Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İstilikdəyişdiricilərin borularından və boruarası fəzasından yanar maddələrin boşaldılmasına yalnız onun soyudulmasından sonra yol verilir. 7.3.7



Yüklə 2,46 Mb.
səhifə121/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   117   118   119   120   121   122   123   124   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.3.6 İstilikdəyişdiricilərin borularından və boruarası fəzasından yanar maddələrin boşaldılmasına yalnız onun soyudulmasından sonra yol verilir.
7.3.7 Parafinli və yaxud özlü neft məhsulları soyudulan soyuducunun ilanvari borusu yüngül neft məhsulu ilə (məsələn, solyar distillyatı ilə) yuyulduqdan və buxara verildikdən sonra açıla bilər.
7.3.8 İstilikdəyişdiriciləri və isidici cihazları həlledicilərlə yuduqdan sonra aparatlar su ilə yuyulmalı və yaxud buxara verilməlidirlər.
7.3.9 Hava ilə soyuducu aparatların borularından kipliyin pozulması nəticəsində neft məhsullarının sızması baş verdikdə, ventilyatorun çəpərləyici hissələrində nasazlıq olduqda, ventilyatorda titrəyiş əmələ gəldikdə bu aparatların istismarı qadağandır.
7.3.10 Hava ilə soyuducu aparatlar yanğın baş verməsi halları üçün aparatın işini dayandıran və operator otağından məsafədən idarə olunan cihazla təchiz olunmalıdır.


7.4 Kolon tipli aparatlar


7.4.1 Rektifikasiya kolonlarının rejimə salınması texnoloji reqlamentdə göstərilən ardıcıllıqla həyata keçirilməlidir.
7.4.2 Operator otağında yerləşən lövhənin üzərindəki nəzarət-ölçü cihazlarının göstəriciləri kolonların üzərində quraşdırılan təkrar ölçü əməliyyatları aparan cihazlarla mütəmadi olaraq yoxlanılmalıdır.
7.4.3 Qaynar buxarla distilə prosesi aparıldıqda buxar rektifikasiya kolonuna kolon kifayət qədər qızdırıldıqdan və kondensat buxar kəmərlərindən boşaldıldıqdan sonra verilməlidir. Rektifikasiya kolonunun buxar xətti üzərində quraşdırılan əks klapan saz vəziyyətdə saxlanılmalıdır.
7.4.4 Suyu qabaqçadan boşaldmamış kolonun suvarma tutumundan suvarılması qadağandır.
7.4.5 Kolonlarda mayenin səviyyəsini ölçmək üçün ölçü şüşələrindən istifadə etmək qadağandır. Kolonda mayenin səviyəsini ölçən vasitələr yanğın baxımından təhlükəsiz olmalıdır.
7.4.6 Polimerləşən mayelərin təkrar distilə edilməsi zamanı kolonda polimerin əmələ gəlməsinə və çökməsinə qarşı tədbirlər görülməli və mütəmadi olaraq çöküntülər təmizlənməlidir. Kolonların təmizlənməsi qaydası və vaxtaşırlığı texnoloji reqlamentdə və yaxud sex təlimatında göstərilməlidir.
7.4.7 Koksun və digər öz-özünə alışan məhsul qalıqlarının alışmasının qarşısını almaq üçün rektifikasiya kolonunun aşağı qapağını (lyukunu) açmazdan əvvəl apparata buxar verilməli və buxar mənbəyinə birləşdirilmiş şlanq hazır vəziyyətdə saxlanılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə