Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə125/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   121   122   123   124   125   126   127   128   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.10 Katalitik krekinq qurğuları


7.10.1 Reaktoru istismar edən zaman buxarların təzyiqinin yol verilən həddən yuxarı qalxmamasına nəzarət edilməlidir. Bu məqsədlə reaktor siqnallı xəbərverici qurğu ilə təchiz edilməlidir.
7.10.2 Reaktorda təzyiqin 0,7 atm-dən yuxarı artmaması üçün oraya xammalla birlikdə suyun düşməsinə yol verilməməlidir.
7.10.3 Bağlayıcı armaturların və boru kəmərlərinin hermetikliyinin pozulmaması üçün yuxarı baypasla (xammal nasosu)-soba-kolon-xammal nasosu üzrə sirkulyasiya 200°S-dən yüksək olmayan temperatur şəraitində aparılmalıdır.
7.10.4 Reaktorun yükləmə bunkerində katalizatorun səviyyəsinin normadan aşağı düşməsinə yol verilməməlidir. Yükləmə bunkerinə neft buxarları daxil olduqda oraya dərhal buxar və yaxud təsirsiz qaz verilməlidir.
7.10.5 Neft məhsullarının katalizatorla birlikdə regeneratora düşməsinin qarşısını almaq üçün reaktorun aşağı hissəsinə quru buxar verilməlidir.
7.10.6 Regeneratorun ilanvari boruları ilə suyun dövranını sistemdəki katalizatorun temperaturuna bərabər temperaturda başlamalı, bu temperatur reqenerasiyanın birinci zonasındakı temperaturdan yüksək olmamalıdır.
7.10.7 Regeneratorun ilanvari borularına suyu verməzdən əvvəl ilanvari borulardan suyun çıxışında quraşdırılan siyirtmənin açılıb-bağlanması yoxlanılmalıdır. İlanvari boruya suyu verərkən siyirtməni asta açmaq lazımdır.
7.10.8 Regenerator işləyən zaman ilanvari boruya verilən suyun kəsilməsinə yol verilməməlidir.
7.10.9 Regenarsiya qaz xətlərində partlayış təhlükəli qarışığın əmələ gəlməsinin qarısını almaq üçün regenerasiya qazlarının tərkibinə daimi avtomatik nəzarət aparılmalıdır. Yanar qazların miqdarı normadan yüksək olmamalıdır.
7.10.10 Reaktorun basqı və yükləmə bunkerlərində katalizatorun yığılıb qalması nəticəsində tıxacların əmələ gəlməsinə yol verilməməlidir.
7.10.11 Pnevmatik nəqliyyat vasitələrinə və regeneratora havaverən maşınların işinə nəzarət edilməlidir. Katalizatorun dövr etməsi üçün verilən havanın arasının kəsilməməsi məqsədi ilə ehtiyyat havaverən maşınlarının avtomatik işə düşməsi təmin edilməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə