Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ



Yüklə 94,03 Kb.
səhifə9/9
tarix19.04.2023
ölçüsü94,03 Kb.
#106297
1   2   3   4   5   6   7   8   9
Adi və kütləvi qırğın silahları

NƏTİCƏ
Beləliklə, Kütləvi qırğın silahlarının (kimyəvi, bioloji, radioloji və ya nüvə) hücum təhlükəsi müasir hərbi əməliyyat aparan hər bir komandiri narahat edir. Beynəlxalq müqavilələrdə bu cür silahların istifadəsinin mümkünsüz görünə biləcəyi təqdirdə belə bu vəziyyətlə qarşılaşmaq mümkündür. Bu narahatlığın ciddi əsasları mövcuddur, çünki qoşunlar hazırlıqlı olmadıqda və və lazımi şəkildə təchiz edilmədikdə, bu, böyük itkilərə səbəb ola bilər və hərbi əməliyyatın gedişatını ciddi şəkildə poza bilər. Kütləvi qırğın silahlarının (KQS) növlərindən hesab edilən kimyəvi silah (KS) son zamanlar Suriyadakı münaqişə də daxil olmaqla, bir neçə münaqişədə açıq istifadəsi səbəbiylə bəlli bir məşhurluq qazandı. 1980-1988-ci illərdə İran-İraq müharibəsində İraq bəşəriyyətə qarşı amansız cinayətə çevrilən kimyəvi silahdan istifadə etdi. Hücuma məruz qalan iranlılar buna hazır deyildilər və onlar xüsusi kimyəvi mühafizə vasitələri ilə təchiz olunmurdular.
Ümumiyyətlə, kimyəvi silahdan istifadə edilən hücumlar, bir qayda olaraq, taktiki xarakter daşımır, burada əsas məqsəd düşmən qüvvələr arasında qorxu və dəhşət yaymaqdan ibarətdir. Lakin kimyəvi silah istifadəsinin tarixini təhlil etsək, bunun nadir hallarda, xüsusən də təlim keçmiş müasir qoşunlara qarşı istifadə edildiyi zaman həlledici hərbi əhəmiyyətə malik olduğu qənaətinə gələ bilərik. Kimyəvi silahların o qədər də qətiyyətli olmadığını düşünsək belə, kimyəvi döyüş və ya bioloji vasitələrdən qorunmağa hazırlaşmaq üçün lazımi tədbirlərin görülməsinin özü əsgərlərin vəzifələrini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərir. Kimyəvi hücum zamanı hər bir hərbçi onun təsirindən qorunmaq üçün dərhal lazımi qoruyucu vasitələri geyinərək reaksiya verməlidir. Bunun üçün ona bir neçə saniyə zaman verilir. Bu o deməkdir ki, hərbi qulluqçular daim özü ilə əleyhqaz və kimyəvi qoruma üçün xüsusi bir kostyum gəzdirməlidir. Ətraf mühitin yüksək temperaturu şəraitində, fiziki yük olmadan belə, şəxsi heyətin bədən hərarətinin artması ehtimalı çox böyükdür. Uzun illər ərzində personalın fərdi kimyəvi mühafizəsi keçilməz materiallardan hazırlanan xarici qoruyucu geyimlər, əleyhqaz və ya respirator geyməklə təmin edilirdi. 
İstifadə olunmuş ədəbiyyat siyahısı
1. H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (dərs vəsaiti). Bakı – 2010.
2. H.О.Оcаqov «Мülki müdafiə (Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi). Bakı-2010.
3. H.O.Ocaqov Zəhərli maddələr və onlardan mühafizə (dərs vəsaiti) Bakı – 1998.
Yüklə 94,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə