Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s ak a d e m I y a s I



Yüklə 356,44 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix15.03.2022
ölçüsü356,44 Kb.
#84507
1   2   3   4   5   6
329 peshe etikasi movzu 7. menevi medeniyyet. exlaqi ve estetik medeniyyet

Sual 2. Əxlaq mədəniyyəti 

 

Əxlaq  ictimai  şüurun  ən  qədim  formalarından  biridir.  O,  insanların  həm 

cəmiyyətə, həm dövlətə, həm də bir-birinə olan münasibətlərini nizamlayır. Cəmiyyətin 

təlabatından yaranan əxlaq onun üzvlərinin davranışlarını tənzim edən qaydalardan irəli 

gəlir. 

Məlumdur  ki,  bəşəriyyətin  inkişafının  ilk  mərhələlərində  insanlar  arasında 

müəyyən adətlər, davranış qaydaları, ünsiyyət formaları mövcud olmuşdur. İnsanlar öz 

davranışlarında  yaxşının  və  pisin  nədən  ibarət  olduğunu  aydınlaşdırmağa  çalışmışlar. 

Cəmiyyət  siniflərə  bölündükdən  sonra  isə  əxlaq  qaydaları  da  sinfi  mahiyyət  kəsb 

etməyə başlayır. Hər sinfin özünəməxsus əxlaq qaydaları yaranır və onlar bu qaydaları 

öz mənafelərini ifadə edən davranış normalarına çevirirlər. 



Əxlaq  haqqında  təlim  etika  adlanır.  Bu,  “Ethos”  yunan  sözündən  olub,  bizim 

dilimizdə  adət  mənasını  ifadə  edir.  Etika  əxlaqı,  insanların  mənəvi  dünyasını,  onun 

mahiyyətini  tədqiq  edir.  Etik  davranışlar  cəmiyyətin  təlabatından,  insanların  öz 

davranışlarında müəyyən qaydalara əməl etməsindən irəli gəlir. 

İnsan şüurunun inkişaf mərhələlərində əxlaq təlimi həmişə fəlsəfənin bir hissəsi 

kimi  təqdim  olunmuşdur.  Nəticədə  müxtəlif  fəlsəfi  baxışlar  müxtəlif  əxlaq 

nəzəriyyələrini  meydana  çıxarmışlar.  Buna  misal  olaraq,  Aristotelin,  fransız 

materialistlərinin,  Kantın  və  digər  fılosofların  əxlaq  nəzəriyyələrini  göstərmək  olar. 

Onların çoxunun əxlaq nəzəriyyəsi onların fəlsəfələrinin əsas hissəsi, dünyagörüşünün 

əsas cəhəti olmuşdur. Bununla birlikdə əxlaqi ideyalar,  əxlaq təlimləri də ictimai şüur 

formalarıdır. 

Cəmiyyətin  iqtisadi  həyatı  dəyişdikcə  əxlaq  da  bir  şüur  forması  olmaqla  dəyişir 

və yeni məna daşıyır. Fəlsəfi nəzəriyyələr tarixinin inkişafı göstərir ki, əxlaq haqqında 

nəzəriyyələr  də  etika-fəlsəfə  ilə  birlikdə  inkişaf  etmişdir.  B.e.ə.  551-479-cu  illərdə 

yaşamış  qədim  Çin  filosofu  Konfutsi  də  özünün  fəlsəfi  görüşlərində  etik  nəzəriyyəni 

əsaslandırmağa  çalışmışdır.  Onun  etik  nəzəriyyəsinin  əsas  məfhumunu  “Jen” 

(humanizm)  təşkil  edirdi.  Filosofun  fikrincə,  humanizm  mənəvi  prinsip  olmaqla 

cəmiyyət  və  ailə  üzvləri  arasındakı  münasibətləri  müəyyənləşdirməkdə  mühüm  rol 

oynayır. O, yazırdı ki, vəzifə kürsüsündə elə şəxsiər oturmalıdır ki, onlar öz hərəkətləri 

ilə  rəhbərliyində olanlara nümunə olmalıdırlar. Konfutsi öz nəzəriyyələrində  göstərirdi 

ki, insanlar dünyaya eyni cür gəlirlər, lakin müəyyən dövrlərdə aldıqları tərbiyəyə görə 

bir-birindən  ayrılırlar.  İnsanları  əhatə  edən  mühit  onların  bir  şəxsiyyət  kimi 

formalaşmasma  əsaslı  təsir  göstərir.  Lakin,  Konfutsinin  etik  nəzəriyyəsi  bir  çox 

məsələlərdə  ziddiyyətli  olduğu  üçün  onun  bütövlükdə  qəbul  edilməsi  məqbul  deyildir. 

Konfutsinin  davamçıları  olan  Çin  filosofları  Syun-Tszının  (b.e.ə.  298-238),  onun 

tələbəsi Xan Feyin (b.e.ə. 280-230), antik yunan fılosoflarından Aristotelin, Platonun da 

əxlaqa  dair  müəyyən  fikirləri  olmuşdur  və  onlar  bu  fikirləri  öz  əsərlərində  əks 

etdirmişlər. 

Lakin, sinifli cəmiyyətdə yaranan belə əxlaq təlimləri ictimai xarakter daşıyaraq, 

mövcud  quruluşa  xidmət  edirdi.  Ona  görə  də,  hakim  sinif  mövcud  iqtisadi  quruluşu 




möhkəmlətmək üçün onun mənafeyini müdafiə edən əxlaq təliminə haqq qazandırır və 

onu  mühafizə  edərək  möhkəmləndirməyə  çalışırdı. Etika  haqqında  nəzəriyyələr  tarixin 

bütün mərhələlərində filosofların ictimai-siyasi görüşləri ilə bağlı yaranmışdır. Odur ki, 

bu nəzəriyyələr hakim siniflərin istək və arzularını əks etdirmiş, ictimai şüurun müxtəlif 

formalarına  təsir  göstərmiş  və  cəmiyyətdə  ictimai  münasibətlərin  dəyişməsinə  imkan 

yaratmışdır. 

Əxlaq-cəmiyyətdə davranış qaydalarını nizamlayan mövcud normalar toplusudur. 

Davranış  normaları  insanların  cəmiyyətə,  ictimai  quruluşa,  əməyə  və  bir-birinə  olan 

münasibətlərində  özünü  göstərir.  İnsanlar  hərəkətləri  təhlil  edərək  bəzilərinə  müsbət, 

bəzilərinə isə mənfi qiymət verirlər! Yəni, hər kəs etdiyi hərəkətə görə qiymətləndirilir. 

Səbəbsiz nəticə olmur. 

Mədəniyyətin  mühüm  tərkib  hissələrindən  biri  mənəvi  mədəniyyətdir.  Mənəvi 

mədəniyyət  cəmiyyət  üzvlərinin  əxlaqi  tələblərini-əxlaq  normalarını,  prinsiplərini, 

ideallarını və s. mənimsəmə səviyyəsini, şəxsiyyətin onlara yiyələnmə və öz rəftarında 

və hərəkətlərində əməli surətdə həyata keçirmə dərəcəsini səciyyələndirir. Bütün bunlar 

isə  insanın  başqalarına,  bütövlükdə  cəmiyyətə  münasibətində,  onun  məqsədlərində, 

həyat planlarında, maddi-mənəvi sərvətlərə münasibətində özünü göstərir. 

Mənəvi  mədəniyyət  praktik  mənəviyyatı  şərtləndirir.  Mənəvi  mədəniyyət 

cəmiyyətin,  hər  hansı  sosial  qrupun  qazandığı  mənəvi  inkişaf  ölçüsüdür.  Bu  ölçü 

mənimsənilmiş  və  insan  fəaliyyətində  realizə  olunan  mənəvi  sərvətlərlə  xarakterizə 

olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və 

mənəvi fəaliyyəti əhatə edir. 

Mənəvi  mədəniyyət  bütün  mənəvi  təsəvvürlər  və  normalar  sistemini  deyil, 

cəmiyyətin insanlar tərəfindən mənimsədiyi mənəvi təcrübənin bir hissəsini, əxlaqi-etik 

biliklərin yalnız praktik olaraq həyata keçirilən həcmini əhatə edir. 

Mənəvi mədəniyyətin bütöv bir sistem kimi struktur elementləri bunlardır: 

l) Etik təfəkkür mədəniyyəti (etik bilikdən istifadə etmək bu və ya digər həyat tərzi 

xüsusiyyətlərinə mənəvi normaları tətbiq etmək bacarığı və s.). 

2) Hiss mədəniyyəti. 



3)  Davranış  mədəniyyəti-dərk  edilmiş  mənəviyyat  prinsip  və  normalarına  uyğun 

olaraq davranmaq, hərəkət etmək bacarığı. 

4)  Davranış  formasını  və  manerasını  reqlamentləndirən  etiket.  Mənəvi  mədəniyyət 

subyekti,  ictimai  praktikanın  (xalqın,  sinfin,  sosial  qrupun,  kollektivin,  şəxsiyyətin) 

mənəvi sərvətlər sisteminin tarixi konkret fəaliyyətini əks etdirir. 

Cəmiyyətin  mənəvi  mədəniyyəti  məzmun  baxımından  təsbit  olunmuş  mənəvi 

sərvətlər  və  oriyentasiyalar  sistemini  şəxsiyyətin  mənəvi  mədəniyyətinə  nisbətən  daha 

dolğun və geniş əhatə edir. 

Şəxsiyyətin  mənəvi  mədəniyyətində  bu  sistemin  komponentləri  özünü 

təkrarolunmaz fərdi spesifika ilə göstərir. Şəxsiyyət cəmiyyətin mənəvi mədəniyyətinin 

nailiyyətlərini öz şüurunda və davranışında bu və ya digər dərəcədə və fərdi yeniliklərilə 

cəmləyir. Bu isə ona tez-tez təkrarlanan hallarda mənəvi cəhətdən düzgün hərəkət etmək 

imkanı yaradır, onun mənəvi şüurunun yaradıcı elementlərini fəallaşdırır, qeyri-standart 

vəziyyətlərdə düzgün 

mənəvi qərar verməsinə imkan yaradır. 

Mənəvi  mədəniyyətin  bu  iki  səviyyəsi  qarşılıqlı  şəkildə  əlaqədardır.  Cəmiyyətin 

mənəvi inkişaf səviyyəsi bir çox hallarda şəxsiyyətin mənəvi mədəniyyətinin kamilliyi 

ilə  müəyyən  edilir.  Digər  lərəfdən  cəmiyyətin  mənəvi  mədəniyyəti  nə  qədər  zəngin 

olursa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi üçün bir o qədər çox imkan yaranır. 

Əxlaq  ümumbəşəri  mədəniyyətin  bir  hissəsidir,  eyni  zamanda  o,  müasir 

sivilizasiyaya  qarşı  da  etinasız  deyildir.  Şəxsiyyətin  əxlaq  mədəniyyəti  müasir 

sivilizasiya problemini insanların fəaliyyətlərində aktuallaşdırır. 

Əxlaq  normaları,  həmçinin  əxlaqi  əqidələr,  əxlaqi  hisslər  və  qiymətlər  spesifik 

xüsusiyyətlərə  malikdir.  Bu  xüsusiyyətlər  əxlaqı  bütün  nizamlama  formalarından, 

xüsusilə hüquqdan fərqləndirir. 

Hüquqi nizamlama kimi  əxlaqi nizamlama da davranışa verilən sosial tələblərin 

fərd  tərəfindən  şüurlu  surətdə  mənimsənilməsini  nəzərdə  tutur.  Əxlaqi  nizamlama 

şəxsiyyətin şüurlu iradəsinə, onun ictimai borca şüurlu əməl etməsinə əsaslanır. Əxlaqi 

tələb hər bir fərd tərəfindən irəli sürülür və onun vicdanının səviyyəsi ilə müəyyənləşir. 



Əxlaqi  münasibət  isə  obyekt  münasibətidir  ki,  burada  şəxsiyyət  ictimai  əxlaq 

normalarını gözləyir və eyni zamanda həmin normalara yeniliklər əlavə edir. 

Əxlaqi borc-doğma vətənimizin tərəqqisi uğrunda mübarizə zərurətindən yaranan 

və  yüksək  şüurluluq,  dərin  daxili  təlabat  qüvvəsi  ilə  yerinə  yetirilən  əsas  ictimai 

vəzifələrin  məcmusudur. Onun  məzmununa həm  cəmiyyətin  öz  üzvləri qarşısında irəli 

sürdüyü  vəzifələr,  həm  də  adamların  cəmiyyət  qarşısında  daşıdığı  məsuliyyət  hissi 

daxildir.Hər  bir  cəmiyyətin  inkişafının  müxtəlif  mərhələlərində  onun  qarşısında 

müxtəlif  vəzifələr  durur.  Buna  uyğun  olaraq  cəmiyyətin  öz  üzvlərinə  olan  tələbinin, 

eyni  zamanda  cəmiyyət  üzvlərinin  borcunun  xarakteri  dəyişir. Elə  ona  görə  də  ictimai 

inkişaf  qanunlarını  öyrənmədən,  cəmiyyətin  qarşılaşdığı  vəzifələrin  həllində  iştirak 

etmədən şəxsiyyət öz əxlaqi borcunu dərk edə bilməz. 

Əxlaqi borcun yerinə yetirilməsi şəxsiyyətin meylləri əqidəsi, iradəsi və xarakter 

xüsusiyyətlərindən,  inam  və  vərdişlərindən  də  asılıdır.  Şəxsiyyətin  əxlaqi  borca 

münasibətini aydınlaşdırarkən aşağıdakıları nəzərə almaq lazımdır:  

1)  Şəxsiyyət  öz  arzu  və  istəklərini  təmin  etməyə  daha  meyllidir,  yoxsa  ümumi 

mənafeyin tələbləri ilə razılaşmağa; 

2) O, təmiz əqidəli, bütöv xarakterli şəxsiyyətdirmi? 

3)Yerinə yetirəcəyi borcun düzlüyünə, gərəkliliyinə inanırmı? 

4) Güzəştə getməyi, çətinliyə dözməyi bacarırmı? 

5) Borca əməl etmək onun daxili istəyindən irəli gəlir, yoxsa 

vərdişdirmi? 

Təlim-tərbiyə müəssisələri, kollektivlər tərbiyənin bütün metod və vasitələrindən 

istifadə  edərək  cəmiyyət  üçün  öz  əxlaqi  borcunu  hərtərəfli  dərk  edən  gənclər 

yetişdirməlidirlər. 




Yüklə 356,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə