Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə118/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   114   115   116   117   118   119   120   121   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.1.14 İstilik boru kəmərlərinin və qızdırıcı cihazların səthi mütəmadi olaraq tozdan və giğər çöküntülərdən təmizlənməlidir.


7.2 Texnoloji sobalar


7.2.1 Sobanı yandırmazdan əvvəl işləməyən forsunkalara gedən borular tıxacla bağlanmalıdır.
7.2.2 Yanma kamerası əvvəlcədən buxarla üfürülməmiş sobanın forsunkalarını yandırmaq qadağandır. Üfürmə prosesi, tüstü bacasından buxarın çıxmasından sonra, 15 dəqiqədən az olmayan müddətdə aparılmalıdır.
7.2.3 Məşəli neft və asan alışan maddələrlə (benzin, ağ neft) hopdurmaq qadağandır. Bu məqsədlə dizel yanacağından, yağdan istifadə etmək lazımdır. Bu məhsullar bağlı tarada saxlanılmalıdır. Yanan məşəli quru qum olan qutuda söndürmək lazımdır.
7.2.4 Forsunkanı yandıran zaman, forsunkanın nəfəsliyinin yan tərəfində dayanaraq oraya yandırılmış məşəli yaxınlaşdırmaq, buxar və havanın daxil olmasını təmin etmək sonra isə forsunkanın yanındakı yanacaq boru kəmərinin üzərindəki ventili yavaş-yavaş açmaq lazımdır.
7.2.5 Qaz yanacağı ilə işləyən sobaların forsunkalarını yandırmazdan əvvəl aşağıdakı tədbirlər görülməlidir:
- bütün forsunkaların üzərindəki işçi və nəzarət ventillərinin kip bağlanmasını yoxlamaq;
- işlək vəziyyətdə olmayan forsunkaların tıxacla bağlı olduğunun yoxlamaq;
- yanacaq xəttindən kondensatı boşaltmaq;
- yanacaq xəttini şam və ya məşəl xətti istiqamətinə qazla üfürmək.
Əgər qaz hər hansı səbəbdən yanmırsa və ya forsunkalar sönürsə, işçi ventil bağlanmalı, odluq buxarla üfürülməli, forsunkalara gedən qaz borusu isə şama (məşəl xəttinə) doğru qazla üfürülməli, sonra forsunka yenidən yandırılmalıdır.
7.2.6 Forsunkaya qazla bərabər kondensat düşdükdə qaz ventili dərhal bağlanmalı, xəttən kondensatı boşaltmalı və forsunkalar təkrar yandırılmalıdır.
7.2.7 Sobaların quraşdırılmasından və ya təmirindən sonra sarğı boru kəmərləri və odluqlar buxarla və ya təsirsiz qazla üfürülməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə