Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Kanalizasiyaya atılan drenaj sularının tərkibində neft və neft məhsulları olmamalıdır. Durulducudan drenaj suyu bağlı üsulla axıdılmalıdır. 7.6.4



Yüklə 2,46 Mb.
səhifə123/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   119   120   121   122   123   124   125   126   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.6.3 Kanalizasiyaya atılan drenaj sularının tərkibində neft və neft məhsulları olmamalıdır. Durulducudan drenaj suyu bağlı üsulla axıdılmalıdır.
7.6.4 Yanar tərkibli suspenziyaların ayrılması üçün istifadə olunan sentrifuqaların qapaqları ötürücü ilə elə birləşdirilməlidir ki, qapaq açıq vəziyyətdə olduqda barabanın işə düşməsi mümkün olmasın.
7.6.5 Sentrifuqa işləyən zaman onun normadan artıq yüklənməsinə yol verilməməlidir. Sentrifuqanın podşipniklərinin gövdəsinin qızdırılma temperaturu müəyyən olunmuş normadan artıq olmamalıdır.
İş qurtardıqdan sonra sentrifuqa yuyulmalı, buxara verilməli və bayır tərəfdən təmizlənməlidir.
7.6.6 Havanın sorulmasının qarşısını almaq üçün yanar qazların təmizlənməsi üçün istifadə olunan elektrik süzgəclər kiçik izafi təzyiqlə işləməlidirlər. Hər bir halda qazın tərkibində oksigenin miqdarı müəyyən edilməli və təlimatda qeyd olunmalıdır.
Qazın tərkibində oksigenin miqdarı artdıqda süzgəcin işi dayandırılmalı, səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır.
7.6.7 Elektrik süzgəclərinə daxil olan qazların temperaturu 200-2500 C- dən yüksək olmamalıdır. Bu temperatur qiymətinin təmin edilməsi üçün qazlar elektrik süzgəclərinə daxil olmazdan əvvəl nəmləndirmə üsulu ilə soyudulmalıdırlar.
7.7 ELOU qurğuları (elektroduzsuzlaşdırma qurğuları)


7.7.1 Elektrik dehidratorunu neftlə doldurandan sonra, gərginliyi verməzdən əvvəl orada yığılmış qazlar və buxarlar qaz-hava borusu ilə bağlı sistemə atılmalıdır.
7.7.2 Elektrik avadanlıqları, elektrik naqilləri və kabellər PUG-nin (Pravila ustroystva glektroustanovok) tələblərinə cavab verməli və saz vəziyyətdə saxlanılmalıdır.
7.7.3 Keçid izolyatorları, armaturlar, borular saz vəziyyətdə saxlanılmalıdır.
7.7.4 Elektrik dehidratorunun yuxarı hissəsindəki boru kəmərlərinin və flans birləşmələ-rinin vəziyyətinə texnoloji heyyət tərəfindən nəzarət olunmalıdır. Elektrik dehidratorun yuxarı hissəsində və yüksək gərginlik olan hissələrində məhsul sızması aşkar olduqda, elektrik enerji-sinin verimi dayandırılmalıdır.
7.7.5 Elektrik dehidratorlar aparatda neftin səviyəsinin düşməsi zamanı gərginliyi kəsən qurğu ilə təchiz edilməlidir.
Elektrik dehidratorun iş rejimi pozulduqda o, digər işləyən qurğulardan ayrılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə