Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Gəmidə yanğının söndürülməsinin təşkili, yanğının inkişafı nəzərə alınmaqla, yanğınsöndürmə planına müvafiq olaraq həyata keçirilməlidir. 6.2.26



Yüklə 2,46 Mb.
səhifə115/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   111   112   113   114   115   116   117   118   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

6.2.25 Gəmidə yanğının söndürülməsinin təşkili, yanğının inkişafı nəzərə alınmaqla, yanğınsöndürmə planına müvafiq olaraq həyata keçirilməlidir.
6.2.26 Kapitan, gəmidə yanğınla mübarizənin təxirəsalınmaz tədbiri kimi, aşağıdakıları həyata keçirməlidir:
- insanların həyatı (təxliyə yolları) üçün təhlükəli olan və ya təhlükə yarana biləcək, partlayış təhlükəsi olan, alovun yayılma intensivliyinin çoxalması ehtimalı olan otaqlarda və istiqamətlərdə, stasionar suvarma, suçiləyici və su pərdələri sistemlərini işə salmalı, digər stasionar yanğınsöndürmə və yanğına qarşı vasitələri hazır vəziyyətə gətirməli;
- dərhal yanğın mənbəyini germetikləşdirməli, qəza baş vermiş şöbənin ventilyasiyasının işini saxlamalı, alov və tüstünün yayılmasının qarşısını almağa imkan verən digər tədbirləri görməli, bütün fəaliyyəti yanğın mənbəyinin lokallaşdırılması və ləğvi istiqamətində cəmləşdirməli;
- yanğın olan zonaya elektrik enerjisinin verilməsini dayandırmalı;
- maddi sərvətlərin, yüklərin yanğından mühafizəsi üzrə tədbirlər görməli;
- yanğının ləğvi və gəminin dayanıqlığı uğrunda mübarizə tədbirləri ilə əlaqəsi olmayan bütün işləri dayandırmalı;
- yanğının söndürülməsində iştirak edən insanların, yanğının təhlükəli faktorlarından (konstruksiyaların qırılıb düşən hissələrindən, yanma məhsullarının, tüstünün toksiki təsirindən və s.), elektrik cərəyanının vurduğu zədələrdən, tətbiq olunan yanğınsöndürmə vasitələrinin (xladonlar, karbon qazı, buxar və s.) əlverişsiz təsirindən, mühafizəsini və təhlükəsizliyini təmin etməli. Buxarın, təsirsiz (inert) qazların, karbon qazının, xladonların həcmi söndürmə zamanı verilməsindən və eyni zamanda şöbələrdə, otaqlarda işıqlandırmanın söndürülməsindən əvvəl, orada insanların qalmadığına əmin olmalı;
- yanğın söndürüləndən sonra, onun yaranması səbəblərini müəyyən etmək üçün tədbirlər görməli.
6.2.27 Sərnişinlərin xilas edilməsinə (təhlükəli zonadan təxliyə olunmasına) təxirə salınmaz tədbir kimi baxılmalı və bu iş yanğınla mübarizə üzrə əsas fəaliyyətlə eyni zamanda təşkil olunmalıdır.
İnsanların və gəminin məhvinə gətirib çıxara bilən vəziyyət yarandığı halda, eyni zamanda insanları xilas etmək və həm də yanğının söndürülməsi üçün güc və vasitələr çatışmadığı halda, qəza dəstələrinin (qruplarının) bütün şəxsi heyəti insanları xilas etməklə məşğul olmalıdır.
6.3 Gəminin yanğına qarşı müdafiəsinin konstruktiv elementlərinin , yanğınsöndürmə sisteminin və yanğın xəbərdaretmə vasitələrinin, yanğınsöndürmə avadanlığının və təminatının daima hazır vəziyyətdə saxlanılması


6.3.1 Hər bir gəmi yanğına qarşı müdafiənin (mühafizənin) konstruktiv elementləri, yanğınsöndürmə və yanğın xəbərdaretmə (siqnalizasiya) vasitələri, eyni zamanda yanğına qarşı avadanlıq və təminatla təchiz olunmalıdır.
6.3.2. Gəmiqayırma (layihələndirmə) sənədlərində nəzərdə tutulmuş və yanğınla mübarizə üzrə təlim və məşqlər aparıldığı hallardan başqa, yanğına qarşı sistemlərin, avadanlıqların və əmlakın birbaşa təyinatı üzrə istifadə edilməməsi yol verilməzdir.
6.3.3 Yanğınaqarşı təminata daxil olan avadanlıqların və yanğınsöndürmə sistemlərinin, onları istehsal edən müəssisələrin istismar təlimatlarında göstərilmiş müddətlərə uyğun, təhkim olunduğu ekipaj üzvləri tərəfindən, gündəlik və dövri olaraq varlığı və istifadəyə hazırlığı yoxlanılmalıdır.
Yanğınsöndürmə qurğularında təzyiq və yanğınsöndürmə maddəsinin kütləsi, spesifikasiya göstəricilərindən 10% və ya daha çox aşağıdırsa, həmin qurğular yenidən doldurulmalıdır.
6.3.4 Komanda heyəti dövri olaraq baxışlar keçirərkən, gəminin yanğına qarşı vəziyyətini, yanğınsöndürmə vasitələrinin, o cümlədən izoləedici nəfəsalma aparatlarının sazlığını yoxlamalıdır. Yoxlamaların nəticələri, aşkar olunmuş qüsurları aradan qaldırmağa cavabdeh olan şəxslər də göstərilməklə, gəmi jurnalında qeyd edilməlidir.
6.3.5 Su yanğınsöndürmə sistemi, bu sistemin texniki sənədlərinə uyğun olaraq, dərhal fəaliyyət göstərmək üçün hazır vəziyyətdə saxlanılmalıdır. Bu sistem havanın temperaturu 00C aşağı olduqda belə açıq göyərtədə yerləşdirilmiş yanğın kranlarına suyun verilməsini təmin etməlidir.
6.3.6 Yanğın kranları yükləmə əməliyyatları zamanı və gəminin gündəlik istismarı şəraitində hər hansı zədələnmələrdən qorunmalı, onlara sərbəst (maneəsiz) yanaşma imkanı olmalı, onların quraşdırıldığı dolabların və digər yerlərin üzərində yaxşı seçilən rənglə «YK» (yanğın kranı) yazısı olmalıdır.
6.3.7 Yanğınsöndürmə şlanqları daima lülələrə, sərnişin gəmilərində isə həm də yanğın kranlarına birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğınsöndürmə şlanqları çarxa (makaraya) dolanmış halda saxlanılmalıdır.
Yanğın şlanqları hər iki tərəfdən (uclardan), birləşdirici başlıqlardan (qaykalardan) 1m aralı məsafədə markalanmalıdır (damğalanmalıdır). Markanın üzərində gəminin adı, nömrəsi, şlanqın istismara verildiyi il yazılmalıdır.
Şlanqlara dövri olaraq baxış keçirilməli və onlar hər il sınanılmalıdır. Şlanqlar, gəmi yanğın nasosunun yanğınsöndürmə sistemində yaratmağa qadir olduğu maksimal hidravlik təzyiqlə sınanılmalıdır.
6.3.8 Köpüklə söndürmə sistemində istifadə üçün, gəmiyə verilmiş köpükəmələgətiricinin keyfiyyətini təsdiq edən sənəd (sertifikat) olmalıdır. Köpükəmələgətiricini alaraq, gəmidə müvafiq tutuma tökdükdən sonra, onun keyfiyyətini yoxlamaq üçün laboratoriyaya göndərmək və arayış almaq lazımdır. Gələcəkdə köpükəmələgətiricinin keyfiyyəti ildə bir dəfədən gec olmayaraq yoxlanılmalıdır. Zəmanətli saxlama müddəti olan köpükəmələgətirici, bu müddət bitdikdən sonra və ya gəmidə onun saxlanılma şəraiti pozulduqda yoxlanılmalıdır. Bir köpükəmələgətirici digəri ilə əvəz edilməsi, eyni zamanda gəmi tutumunda olan köpükəmələgətirici ehtiyatının fərqli (başqa) köpükəmələgətirici ilə tamamlanmasına, yalnız bu köpükəmələgətiricilərin bir-biri ilə uyğunlaşma (yola getmə) xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir.
Köpükəmələgətirən ehtiyatı saxlanılan sahədə (yanğınsöndürmə stansiyasında), havanın temperaturu 00C aşağı olmamalıdır. Köpükəmələgətiricinin miqdarı bu tip gəmi üçün qəbul edilmiş normaya uyğun olmalıdır.
Dozatorlar və ya qarışdırıcılar, istər maşın şöbəsində, istərsə də göyərtədə köpüyün verilmə yerində, dərəcələnməli və həmişə saz vəziyyətdə olmalıdır.
Hava-köpük lülələri və ya köpük generatorları hazır qarışıq verilən kranların yaxınlığında yerləşdirilməlidir.
Qarışıq (çay – dəniz) tipli neftdaşıyan gəmilərin yük anbarları yerləşən zonasında, baş göyərtədə, köpük generatorları üçün uzunluğu 4m olan borular yerləşdirilməlidir.
6.3.9 Karbon qazlı söndürmə sistemlərində balonların klapanlarını açan qurğular və ya klapanların idarəetmə intiqalı (ötürücüsü) plomblanmalıdır (möhürlənməlidir). Stansiyaların içərisində havanın temperaturu 400C artıq olmamalıdır. Ayda bir dəfə sistem sıxılmış hava ilə üfürülməlidir.
Karbon qazlı söndürmə sisteminin istismar təlimatına uyğun olaraq, odsöndürücü tərkiblə dolu tutumların kütləsi çəkilməklə, akt tərtib olunur.
6.3.10 Həcmi maye söndürmə sisteminin doldurulmasını, xüsusi sahil bölmələri, doldurma haqqında akt və odsöndürücü tərkibin keyfiyyətini təsdiq edən sənəd verməklə həyata keçirirlər.
Sistemə xidməti həyata keçirərkən onun istismarı üzrə təlimatıni rəhbər tutmaq lazımdır.
6.3.11 Stasionar həcmi maye yanğınsöndürmə sistemi ilə təchiz olunmuş gəmilərdə, ekipaja sistemlə işləmə üsulları, odsöndürücü tərkibin toksiki xüsusiyyətləri və təhlükəsizlik tədbirləri barəsində məşğələlər keçirilməlidir. Yalnız cavabdeh şəxsin iştirakı ilə və əlavə olaraq təhlükəsizlik tədbirləri haqqında təlimatlandırıldıqdan sonra, stansiya olan otağa daxil olmağa və orada işləməyə icazə verilir.
6.3.12 Həcmi yanğınsöndürmə stansiyası yerləşən otaqda, yaxşı görünən yerdə işə salma qurğuları və qorunan otaqlar göstərilməklə, eyni zamanda sistemi işə salmaq üçün qısa təlimat da olan yanğınsöndürmə sisteminin sxemi olmalıdır.
6.3.13 Yanğınsöndürmə təminatına daxil olan avadanlıqlara, vasitələrə asan, sərbəst yanaşma imkanı olmalı və onlar dərhal istifadə etmək üçün hazır vəziyyətdə saxlanılmalıdır.
Yanğınsöndürmə təminatına daxil olan avadanlıqlar, vasitələr sıradan çıxdıqda yeniləri ilə əvəz olunmalı və ya işlək (saz) vəziyyətə gətirilməlidir.
6.3.14 Karbon qazlı odsöndürənlər saxlanılan otaqların temperaturu 550C, tozlu odsöndürənlər saxlanılan otaqların temperaturu 350C yuxarı olmamalıdır.
Köpüklü odsöndürənlər 00C aşağı olmayan temperaturda saxlanılmalıdır. Onların daha aşağı temperatur şəraitində saxlanılması üçün sulu məhlula (köpükəmələgətiriciyə) antifriz əlavə etmək lazımdır.
Doldurulmuş maddənin yararlılıq (saxlama) müddəti bitdikdə, yoxlamaların nəticəsi qeyri-qənaətbəxş olduqda, odsöndürənin yaxınlığında sızma nəticəsində xarakterik qoxu gəlirsə, bağlayıcı ventil, püsgürdücü nasazdırsa, odsöndürücünün gövdəsində dərin sıyrıntı, əzik olduğu halda dəyişdirilməlidir.
Karbon qazlı odsöndürənlərin yoxlama çəkilmələrini, doldurulmuş maddənin kütləsini və odsöndürənlərin yararlılığını təyin etmək məqsədi ilə aparılan işlər, onların pasportuna uyğun həyata keçirir və aktlaşdırırlar.
6.3.15 Hər bir kimyəvi köpüklü odsöndürənin dəstəyinə (qulpuna) birka asılmalıdır, orada odsöndürənin doldurulma tarixi və onu dolduranın soyadı göstərilməlidir.
Hər bir hava-köpük və tozlu odsöndürənin istehsalçı – zavod tərəfindən verilmiş formulyarı (pasportu) olmalıdır. orada aparılmış yoxlamalar barəsində qeydlər edilməlidir.
6.3.16 Hər bir gəmi, normalara uyğun qumla dolu qutular və çalovşəkilli bellərlə, sərbəst (maneəsiz) yanaşma imkanı olan metal lövhələrdə yerləşdirilmiş yanğın alətləri dəsti (yanğın baltası, ling, dəstəli qarmaq) ilə, açıq göyərtələrdə tutacaqlardan asılmış vəziyyətdə, qırmızı rəngə boyanmış və üzərində «Yanğın» sözü yazılmış, kifayət qədər uzunluqda ip (linğ) bağlanan vedrələrlə, eyni zamanda alovu söndürmək üçün örtüklərlə təchiz olunmalıdır.
6.3.17 Yanğınsöndürmə ləvazimatları dəsti istifadəyə hazır vəziyyətdə, xüsusi quru, qızdırılan, üst tikilidə yerləşən, bir qayda olaraq açıq göyərtədən ayrıca girişi olan otaqda saxlanılmalıdır.
Yanmış kostyumlar dəyişdirilməli və ya təlimlərdə istifadə olunmalıdır.
İzoləedici nəfəsalma aparatları, içərisi amortizasiyalı materialla üzlənmiş yuvaları (oyuqları) olan, xüsusi qutularda və ya stellajlarda, şaquli vəziyyətdə saxlanılmalıdır.
6.3.18 Suyun sahildən vurulmasında istifadə olunan beynəlxalq formalı (nümunəli) birləşmə, qırmızı rəngə boyanmış, üzərində «Beynəlxalq formalı (nümunəli) birləşmə» yazıları olan xüsusi qutuda, qəza dəstəsinin təminatı ilə birlikdə, sərbəst (maneəsiz) yanaşma imkanı olan yerdə saxlanılmalıdır.
6.3.19 Yanğın xəbərdaretmə (siqnalizasiya) vasitələrinin işinin yoxlanılması, gəminin elektrik avadanlığının texniki istismar tələbləri və normalarına müvafiq həyata keçirilməlidir.
Yanğın xəbərvericilərinə, yanğın amilinin təsiri istehsalçı – zavodun təlimatına uyğun yoxlanılmalıdır.
Yanğın xəbərvericilərinin yoxlanılması üçün açıq alov mənbələrindən istifadə etmək yol verilməzdir.
6.3.20 Təmir zamanı nasaz xəbərvericilər çıxarılmışsa, onda onların yerinə yeni xəbərvericilər quraşdırılmalıdır.
Təmir qurtardıqdan və yanğın xəbərdaretmə (siqnalizasiya) sistemi sazlandıqdan sonra, sınaqlar zamanı, elektrik enerjisi ilə təchiz etmə kəsildikdə, ventilyator nasaz olduqda (yanğının tüstü-siqnal sistemi ilə aşkarlanması halında) və digər hallarda, səs və optik siqnalların işləməsi yoxlanılmalıdır.
6.3.21 Qaz yanğınsöndürmə sisteminin işə salınmasını xəbərdar edən siqnalizasiyanın yoxlanılmasını, bu sistemin profilaktiki baxışları ilə birlikdə, ayda bir dəfədən gec olmayaraq həyata keçirmək lazımdır.
6.3.22 Yanğın və xəbərdaretmə siqnalizasiyası daima işlək (qoşulmuş) vəziyyətdə olmalıdır. Bu sistemlərin qida mənbələrindən açılması və ya onların qida mənbələrinin dəyişdirilməsi yalnız gəmi kapitanının yazılı ərizəsi əsasında həyata keçirilməlidir.
Yanğın xəbərdaretmə stansiyasının işə salınmış (qoşulmuş) vəziyyətdə olmasını, növbə rəisi, növbəni qəbul edərkən yoxlamalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə