Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Elektrik avadanlığında yanğın baş verdikdə dərhal gərginlik kəsilməlidir. 7.7.7



Yüklə 2,46 Mb.
səhifə124/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   120   121   122   123   124   125   126   127   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.7.6 Elektrik avadanlığında yanğın baş verdikdə dərhal gərginlik kəsilməlidir.
7.7.7 Elektrik dehidratorundan drenaj suyun boşaldılması avtomatlaşdırılmalı və bağlı üsulla aparılmalıdır.


7.8 AVT qurğuları (atmosfer-vakuum qurğuları)


7.8.1 Nefti AVT qurğusuna verən zaman bütün komunikasiyalara baxış keçirilməlidir. Drenaj xətləri bağlı vəziyyətdə olmalıdır.
7.8.2 Nefti çənlərdən qurğuya verməzdən əvvəl çəni duruldurmuş sudan azad etmək lazımdır. Neftin tərkibində suyun miqdarı müəyyən olunmuş normadan yüksək olduqda onun qurğuya verilməsi qadağandır.
7.8.3 Qaynar neft dövranı suyun sistemdən tam çıxarılmasına qədər davam etdirilməlidir.
7.8.4 İşə salınmazdan əvvəl vakuum kolonu buxarla qızdırılmalıdır. Xam neftlə vakuum kolonunu işə salmaq qadağandar. Onun işə buraxılması üçün mazutdan istifadə edilməlidir.
7.8.5 Vakuum kolonunun və onunla bağlı aparatların hermetikliyini vakuum-ejektordan və yaxud vakuum-nasosdan çıxan kondensata çevrilməmiş məhsulların tərkibində oksigenin miqdarına nəzarət etmə üsulu ilə yoxlanılmalıdır.
7.8.6 Kondensata çevrilməmiş qazların tərkibində oksigenin miqdarı artıqda kolona verilən buxarın məsrəfi artırılmalı və hermetikliyin pozulması yerləri aşkar olunmalıdır.
7.8.7 Qurğu dayandırıldıqdan sonra atmosfer kolonlarının yuxarı hissəsi, kolonda temperatur tam düşənə qədər, dövri olaraq suvarılmalıdır.


7.9 Qaz fraksiyalaşdırıcı qurğular (QFQ)


7.9.1 Aparatlardan boşaldılan qazlar tutumdan məşəl sisteminə və yaxud zavodun qazyığım şəbəkəsinə verilməlidir.
7.9.2 Hidravlik zərbənin, həmçinin pirofor birləşmələrin yaranmasının qarşısını almaq üçün kükürddən təmizlənmək üçün verilən qazın tərkibində kondensat olmamalıdır.
7.9.3 Qəza halları üçün nəzərdə tutulan məhsulun aparatdan çıxış xətləri məsafədən idarə olunan bağlayıcı qurğularla təchiz olunmalıdır.
7.9.4 Aparatdan qaz nümunəsi qazın maksimal təzyiqinə nəzərdə tutulan nümunəgötürən cihazla götürülməlidir. Nasaz və yoxlama müddəti keçmiş nümunəgötürəndən istifadə etmək qadağandır.
7.9.5 Qazmühərrikli kompressorların atqı (tüstü) boruları qığılcımboğanla təchiz olunmalıdır. Atqı (tüstü) boruları və səsboğanlar mütəmadi olaraq baxışdan keçirilməli və buxarla hisdən təmizlənməlidir.
7.9.6 Kompressorun silindrlərinin, qəbul və çıxış boru kəmərlərinin, separatorların təmizləyən zaman oradan çıxan çöküntülərin üzərinə dərhal su tökməli və təhlükəsiz yerə aparılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə