Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


III FƏSİL OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ MƏNƏVİ MƏDƏNİYYƏT LEKSİKASININ YARANMA ÜSULLARI



Yüklə 311,65 Kb.
səhifə27/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

III FƏSİL
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ MƏNƏVİ MƏDƏNİYYƏT LEKSİKASININ YARANMA ÜSULLARI


Müstəqillik dövründən başlayaraq oğuz qrupu türk dillərinin bəzilərinin (Azərbaycan, türkmən, qaqauz) lüğət tərkibində dəyişikliklər baş verdi. Artıq dilin öz daxili imkanları hesabına yeni sözlər yaranmağa başladı. Bu proses də müxtəlif üsullarla həyata keçirildi: kalka yolu ilə dildə olan qeyri-türk sözlərin türk sözləri ilə əvəzlənməsi; qonşu türk dillərindən sözlərin alınması; qədim türkcədən istifadə və s. Bununla bərabər, dillərin leksik qatının zənginləşməsinin əsas hissəsini yenə də elm və texnikanın inkişafı, xalqlar arasındakı yeni iqtisadi, siyasi, mədəni sahələrin və əlaqələrin yaranması nəticəsində Hind-Avropa mənşəli yüzlərlə yeni sözün dilə daxil olması təşkil edir. Oğuz qrupu türk dillərində eyni fonetik tərkibli, eyni semantik yükü daşıyan leksik vahidlərin olması məhz eyni sosiolinqvistik şərtlərlə bərabər, dil-danışıq arealından da asılıdır. Qeyd etdiyimiz amillər dil-nitq vahidlərinin və digər ünsiyyət vasitələrinin çoxmənalılığının, sinonimliyinin, omonimliyinin, antonimliyinin inkişafına və həmin dillər arasında işlənilmə potensialının genişlənməsinə gətirib çıxarır.


3.1. Leksik-qrammatik sözdüzәltmә


Dilin ən sürətlə dəyişən bölməsi hesab olunan leksika dildaxili və dilxarici amillərin təsiri nəticəsində daim inkişaf edir. Qohum türk dilləri ilə, o cümlədən də qohum olmayan digər dillərlə siyasi, iqtisadi cəhətdən əlaqələrin olması dilin leksik qatının zənginləşməsinə gətirib çıxarmışdır.Oğuz qrupu türk dillərində mənəvi mədəniyyət leksikasının formalaşması tarixi, təbii ki, qədim dövrlərə təsadüf edir. Tədqiqat zamanı dilin bu semantik qrupuna daxil olan terminləri yaranma üsuluna görə (1) leksik-semantik; 2) morfoloji; 3) sintaktik) və tematik qruplarına görə (toyla,doğuşla, yasla, dini-inancla, bayramla, bayram və ya müəyyən mərasimlərlə bağlı rəqs və mahnı adları ilə) qruplaşdırdıq. Dilin daimi inkişafını təmin edən sözyaratma prosesi lüğət tərkibinin zənginləşməsində mühim amillərdən biridir. Demək olar ki, sözyaratma prosesi dilin bütün qatlarında intensivliyi ilə səciyyələnir.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə