Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s ak a d e m I y a s I



Yüklə 356,44 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix15.03.2022
ölçüsü356,44 Kb.
#84507
1   2   3   4   5   6
329 peshe etikasi movzu 7. menevi medeniyyet. exlaqi ve estetik medeniyyet

 

 

 

Sual 3. Estetik mədəniyyət 

 


Estetik  mədəniyyət  cəmiyyətin  ümumi  mədəniyyətinin  bir  hissəsidir.  Estetik 

mədəniyyətin  spesifikası  və  funksiyası  ondan  ibarətdir  ki,  o  subyektin  dünyaya 

münasibətinm azad özünüifadəetmə formasıdır. Bəs estetika nədir? 

Estetika yunan sözüdür. “Aisthetiko” hiss edən, həssas mənasındadır. O, gözəllik 

qanunlarını,  incəsənətin  gerçəkliyə  münasibətini,  onun  növ  və  janrlarını,  bədii  şüurun 

qanunauyğun  inkişafının  özünəməxsus  xüsusiyyətlərini  bədii  yaradıcılıq  metodunu 

öyrənən fəlsəfi elmdir. Təxminən 8-10 il əvvəl respublikamızın demək olar ki, bütün ali 

məktəblərində  bir  fənn  kimi  tədris  olunan  estetika  son  illər  tədris  planından 

çıxarılmışdır.  

Estetika  termini  elmə  hələ  XVIII  əsrdə  alman  filosofu  Aleksandr  Qotlib 

Baumqarten  (1714-1762)  tərəfindən  gətirilmişdir.  O  bu  anlayışı  gözəllik  nəzəriyyəsi, 

“Hissi idrak elmi” adlandırmışdır. Onun estetik hadisəni idrak nəzəriyyəsi yönümündən 

işləməsinin  alman  klassik  fəlsəfəsinin  sonrakı  inkişafı  üçün  böyük  əhəmiyyəti 

olmuşdur. 

Onu da qeyd etmək lazımdır ki, estetik fikrin tarixi daha qədimdir. Belə ki, 2500 

il  bundan  əvvəl  quldarlıq  dövründə  Misir,  Babilistan,  Hindistan  və  Çində  yaranmış, 

Qədim  Yunanıstan  və  Qədim  Romada  inkişaf  etmişdir.  Antik  filosofların  əsərlərində 

incəsənətin  cəmiyyətdə  rolu  və  onun  insanın  əxlaqına  təsiri  məsələlərindən  bəhs 

olunmuşdur.  Orta  əsrlərin  “İlahi  gözəllik”  haqqında  mistik  təlimlərində  hər  cür 

gözəlliyin  mənbəyi  və  ali  gözəlliyin  təcəssümü  allah  hesab  olunurdu.  Maarifçi 

estetikanın  nümayəndələri  E.Byerk,  Hoqart,  D.Didro,  J.J.Russo,  İ.İ.Vinqelman, 

İ.Herder,  xüsusilə,  onun  davamçıları  F.Şiller  və  Göte  incəsənətlə  gerçəkliyin  əlaqəsi 

ideyasını  inkişaf  etdirdilər.  Marksizm-leninizm  klassikləri  icə  incəsənəti  ictimai  şüur 

formalarından  biri  və  gerçəkliyin  estetik  dərk  olunmasının  spesifik  forması  kimi 

öyrənirlər. Gerçəkliyin estetik dərkinin isə üç tərəfi vardır: 

l) Obyektiv gerçəklikdə estetiklik; 

2) Subyektiv estetiklik

3) İncəsənət-subyektiv və obyektiv estetikliyin vəhdəti. 

Estetika  bu  tərəflərin  mahiyyətini,  qanunauyğunluqlarını  və  onların  konkret 

təzahürlərini tədqiq edir. Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik 




biliklərin,  estetik  hisslərin,  estetik  zövqlərin,  estetik  idealların)  məzmunu  və  inkişaf 

səviyyəsi,  həm  də  insanların  estetik  yaradıcılığının  xarakteri,  istiqaməti  və  yayılma 

dərəcəsi  daxildir.  Eyni  zamanda,  estetik  mədəniyyətdə  estetik  sərvətlərin  insan 

tərəfindən  mənimsənilmə  formalarının  rəngarəngliyi,  bu  sərvətlərdən  insanın  inkişafı, 

onun  mənəviyyatının  zənginləşməsinə  görə  humanist  məqsədlərlə  istifadə  edilməsi  də 

öz əksini tapır. 

Göründüyü kimi, estetik mədəniyyətin xüsusiyyəti onun əsasını təşkil edən estetik 

fəaliyyətin spesifikası ilə müəyyən olunur. Estetik fəaliyyət mənəvi xarakterə malikdir. 

Onun  predmeti  gerçəkliyin  bilavasitə  dərk  və  ya  təsəvvür  edilə  bilən  hər  hansı  bir 

obyekti  ola  bilər.  Məsələn,  estetik  informasiya  daxil  edilmiş  bədii  sərvətlər,  etilitar 

təyinatı  məhsulların  estetik  dəyəri  ilə  müşayiət  olunan  məqsədyönlü  fəaliyyət 

məhsulları,  insan  əməyi  ilə  təbiiliyindən  çıxmış  və  estetik  mədəniyyət  sisteminə  daxil 

edilmiş  təbiət  nümunələri  və  s.  Estetik  baxımdan  neytral  olan,  dəyəri  fəaliyyət 

prosesində  aktuallaşdırılan,  yaxud  təsbit  edilən  halların  da  estetik  fəaliyyət  predmeti 

olması mümkündür. 

Estetik  fəaliyyətin  xüsusi  maraq  dairəsi  həmişə  insan  aləmi  olmuşdur.  Müasir 

dövrdə də belədir. Ona ictimai-tarixi proses, insanların ictimai həyatı, sosial davranışı, 

daxili  və  mənəvi  aləmi  daxildir.  İncəsənət  sahəsində  aparılan  müşahidə  və  təcrübələr 

göstərir ki, elə bir təbiət və yaxud sosial gerçəklik halı yoxdur ki, o öz mahiyyətinə görə 

estetik  fəaliyyət  predmeti  olmasın.  Görkəmli  rəssam  Səttar  Bəhlulzadənin 

yaradıcılığına, onun rənglər aləminə diqqət yetirsək, görərik ki, təbiətin hər bir hadisəsi, 

hər bir nümunəsi onun rəsmlərinin əşyası olmuşdur. Onun əsərlərində kiçik və ya böyük 

təbiət  nümunəsi  yoxdur. Rəssam  təbiət  nümunələrinin  hər  birinə  eyni  həssaslıqla, eyni 

sevgiylə yanaşır. S.Bəhlulzadənin rəsmlərində hər çiçəyin, hər yarpağın min çaları var. 

Lakin bu əsərlərdə təbiətdən götürülən hər hansı bir nümunə öz təbii mövcudluğundan 

da məhrum edilmir. Rəssam götürdüyü hər bir nümunəni öz şəxsi məntiqi və potensial 

yaradıcılıq imkanlarına uyğun şəkildə obrazlı verir, ideala qədər ucaldır, mümkün qədər 

arzulanan  təsəvvür  səviyyəsinə  qaldırır.  Estetik  baxımdan  dəyişdirilmiş  əşya  bəşər 

mədəniyyəti xəzinəsinə daxil edilir, orada o, öz oricinallığını qorumaqla, estetik qiymət 



alır. Gördüyümüz kimi, burada estetik əşya insanın obyektiv aləmi ilə subyektiv aləmi 

arasında vasitəçi olur. 

Estetik  predmet  özünə  subyektin  müəyyən  münasibəti-ni,  baxışını  və  iştirakını 

nəzərdə  tutur.  Bunlar  obyektiv  keyfiyyətlərlə  yanaşı,  onun  dəyərini  müəyyənləşdirir. 

Estetik  mədəniyyətin  və  fəaliyyətin  subyekti  ictimai  varlıqdır.  O,  həyata  qədəm 

qoyarkən  yalnız  hazır  sosial  münasibətlərlə  deyil,    eyni  zamanda  bir  çox  maddi  və 

mənəvi  dəyərlərlə,  əvvəlki  dövrlərdə  yaradılmış  estetik  sərvətlərlə  qarşılaşır.  Bunlar 

insanın varlığının obyektiv şərtləri olur və onun estetik fəaliyyəti üçün əsas verir. 

Estetik  fəaliyyətin  obyektə  uyğun  şəkildə  faydalı  xarakteri  əşyanın  estetik 

dəyərinin  təsdiqində  realizə  olunur.  Əşyanın  estetik  dəyəri  subyektin  üzə  çıxardığı  və 

qiymətləndirdiyi obyektiv daxili və xarici əlaqələrin zənginliyi ilə müəyyənləşdirilir. 

Estetik  mədəniyyət  özünəməxsus  daxili  qanunlar  əsasında  inkişaf  edir.  Estetik 

mədəniyyətin əsas funksional struktur elementləri aşağıdakılardır: 

l.İctimai idealın nizamlayıcısı kimi özünü göstərən estetik münasibət. 

2.Bədii sərvətlərin ümumi toplusu. 

3.Cəmiyyət  üzvlərinin  xüsusi  bir  hissəsi  (professional  səviyyədə  bədii  sərvətləri 

istehsal edən, həmçinin cəmiyyətdə onların fəaliyyətini təmin edən ziyalılar). 

4.Bədii  sərvətlərin  toplanmasını  və  ötürülməsini,  onların  estetik  münasibətlər 

sisteminə daxil edilməsini təşkil edən tirajlama və kommunikasiya vasitələri. 

5.Dövlətin, ümumiyyətlə cəmiyyətin diqqət mərkəzində olan estetik mədəniyyəti və 

estetik tərbiyəni bölüşdürən və yenidən istehsal edən mexanizmlər və təsisatlar. 

Ümumiyyətlə,  hər  hansı  bir  mədəniyyət  nümunəsi  heç  də  dərhal  estetik 

mədəniyyət  sisteminə  daxil  ola  bilmir.  Bu,  onun  insanların  tələbatının  ideya-bədii 

dəyərinə  və  estetik  idrak  səviyyəsinə  uyğunluğundan  asılıdır.  Bir  anlığa  təsəvvür  edin 

ki,  ucqar  dağ  kəndlərindən  birində  məşhur  bir  opera  tamaşası  göstərilir.  Aktyorlar  nə 

qədər böyük sənətkarlıqla çıxış etsələr də, kənd camaatı tərəfdən heç bir reaksiya nəzərə 

çarpmır.  Deməli,  nümayiş  etdirilən əsərlə,  ona tamaşa  edən insanların  arasında  böyük 

bir  uçurum  vardır.  Bu  insanlar  qarşılaşdıqları  dünyaya  daxil  ola  bilmirlər.  Çünki, 

tamaşada  əks  etdirilən  hadisələrin  ifadə  xüsusiyyətləri  haqqında  onların  ən  sadə 

təsəvvürləri  belə  yoxdur.  Ona  görə  də,  “incəsənətdən  zövq  almaq  üçün  bədii  cəhətdən 




savadlı  olmaq  lazımdır”.  (K.Marks).  Bu  isə  insanların  ümumi  mədəni  səviyyəsindən, 

cəmiyyətin  maddi  vəziyyətindən,  gərəkli  vaxt  ilə  asudə  vaxt  arasındakı  nisbətdən 

əhəmiyyətli dərəcədə asılıdır. 

Estetik  mədəniyyətin  müstəqil  funksional  elementlərindən  biri  də  bədii 

özfəaliyyətdir. O, xalq yaradıcılığı növüdür. Buraya teatr, musiqi, xoreoqrafiya, təsviri 

və  tətbiqi  sənət  sahəsində  geniş  xalq  kütlələrinin  yaradıcılıq  fəaliyyəti  daxildir.  Bədii 

özfəaliyyət  kollektivlərinin  professional  səviyyəsinin  yüksəlməsi  nəticəsində  həvəskar 

ifaçıların xalq teatrları, opera və balet studiyaları, xor kapellası və simfonik orkestrləri 

yaranır.  Daha  istedadlı  özfəaliyyət  iştirakçıları  xüsusi  təhsil  almaqla  professional 

kollektivlərdə  peşəkar  sənətkar  zirvəsinə  qalxırlar.  Azərbaycanda  bədii  özfəaliyyətin 

inkişafında  Ü.Hacıbəyovun,  H.Sarabskinin,  Bülbülün,  A.İsgəndərovun  və  b.  böyük 

xidmətləri olmuşdur. 

Bədii mədəniyyət cəmiyyətin estetik mədəniyyətinin ancaq bir hissəsidir. Estetik 

fəaliyyət estetik mədəniyyət sisteminə ictimai praktikanın müxtəlif sahələrini cəlb edir. 

Eyni  zamanda  elmi-texniki  tərəqqinin  estetik  fəaliyyətlə  qarşılıqlı  təsir  prosesini 

yaradır.  Son  zamanlar  estetik  fəaliyyətin  maddi  istehsal  sistemində  yeni  növüdizayn 

meydana çıxmışdır. 

Dizayn  müasir  dövr  estetik  mədəniyyətinin  mühüm  elementidir.  Onım  məqsədi 

nəticə  baxımından  maddi  sərvətlər  istehsalıdır.  Lakin  bu  sərvətlər  xüsusi  özfəaliyyət 

əsasında  estetik  dəyər  alır.  Dizayn  eyni  zamanda  incəsənətlə  istehsal  arasında 

vasitəçidir. 

Estetik mədəniyyətin mühüm bir elementi də estetik tərbiyədir Cəmiyyətin estetik 

mədəniyyəti  böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Cəmiyyətin  hər  bir  üzvünün, 

xüsusilə də gənclərin estetik mədəniyyətinin formalaşması mütəşəkkil və məqsədyönlü 

prosesdir. Buraya aşağıdakı vəzifələr daxildir: 

l.Milli, ümumbəşəri ideyalar əsasında estetik zövqün formalaşdırılması. 

2.İctimai  praktikanın  hər  bir  sahəsində,  yüksək  estetik  fəaliyyət  və  tələbatın 

formalaşdırılması. 

3.Bədii yaradıcılıq üçün vərdişlərin və qabiliyyətlərin təkmilləşdirilməsi və inkişafı. 



Estetik  tərbiyə  sistemi  təhsilsiz  tam  inkişaf  edə  bilməz.  Çünki,  onun  əhəmiyyəti 

və  məqsədi  estetik  sərvətləri  dünya-görüşü  səviyyəsinə  qaldıraraq  onu  şəxsiyyətin 

həyata  ümumi  baxış  sistemi  ilə  birləşdirməkdir.Estetik  təhsil  alınan  estetik 

informasiyalara  şəxsiyyətin  tənqidi  münasibət  bəsləməsinə  imkan  yaradır,  hadisələrə, 

incəsənətə, həyata onun estetik qiymətinin yüksək ideya səviyyəsini şərtləndirir. 

Beləliklə,  gənclərimizdə  gözəllik  hissinin,  estetik  zövq  və  vərdişlərin 

formalaşması  istiqamətində  istifadə  olunan  bütün  vasitələr  mütləq  onlarda  vətəndaşhq 

hissi,  milli  düşüncə  tərzi  tərbiyə  edilməsi  ilə  əlaqələndirilməlidir.  Belə  ki,  gözəllik 

anlayışı  vətəndaşlıq  probleminin  bir  hissəsi  kimi  dərk  olunmah,  yüksək  zövqə  malik 

gənclər yetişdirmək məqsədi ilə məhdudlaşmayıb, ləyaqətli gənclər tərbiyə etmək üçün 

vasitə  olmalıdır.  Sağlam  və  inkişaf  etmiş  zövqü  olan  yüksək  mənəviyyatlı  vətəndaşlar 

yetişdirilməsi estetik tərbiyənin ana xəttini təşkil etməlidir. 

Mənəvi  mədəniyyətin  unikal  sərvətinin  hamının  malı  olması  üçün  onu  qoruyub 

saxlamaq  vacibdir.  Bununla  arxivlər,  muzeylər,  kitabxanalar  kimi  mədəniyyət 

obyektləri  məşğul  olur.  Mədəniyyətin  inkişafı  ilə  bu  müəssisələrin  əməkdaşlarının 

yaradıcılıq  işi,  elmi  iş  elementləri:  tarixi  mədəniyyət  abidələrinin  tədqiq  olunması, 

müəllifliyin  müəyyən  edilməsi,  bərpaçılıq  və  s.  getdikcə  daha  da  çoxalır.  Hazırda 

mənəvi  sərvətlərin  qorunub  saxlanılmasında  texniki  vasitələrdən  istifadə  olunur  (çap, 

üzün çıxarılması).  Mənəvi sərvətlərin qorunub  saxlanması  yalnız  onun fiziki cəhətdən 

korlanmasının  unudulmasının  qarşısını  almaq  məqsədi  daşımır.  Hər  bir  xalq,  hər  bir 

nəsil öz mədəniyyətini boş bir səhrada, heç nədən yaratmır. Hər bir mədəniyyət özündən 

əvvəlki mədəniyyətin əsasında yaradılır. Mədəni sərvətlər ilk növbədə xalq maarifinin 

ictimai sistemi vasitəsilə bölüşdürülür və yayılır. Ölkənin, cəmiyyətin mənəvi həyatının  

səviyyəsi  tədris  müəssisələrinin  sayından,  tədrisin  keyfiyyətindən,  müəllimlərin 

ixtisasından,  geniş  xalq  kütlələrinin  bütün  təhsil  növlərinə  yiyələnmək  imkanlarından 

asılıdır. 

Maddi nemətlər kimi, mənəvi istehsal məhsulları, mədəni sərvətlər də insanların 

istifadəsi üçündür. Lakin mənəvi nemətlər istehlakı maddi nemətlər istehlakından xeyli 

fərqlənir.  Belə  ki,  maddi  nemətlər  istehlakı  prosesində  məhsul  aradan  çıxır  (Qida 



yeyilir, paltar köhnəlir). Ancaq mənəvi sərvətlərdən daha çox adam faydalanır. Çünki o, 

öz təbiətinə görə fərdi yiyələnmə obyekti deyil.  

Mənəvi sərvətlər istehlakı şəxsiyyətin, sosial qrupun mənəvi təlabatının xarakteri 

ilə  şərtlənir.  Bu  təlabat  isə  istehsalın  inkişaf  səviyyəsindən,  ictimai-siyasi  qurluşdan, 

şəxsiyyətin  mənsub  olduğu  sinfin  ideologiyasından,  mühitdən  (sosial-mədəni), 

həmçinin  adamın  özünün  fərdi  üsusiyyətindən,  onun  zövqündən  və  vərdişlərindən 

asılıdır. Mənəvi təlabat adamları mövcud mənəvi sərvətləri mənimsəməyə və yenilərini 

yaratmağa sövq edir. 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 




Yüklə 356,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə