Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Oğuz qrupu türk dillərində dini və mövsimi bayramlarla bağlı ortaq leksik vahidlərin adlanması



Yüklə 311,65 Kb.
səhifə25/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   21   22   23   24   25   26   27   28   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

2.4.1. Oğuz qrupu türk dillərində dini və mövsimi bayramlarla bağlı ortaq leksik vahidlərin adlanması


Qurban mərasimləri forma olaraq azacıq dəyişsə də, nəsildən nəsilə keçərək müasir oğuz qrupu türk dillərində hələ də yerinə yetirilməkdədir. Qədim türklər Tanrıdan diləklərinin yerinə yetməsi üçün qurbanlar kəsirdilər: “...atdan ayğır dəvədən buğra koyundan koç öldürgil...”[136,s.5]. İslam dininin türk xalqlarına gəlişi qurban mərasimlərinin ibtidai formasının dəyişilməsi və yeni islami səciyyə daşımasına vəsilə olmuşdur. Oğuz qrupu türk xalqlarının islam inancında iki əsas bayram qeyd olunur: Qurban bayramı və Ramazan bayramı. Dini baxımdan Qurban bayramı “eydül-əzha//eydi-əkbər//eydi-kəbir”, Ramazan bayramı isə “eydül-fitrə//eydi-fətr” adlanır (qaqauz dilini çıxmaq şərti ilə). “Eyd” sözü ərəb dilində “bayram”[53, s.138], “əkbər” “ən böyük, ulu”[53, s.154], “kəbir” isə “böyük”, “mühüm”,“ciddi”[53, s.342] deməkdir. Yəni Qurban bayramı dini baxımdan ən böyük bayram hesab olunur və İbrahim peyğəmbərin adı ilə bağlıdır. Məhz buna görə, bu qurbana “İsmayıl qurbanı”, “İsmayıl bayramı” da deyilir”: “Şimdi adım Yunusdurur, ol dəmdə İsmayıl idi, Ol dost içün Ərəfata qurban olub çıqan bənəm”[31, s.80]. S. Nişanyan “qurban” sözünün “Tanrıya sunulan adak”, “yaxın olma, yaxınlaşmaq”, “hediyyə vermək, adak sunmaq” mənalarını vurğulayır və “qrb” kökünün sami dillərində ortaq xüsusiyyət daşıdığını, bu sözün “hədiyyə, adak” mənalarının İbrani dilinə məxsus olduğunu söyləyir[202, s.499]. A. B.Ercilasunun rəhbərliyi ilə hazırlanmış “Karşılaştırmalı türk lehçeleri sözlüğü” əsərində “qurban” sözü kiçik səs dəyişikliyi ilə “korban” (başqırd), “kurbandık” (qazax), “kurmandık” (qırğız), “gurban” (türkm.), “kurbanlik” (özbək) şəklində bir sıra türk dillərində işləndiyi göstərilmişdir[170, s.516-517]. F.Devellioğlu “qurban” sözünün “Allahın rızasını/razılığını qazanmağa vasitə olan şey”,“əti kasıba pulsuz olaraq paylanılmaq niyyəti ilə fərz, vacib qurbət və ya sünnət olaraq kəsilən (qoyun, keçi, sığır, dəvə... kimi) heyvan”, “bir qayə uğrunda fəda olma” kimi mənalar ifadə etdiyini qeyd edir[132, s.665]. “Qurban” türkmən dilində “Allah//Huda yolunda mal fəda edilən, xalq üçün vacib adət” və “nəyinsə uğrunda verilən can” mənalarında işlənir: “Meni qurban berenin üçin, hiç gamğın bolmağın”[97, s.545]. Göstərilən mənalardan belə qənaətə gəlmək olur ki, “qurban” insanı Allaha yaxınlaşdıran başlıca vasitədir. Oğuz qrupu türk dillərində qurban kəsilən yeri “qurbangah” adlandırırlar. Bildiyimiz kimi “qurban” ərəb dilindən keçib “bir niyyət üçün kəsilən heyvan” və “bir yolda fəda olma”(m), “gah” isə fars sözü olub “yer, məkan”,“zaman, çağ” mənalarını ifadə edir.“Gah” hazırda müasir Azərbaycan dilində yalnız şəkilçi funksiyası yerinə yetirir. “-gah” şəkilçisi tarixən zəifləməyə doğru inkişaf etmişdir. XIX əsrə nisbətən XX əsrin əvvəllərindən etibarən daha da passivləşmişdir. Fonetik cəhətdən dəyişərək, -gə (düşərgə) tərzində ədəbi dilə keçmişdir” [74, s.68]. Qurbangah kimi seçilən yerlər müqəddəs sayılan qəbirlər, ocaqlar, pirlər, məscidlər hesab olunur: “Bana peyvəstə qaşunı çü gösdərür şəha hüsnün, Gəl imdi bayram idəlüm hilalünlə çü qurbanam”[55, s.168].
Müsəlman türklər üçün ikinci böyük bayram hesab olunan Ramazan bayramı bir ay boyunca Allah üçün tutulan orucdan sonra verilən bir “iftar ziyafəti” hökmündədir və ona “iftar//fitr bayramı”da deyirlər[24, s.31]. “Ramazan//Rəməzanərəb qəməri təqviminin doqquzuncu ayı, orucluq ayı[54, s.234], “fitr” də ərəb sözü olub “orucdan çıxma, orucu qurtarma”[53, s.202] deməkdir. Müsəlmanların fikrincə, Allah “Qurani-Kərim”i məhz Ramazan ayında nazil etmişdir. Bir sıra türk xalqlarının lüğət fondunda bu bayram “ramazan” (başq.), “oraza” (qaz.),“orozo//ramazan” (qırğ), “remezan” (türkm.), “ramizan” (uyğ) şəklindəişlənir: “Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda” (M.Ə.Sabir), “Akar suvda içme yok, Bu aydır oraza ayı”(Çarı Aşır). Ərəb dilində “oruc açma// orucu açarkən yeyilən yemək”, “orucu açma vaxtı, orucluqda günbatan vaxt” [54, s.297] mənalarını ifadə edən “iftar”sözü türk dillərinin lüğət tərkibində müxtəlif leksik vahidlərlə işlənmişdir: “avız, asıv” (başq.), “avız aşuv” (qazax), “öz açu”, “iftar” (Azərb, Türkiyə, özbək), “avız açu” (tatar), “ağzaçar” (türkm.), “iptar” (uyğur) [170, s.370-371]. Göründüyü kimi, “iftar” günün müəyyən hissəsində heç bir qida və sudan istifadə etməyən insanların “ağzının açılması”, yəni “yeməyə başlaması” kimi başa düşülür. “Fitr” bayramına“Eydül-Əsgər” də deyilir”[30, s.158]. “Əsgər//əsğər” sözü ərəb dilində “ən kiçik”,“daha kiçik”,“(ən) kiçik oğul” mənalarını ifadə edir[53, s.174]. Əvvəldə qeyd edilmişdir ki, Qurban bayramı müsəlmanlar üçün “böyük bayram” hesab olunur. Onunla müqayisədə Ramazan bayramı da “kiçik bayram” adlanır. Oğuz qrupu türk dillərində bu bayramla bağlı olan “oruc”, “fitrə”, “imsaq//k”, “leylət əl qədr// qədr gecəsi”(tale gecəsi) kimi ifadələrin geniş işlənmə tezliyinə malik olduğunu görmək mümkündür: “Dine danıp eziz halkın kellesin, “İşanlara pitre ber” eden kanun”(N. Pomma), ““Leylətül-qədr”i tanrı özü seçib, bəyənib, Haman gecə işləmir şeytanın əməlləri. Əgər bilmək istəsən nədir bu “Leylətül-qədr” Gərək ki, açıq gözlə sən açasan səhəri”(M.Nəmdar).
İslam dini ilə bağlı olaraq türk dillərinin lüğət tərkibinə daxil olan “oruc” leksemi kiçik fonetik fərqlə əksər türk dillərində işlənir: Azərb. “oruc”, Türk. “oruç”, başq. “uraza”, qazax. “oraza”, özb. “roza” [170, s.664]və s. Ş.Təkinin fikrincə, “oruç” ifadəsi orta farscadakı “Roçag” kəlməsindən yaranmışdır. Daha sonralar “roze” formasını alaraq Qaraxanlı dilinə keçmişdir. Ancaq oğuz qrupu türk dillərində “oruç” fərqli bir dəyişimə uğrayaraq ç hərfinin mövcudiyyətini qoruyaraq “Oroçe” şəklini almışdır. Oğuz qrupu türk dillərində sözün ikinci hecasında o saitinin işlənməməsi bu leksemin “oruç” şəklini almasına səbəb olmuşdur[207, s.40-41]. Qıpçaq türkcəsində fars dilindən keçən “oroz//roz” ifadəsi “bəxt”, “tale”, “qismət” mənalarında işlənmişdir [173, s.219]. Qədim türkcədə bu mənanı ifadə etmək üçün “baçağ//baçak”[83, s.80] terminindən istifadə olunmuşdur. “Baçağ” sözü “oturmak” sözü ilə birgə işlənərək “oruc tutmaq” mənasını ifadə edir[127, s.30]. M.Kaşğari bu leksik vahidin türk dillərində yalnız “xristianların orucu” mənasında işlədildiyini vurğulayır [47,s.411]: “olurup baçağ baç [ap: t(e)nri] (oturub oruc tutub Tanrı) ”[Xuast.3].
Müasir oğuz qrupu türk dillərinin lüğət tərkibindəfəsillərlə bağlı olan bayram, mərasim, ayin adlarının geniş şəkildə işləndiyini görmək mümkündür. Qış fəsli ilə bağlı olaraq türklər “Kövsəc” və“Səddə” bayramlarını qeyd edirlər. “Kövsəc” bayramını, əsasən, noyabr ayında keçirirlər. “Səddə” bayramı Novruza əlli gün qalmış keçirilir.
Türk toplumunda qış fəslinin sona çatması, bahar fəslinin gəlişi münasibəti ilə keçirilən bayramlar, mərasimlər Hızır//Hıdır inancı ilə bağlıdır. Bu mərasim insanların Hızırdan dilədikləri diləklərin yerinə yetməsi üçün həyata keçirdikləri bir sıra ayinləri özündə ehtiva edir. Bəzi tədqiqatçılar Hıdır//Hızır sözünü ərəbcə“Əl-Hıdır” sözündən yarandığını söyləyirlər. ““Hıdır” kəliməsi ərəb dilində “yaşıl”, “yaşıllıq”, “yaşıllığı çox olan yer” mənasını ifadə edən“Əl-Ahdar” sözünün fonetik cəhətdən dəyişilmiş formasıdır. Bəzi qaynaqlarda “Əl Hıdır/ Əl-Hadr” şəklində yer alan “Əl-Hadır” türklər arasında “Hızır” ya da “Hıdır” formasında işlənməkdədir” [179, s.60]. İslam inancında Hızır Tanrı tərəfindən müsəlmanlığı qorumaqla mükəlləf olan, istədiyi yerdə və istədiyi zamanda, heç gözlənilmədiyi halda, köməyə möhtac insanların köməyinə çatan ulu, müqəddəs şəxsiyyətdir. Türk insanının zehnində Hızır, Hızır-Nəbi, Hızır-İlyas, Hıdrellez, Kıdır kimi ifadə olunan Hızır kultu və bu kult çevrəsində təşəkkül edib yaşamağa hələ də davam edən bir adət mövcuddur. Bu inanc leksik vahid kimi kiçik fonetik dəyişikliyə uğrasa da, daşıdığı semantika əksər türk xalqlarında eyniyyət daşıyır: “Kıdır”(Altay, qırğız), “Kızır”(qazax), “Xıdır” (Azərbaycan), “Ederlez”(qaqauz), “Kıdırlez”(Krım türkləri) və s. Hızır mərasiminin keçirildiyi günə Ruzi-Hızır və ya Hıdrellez deyilir: “Xətti bimislihi sanasın Xızrdur anun”[10, s.73]. Bu mərasimin Hıdrellez adlanması xalq inanclarında abi-həyat (dirilik suyu) içərək ölümsüzlük qazanan Hızır ilə dənizlərin piri-sahibi hesab olunan İlyasın beş mayı altı maya bağlayan gecənin sabahında dənizlə quru arasında bir nöqtədə görüşəcəkləri düşüncəsindən yaranmışdır. “Xızır” sözü mənşə etibari ilə türk dillərinə mənsubdur: sözün tərkibi xızır hissələrindən ibarətdir. İlk kök olan xız//xuz türl dillərinin bir çoxunda çoxmənalı söz kimi qeyd edilmişdir [42,s. 131]. Xıdırla//Hızırla bağlı inancın ən gözəl örnəklərini xalqın həyat və düşüncə tərzini özündə əks etdirən atalar sözlərində, folklor nümunələrində görə bilərik: “Hər gecəyi Kadir, hər gələni Hızır bil”, “Kul sıkışmayınca, Hızır yetişməz”, “Hızır kimi yetişdi” və s.
Qaqauz türkləri “Hıdırellez” bayramını türk dinlindən alınmış “Ederlez//Hederlez”//“Kasım”la yanaşı, bulqar dili vasitəsilə urum dilindən aldığı “Aya Gorgi”//“Örgi”//“Sveti Görgi” kimi adlarla da adlandırırlar. Bayramın adlarından biri kimi işlənən “Kasım” sözü ərəb sözü olub “bölən, bölüşdürən, bölücü”[53, s.367] mənasını ifadə edir. Qaqauzların fikrincə, “Kasım// Ederlez” bayramı ili iki yerə bölür. Müsəlman türklərinin müqəddəs hesab etdikləri ilah-insanlar (Hıdır vəİlyas) qaqauzlarda müqəddəs Saint Georges ilə qarşılaşdırılır. Qaqauzlar da bu bayramı may ayında qeyd edirlər. Qaqauzların əksəriyyəti bu bayramı “Aya Georgi” adlandırsa da, “Hederlez” adı da geniş şəkildə işlənir. Qeyd etmək lazımdır ki, qaqauz təqvimində may ayının “maiz”, “kələbək” adı ilə yanaşı “(H)ederlez” adının da işləndiyini görmək mümkündür[149, s.16]. Qaqauz tədqiqatçısı E.Soroçanu“Hıdırellez” bayramında su tanrısı kimi qeyd olunan “İlyas”ın adının türk mənşəli olduğunu və “ilk yaz” sözündən yarandığını qeyd edir(ilkyaz>Ilyaz>Ilyas)[200, s.73].
Türk xalqlarının ortaq yaz bayramlarından biri də Novruz bayramıdır. Müxtəlif türk boylarında təbiətin yenidən oyanışını, əkinçilik fəaliyyətlərinin başlanğıcını “Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu və s. də deyilmişdir. Türkiyədə xalq içində Novruza“Gündönümü” və ya “yılbaşı” deyilmişdir”. Bəzi türk boylarında 21 Mart bayramına “Ergenen gün”, “Gül Gardon”, “Bayşeşek”,“Ulustın uli künü”, “Yengi gün”, “Canı Cıl” kimi adlar verilmişdir [148, s.10]. “Novruz” sözünün hərfi mənasıfarsca “yeni gün” (nou-yeni, ruz-gün) deməkdir. Bu bayram kiçik fonetik dəyişikliklə bir sıra türk xalqlarının lüğət tərkibində işlənmişdir:“Novruz //Noruz”(Azərbaycan),“Nooruz”(qırğız), “Növroz” (özbək), “Nevruz” (başqırd), “Navruz” (tatar), “Naurus” (çuvaş), “Nevrez” (Krım türkcəsində), “Babu marta”-kürklü marta (qaqauz) və s. Qədim türk yazılı abidələrində “Novruz” sözünə ilk dəfə XI əsrdə M.Kaşğarinin “DLT”də “en-neyruz” şəklində rast gəlinir. “DLT”də bu söz üçün ayrıca bir maddə ayrılmamış, “pars”(qaplan) maddəsində izah verilmişdir. M. Kaşğari “pars” sözünün türklər arasında iki məna-“yırtıcı heyvan”, “türklərin on iki ilindən biri”ifadə etdiyini və “novruz” sözünün məhz ikinci mənada izahını vermişdir. XIII-XIV əsr abidəsi hesab olunan “İbn Mühənna lüğəti”nin türkcə bölümündə “yeni kün” kəlməsinin qarşılığı “nevruz” kimi verilmişdir[45,s.89]. Bu da orta əsrlərdə türklərin məişətdə “yeni ilin başlanğıcı” mənasında fars mənşəli “novruz” sözündən deyil, türk mənşəli “yeni kün”ifadəsindən istifadə etdiklərini göstərir. XIV-XV əsr Azərbaycan yazılı abidələrinin dilindəisə“bahar bayramı”mənasında“novruz” sözünün daha çox işləndiyini görmək olur: “Gəldi novruzü baharü eydü dövrü-dustkam”[36, s.85]; “Mövsimi-novruzü neysan aşikar oldu yenə” [78, s.37], “Məgər novruz gəlmişdür müsəvvər”[55, s.81]. Bəzi tədqiqatçılar Novruz bayramını dini bayram (Atəşpərəstlik-Y.V.Çəmənzəminli) kimi səciyyələndirir, bəziləri isə (M.Təhmasib, M.Seyidov və s.) heç bir dinlə əlaqəsinin olmadığını, yalnız qədim türklərin etnik mifoloji düşüncəsinin məhsulu olduğunu qeyd edirlər.
Novruz bayramı ilə bağlı keçirilən dörd-əsas çərşənbə Azərbaycan türkləri arasında müxtəlif adlarla adlanmışdı: I-“Əzəl çərşənbə”,“Müjdəçi çərşənbə”, “Muştuluqçu çərşənbə”, “Toz çərşənbə”, “Yel çərşənbə”; II- “Kül çərşənbə”, “Külə çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu”; III- “Gül çərşənbə”, “Torpaq çərşənbə”, “Yer çərşənbə”, “Ölü çərşənbəsi”, “Ata-baba günü çərşənbəsi”; IV- “İlaxır çərşənbə”[79, s.16]. Bayram ayındakı dörd həftənin hər çərşənbəsində təbiətdə müəyyən dəyişikliklər baş verir. Azərbaycan dilinin Naxçıvan şivəsində bu dəyişikliklər “cəlimə//cəmlə” adlanır[56, s.16]. “Cəlimə//cəlmə” ərəb mənşəli “cəmrə” (köz, isti, yanmış kömür parçası) sözünün fonetik cəhətdən dəyişilmiş forması olub, “isti, ilıq nəfəs” anlamına gəlir. Cənub-şərqi türkmənlər iki Novruz keçirirlər: heyvandarlıqla bağlı “Çava Novruzu”, əkinçiliklə bağlı “Yupek Novruzu”. Novruz bayramında, xüsusən, ilaxır çərşənbəgünündə oğuz türkləri müəyyən mərasimlər, ayinlər, adətlər yerinə yetirir, müxtəlif tamaşalar göstərir, mahnılar oxuyur və oyunlar oynayırlar: “Danatma” (dan+atmaq, yəni gözləmək, əsasən, cavanlar iştirak edir)[7, s.28], “Qurşaqsallama// şalsallama” və ya “papaqatma” [7, s.44], “Çilə”, “Günəşi çağırmaq”, “Hodu”[44, s.15]; “Ata-baba günü”,“Xıdırha Xıdır”(əcdad kultu ilə bağlı olaraq Naxçıvanda keçirilir)[44, s.16], “Üzüksalma”, “Tonqalçatma”, “Təkəçi”, “yumurtaboyama” mərasimləri; “Xanbəzəmə” tamaşası (Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla işlənir: “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s.) [7, s.29]; “Ağacqorxutma”, “Çömçəxatun”ayini [7, s.30], “Muncuqatdı” (türkm.) [100, s.174], “Kəndirbaz”, “Keçə papaq”(Tovuz); “Bajabaja” (Borçalı),“Təkləmə”, “Çömçəbaşı bəzəmə” [79, s.58], Atlı karınca”, “Bakla” (Kərkük türkm); “Çovkan”, “Kurt gezdirme” oyunu və s. “Axışta//haxışta//yathuşta–məhsul bayramı və başqa mərasimlər zamanı kütləvi şəkildə icra edilir. Leksik vahidi hovışda hissələrinə bölüb mənalandırmaq olar. Onovahidin I tərəfi olan hov türk-monqol dillərindəki obo//ovo ilə eyni kökdən hesab edilə bilər” [42,s.166]. “Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı”; “Yumurtanı göyçək, güllü boyardıq”(M.Şəhriyar), “Neçə bir eşq meydanında nəfs atın səgirtdürəm, Ya necə bir başumı top eyləyüb çovgan olam”(Y.Əmrə). Azərbaycan türkləri ilin bərəkətli, bol ruzili olması üçün ilaxır çərşənbə günündə müxtəlif yeməklə, şirniyyatla süfrəni bəzəyirlər və bu süfrəni “Löyün//ləvin//yeddilöyün/ /yeddiləvin// yeddisin” kimi adlarla adlandırırlar [5,31]. “Yeddilöyün” sözünün mənası “yeddi növ” deməkdir. Türkmənlər isə həmin gün “novruz köje”[100, s.174] adlanan ayin yeməyi və “semene” adlanan şirniyyat bişirirlər[153, s.188]. Kərkük (İraq) türkmənləri, demək olar ki, Novruz bayramı keçirmirlər, onun əvəzinə “İyd-əş-Şəcərə”adlanan bayram keçirirlər. Bu bayramın mənası “ağac əkmə” bayramıdır [82, s.71].



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə