Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   2   3   4   5   6   7   8   9   ...   19

Qeyri-maddi  resurslara  isə  yeniliklər,  əməkdaşların  motivasiyası,  loyallıq,  nou-hau, 

texniki  tərəqqi,  probelmləri  həll  etmək  bacarığı,  müştərilər,  digər  maraqlı  müəssisələrlə  olan 

münasibətlər və s. aiddir (Marra, 2005). Onlar həmçinin müqaviləni, bölgü haqqında razılığı, 

lisenziya müqavilələrini və s. əks etdirə bilərlər.  

Əsaslı  kapital  da  qeyri-maddi  resursların  tərkib  hissəsidir  (məsələn,  korporativ 

mədəniyyət,  prosedur,  təcrübə  və  s.).  Maddi  və  qeyri-maddi  resurslar  rəqabət  qabiliyyətinin 

üstünlüklərindən  biridir.  Rəqabət  üstünlüyü  ölçü  və  sferadan,  münasibətlərin  inkişafı, 

keyfiyyət, korporativ mədəniyyət, innovasiya, informasiya texnologiyaları, konkret səmərəlilik 

funksiyası və s.-dən qənaət hesabına müəyyən edilir (Harris, Ogbonna, 2000).  

Qrant  (1998)  rəqabət  üstünlüyü  hesab  edilən  belə  resursları  inkişaf  və  vertikal 

inteqrasiya, İT, konkret səmərəlilik funksiyası və s münasibətlər kimi qeyd edir.  



2. ƏDƏBİYYATIN XÜLASƏSİ

 

 

İqtisadi ədəbiyyatları təhlil edərək belə nəticəyə gəlindi ki, nəqliyyat-tranzit xidmətləri ilə 



məşğul olan müəssisələr arasında daxili rəqabət üstünlüyünü tədqiq edən müvafiq tədqiqatlar 

yoxdur.  Yalnız  loqistik  xidmətləri  tədqiq  edən  müəlliflərə  rast  gəlindi  (Tongzon,  2004; 

Litvinenka, 2005).  

Onların  tədqiqatlarında  bir  neçə  mikro  və  makro  səviyyəli  amillərqeyd  edilmişdir  ki, 

bunlar da loqistika sferasında beynəlxalq rəqabət qabiliyyətini müəyyən edir. Bunlara istehsal 

məsrəfləri,  xüsusilə  istehsalın  intensivliyi,  idarətetmə  keyfiyyəti,  qiymət,  keyfiyyətli  xidmət, 

məzənnə, dövlətin siyasəti, siyasi sabitlik, investisiya və s. aiddir. Bu müəlliflər öz əsərlərində 

nəqliyyat  sektorunun  rəqabət  qabiliyyətinin  determinantları  kimi  firma  səviyyəsində  əsas 

faktorlara xidmətlərin keyfiyyətini aid etmişlər.  

Xidmətin  keyfiyyəti  rəqabət  üstünlüyünün  ən  vacib  şərtidir.  Parasuraman,  Zeithaml, 

Berri  (1988,  1991)  kimi  iqtisadçıların  əsərlərində  beş  amildən  –  maddi,  etibarlı,  operativlik, 

keyfiyyət, inam, təhlükəsizlik, çıxış imkanları, rabitə  - keyfiyyətinin qiymətləndirilməsi üçün 

istifadə edilir.  

Nəqliyyat müəssisəsi yalnız müştərilərin tələblərini tam təmin etdiyi təqdirdə bazarda öz 

mövqeyini  qoruyub  saxlaya  bilər.  Bazarın  hər-hansı  xidmətə  olan  tələblərini  öyrənmək  üçün 

əsas kriteriya göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi olmalıdır.    

İqtisadçıların  apardığı  tədqiqatların  təhlili  göstərir  ki,  rəqabət  üstünlüyünün 

möhkəmləndirilməsi  üçün  ən  vacib  şərt  nəqliyyat  vasitələri  parkının  rəqabət  üstünlüyü, 

texnologiya, təcrübə, xidmətlərin fərqliliyi və ixtisaslaşmasıdır (Linva, 2006). 

Bir sıra müəlliflər tərəfindən də müvafiq sorğular aparılmış və o, Porterin (1980, 1998), 

Parasuraman,  Zeithaml,  Berri  (1988,  1991),  Qrant  (1998)  kimi  iqtisadçıların  nəzəri 

modellərinə əsaslanmışdır.  

Fursov  B.A  və  Roin  O.A.(1998)tərəfindən  aparılan  tədqiqatlarda  isə  nəqliyyat 

xidmətlərinin  rəqabət  qabiliyyəti  ümumi  təhlil  edilmiş,  müəssisə  səviyyəsində  rəqabət 

qabiliyyətinin kompleks göstəriciləri hesablanmışdır.  

 



3. AZƏRBAYCANDA NƏQLİYYAT-TRANZİT SEKTORUNUN RƏQABƏT 

QABİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRMƏDƏN 

ALINAN NƏTİCƏLƏRİN İNTERPRETASİYASI 

 

3.1.

 

Hüquqi bazanın təhlili 

 

3.1.1 Ümumi müddəalar 

 

Hazırda  Azərbaycanın  nəqliyyat-tranzit  xidməti  göstərən  müəssisələrinin  fəaliyyəti 



qanunvericiiklə  tənzimlənir  və  o,  beynəlxalq  standartlara  uyğun  bütün  öhdəlikləri  müəyyən 

edir.  Azərbaycan  tranzit  məkana  malik  olduğu  üçün  qanunvericilik  aktlarında  da  daxili  və 

xarici yük daşımalar müvafik aktlarla tənzimlənir.  

Ümumiyyətlə,  nəqliyyat  xidmətinin  göstərilməsi  prosesində  iki  müstəqil  öhdəlik  əmələ 

gəlir: birincisi, nəqliyyat vasitələrinin  verilməsi və  daşıma  üçün  yüklərin təqdim edilməsi ilə 

bağlı  yaranan  müstəqil  öhdəliklər,  ikincisi,  yükgöndərəndən  qəbul  edilmiş  yükün  daşıyıcı 

tərəfindən təyinat yerinə (məntəqə, liman) çatdırılması və yükalana təhvil verilməsilə əlaqədar 

yaranan öhdəliklər. Birinci öhdəliyin əmələ gəlmə əsasını nəqliyyat prosesinin təşkili haqqında 

tərəflər  arasında  bağlanan  saziş  yaradır.  Daşıma  üçün  gələcəkdə  veriləcək  nəqliyyat 

vasitələrinin  sayı,  daşıma  müddəti,  müvafiq  yükün  daşınması  üçün  nəqliyyat  vasitələrinin 

yararlı vəziyyətə gətirilməsi və s. şərtlər sazişin məzmununu təşkil edir.  Sözügedən sazişdə, 

həmçinin,  yükün  həcmi  və  xarakteri,  malın  keyfiyyəti,  hesablaşma  qaydası  haqqında  tərəflər 

razılığa gəlirlər. Bu şərtlər ətrafında tərəflər yükdaşımaların təşkili haqqında müqavilə bağlayır 

ki, bu müqavilənin hüquqi konstruksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-

ci  maddəsinə  uyğun  gəlir.  Beləliklə,  əgər  yük  daşınması  müqaviləsi  əsas  müqavilədirsə 

(müqavilənin  əsas  təyinatı  əşyaları  olduqları  yerdən  təyinat  yerinə  daşımaqdan  ibarətdir), 

yükdaşımalarının  təşkili  haqqında  müqavilə  isə  əsas  müqavilənin  gələcəkdə  bağlanması 

haqqında öhdəlikdir. 

Mülki  Məcəllənin  402.1-ci  maddəsindən  görünür  ki,  yükdaşımaların  təşkili  haqqında 

müqavilə  ilkin  müqavilə,  yük  daşınması  müqaviləsi  isə  əsas  müqavilə  kateqoriyasına  aiddir. 

Yük  daşınması  müqaviləsi  (Mülki  Məcəllənin  850.1-ci  maddəsi)  nəqliyyat  müqavilələri 

sistemində «üstün və hakim mövqeyə malikdir»

1

 Lakin nə Azərbaycan Respublikasının mülki 



qanunvericiliyi,  nə  də  ki,  Ticarət  Gəmiçiliyi  Məcəlləsi  yükdaşımaların  təşkili  haqqında 

müqavilənin  konstruksiyasına  uyğun  olan  və  daşıma  müqaviləsinin  bağlanmasına  təşkilati 

zəmin yaradan müqavilə növünün adını çəkmir. 

Yuxarıda  qeyd  etdiyiniz  kimi,  yalnız  Mülki  Məcəllənin  402.1-ci  maddəsi  ilkin 

müqavilənin anlayışını verməklə onun subyektlərinin gələcəkdə əsas müqavilənin bağlanması 

barədə öz üzərlərinə öhdəlik götürmələrini təsdiq edən sənəd rolunu oynayır. Bununla yanaşı, 

«Nəqliyyat  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  9-cu  maddəsində  (3-cü  və  4-cü 

bəndlərində)  yükdaşımalarının  təşkili  haqqında  müqavilə  konstruksiyasının  anlayışı  və  əsas 

xüsusiyyətləri  verilmişdir.  Lakin  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  850.1-ci 

maddəsində  yük daşınması müqaviləsinin anlayışı belə verilir: «Yük daşınması müqaviləsinə 

görə  daşıyıcı  əşyaları  haqq  müqabilində  olduqları  yerdən  təyinat  yerinə  daşımağı  (yola 

salmağı), yolasalan və ya yüküalan isə daşımanın haqqını ödəməyi öhdəsinə götürür». 

                                                 

1

 Bax: Allahverdiyev S.S. Azərbaycan Respublikasının Mülki Hüququ. Dərs vəsaiti. Bakı, 2001, II cild, s.452.). 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə