|
Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏHidrotəmizləmə və katalitik riforminq qurğuları
|
səhifə | 126/229 | tarix | 12.08.2023 | ölçüsü | 2,46 Mb. | | #120538 | növü | Qaydalar |
| neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)7.11 Hidrotəmizləmə və katalitik riforminq qurğuları
7.11.1 Tərkibində hidrogen olan qazların sistemə verilməsindən əvvəl sistem təsirsiz qazla üfürülməlidir ki, orada hava ilə hidrogenin partlayış təhlükəli qarışığı əmələ gəlməsin.
7.11.2 Üst mühafizə örtüyü zədələnmiş, həmçinin xarici divarlarının temperaturu yol verilə bilən həddən yüksək olan reaktorların işə salınması qadağandır.
7.11.3 Reaktorların xarici divarlarının temperaturunun süni surətdə endirilməsi qadağandır. Reaktorun xarici divarlarının temperauruna nəzarət etmək və həddindən artıq qızmasının qarşısını üçün onların üzərində səthi termoparalar quraşdırılmalıdır.
7.11.4 Tərkibində hidrogen olan qazların sızmasına yol verilməməlidir. Aparatlarda və boru kəmərlərində sızma və yaxud germetikliyin pozulması aşkar edildikdə qurğunun işi dərhal dayandırılmalıdır.
7.11.5 Xammal nasoslarından qazların tullanılması zamanı hidrogen tərkibli qazların çıxmasının qarşısını almaq üçün, qazların əks istiqamətdə, yəni reaktordan xammal çənlərinə qayıtmasının qarşısını alan qurğu nəzərdə tutulmalıdır.
7.11.6 Kompressordan çıxan hidrogen tərkibli qazların atılma şamlarının üstündə odkəsicilər quraşdırılmalıdır.
7.11.7 Katalizator reaktora yükləndikdən sonra boru kəmərləri və aparatlar sisteminin germetikliyi təsirsiz qazla üfürülmə üsulu ilə yoxlanılmalıdır.
7.11.8 Katalizatorun regenerasiyasından əvvəl sistem təsirsiz qazla üfürülərək dövr edən qazdan təmizlənməlidir.
7.11.9 Hidravlik zərbənin baş verməməsi üçün sirkulyasiya kompressorlarının qəbul separatorlarında kondensatın yığılmasına yol verilməməlidir.
7.11.10 Katalizatorun regenerasiyası zamanı reaktorun girişində və çıxışında qazın tərkibində oksigenin, karbon qazının və karbon oksidin olmasına analiz aparılmalıdır.
7.11.12 Katalizatorun reaktordan boşaldılmasına yalnız onun tam regenerasiyasın-dan, 500C-yə qədər soyudulmasından və təsirsiz qazla üfürülməsindən sonra icazə verilir.
Dostları ilə paylaş: |
|
|