konvensiyaların qısa məzmununu nəzərdən keçirək.
1.
«BYD kitabçasının tətbiqi ilə beynəlxalq yol daşımaları haqqında» Gömrük Konvensiyası
(BYD Konvensiyası, 1975-ci il). «BYD kitabçası ilə beynəlxalq daşımalar haqqında» Gömrük
Konvensiyası 1978-ci ildən qüvvəyə minmişdir. Konvensiya 3 hissədən ibarətdir: I hissə –
BYD tranzit sisteminin təhlili, onun iş prinsipi və qələcək inkişafının təfsiri; II hissə –
konvensiyanın əsas mətni; III hissə – konvensiyanın istifadəsi üçün tövsiyyə.
Gömrük tranzit sistemi – gömrük plombları və möhürü altında beynəlxalq yük
daşımalarını sadələşdirmək məqsədi daşıyır.
Konvensiyaya 64 dövlət qoşulmuşdur, lakin aşağıdaki dövlətlərin əraziləri üzrə BYD
kitabçaları ilə beynəlxalq avtomobil daşımaları həyata keçirilə bilər: Avstriya, Azərbaycan,
Albaniya, Belarus, Belçika, Bolqarıstan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Makedoniya,
Macaristan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Küveyt,
Kipr, Latviya, Litva, Livan, Estoniya, Lüksemburq, Mərakeş, Moldova, Suriya, Ukrayna, Çex
Respublikası, Çili, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Sloveniya,
Rusiya Federasiyası, Böyük Britaniya, Tacikistan, Tunis, Türkmənistan, Türkiyə, Finlandiya,
Fransa, Xorvatiya, İsveçrə, İsveç, Yuqoslaviya, Avropa Birliyi.
Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin ekipajlarının
işinə aid» Avropa Sazişi (ESTR) (01.07.1970 il) «Beynəlxalq avtomobil daşımalarını həyata
keçirən nəqliyyat vasitələrinin ekipajlarının işinə dair» Avropa Sazişi beynəlxalq avtomobil
sərnişin və yük daşımalarının təkmilləşməsi, inkişafı, yol hərəkətinin təhlükəsizliyi və iş
rejiminin reqlamentləşdirilməsi məqsədilə tərtib edilmişdir.
Saziş 25 maddədən və əlavələrdən ibarətdir.
1-25-ci maddələr - Sazişin təyinatlarından, istifadə dairəsindən, ekipaj heyətindən,
idarəetmə, tənəffüs, istirahət müddətindən, yoxlama cihazından, təşkilatın yoxlamalarından,
tətbiq etmək tədbirlərindən və yekun müddəalardan ibarətdir. Əlavələrdə - Yoxlama cihazların
təsdiq edilməsi, quraşdırılması, istifadə qaydaları, cihazların konstruksiyalarına tələblər və
onların yoxlanılması əks olunmuşdur. Sazişə aşağıdakı dövlətlər qoşulmuşdur:
Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Qazaxıstan, Macarıstan, Almaniya,
Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Latviya, Estoniya, Lüksemburq, Moldova,
Ukrayna, Çex Respublikası, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya,
Rusiya Federasiyası, Böyük Britaniya, Fransa, Xorvatiya, İsveç, Bosniya və Herseqovina.
«Beynəlxalq avtomaqistrallar haqqında» Avropa Sazişi (15.11.1977-ci il) «Beynəlxalq
avtomaqistrallar haqqında» Avropa Sazişi Avropa ölkələrində beynəlxalq yol hərəkətinin
asanlaşdırılması və inkişafı, qələcəkdə beynəlxalq yol hərəkəti tələb edən yolların tikintisi və
bərpa edilməsinin əlaqələndirilməsi planının təmin edilməsi və bu ölkələr arasında əlaqələrin
inkişafı məsələlərinə yönəlmişdir. Saziş 17 maddədən və 3 əlavədən ibarətdir. Sazişin əsas
hissəsində aşatıdakı məsələlər əhatə edilir:
– beynəlxalq «E» şəbəkəsinin planının təyin edilib qəbul edilməsi;
– beynəlxalq «E» şəbəkəsinin tikilməsi və bərpası;
– beynəlxalq «E» şəbəkəsinin nişanlanması;
– Sazişə qoşulma, əlavələr edilməsi və digər hüquqi məsələlər.
Əlavələrdə isə 1.Beynəlxalq «E» şəbəkəsi (yolların siyahısı), 2.Beynəlxalq maqistrallara
cavab verən şərtlər, 3.Beynəlxalq «E» şəbəkəsinin (yolların) nişanlanması, marşrut markaları
və identifikasiya məsələləri əks olunur.