Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə63/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   59   60   61   62   63   64   65   66   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3 Əsas İstehsalat Obyektləri


4.3.1 Xətti hissə
4.3.1.1 Magistral neft kəmərlərinin xətti boyu və döngələrində, bir km-dən bir, hündürlüyü 1,5-2m olan göstərici nişanlar qoyulmalıdır. Neft kəmərinin yollarla kəsişən yerlərində üzərin-də mühafizə zonasının eni, “Neft kəməri. Oddan təhlükəlidir!” sözləri yazılmış xəbərdaredici plakatlar qoyulmalıdır.
4.3.1.2 Magistral neft kəmərlərinin dəmiryol və bütün kateqoriyalı avtomobil yolları ilə kə-sişdiyi yerlərdə, mühafizə olunan zonada nəqliyyat vasitələrinin dayanacağını qadağan edən müvafiq yol nişanı, eləcədə istismarçı təşkilatın adı və telefon nömrəsi yazılan lövhə quraşdırılmalıdır.
4.3.1.3 Xəttə nəzarət edən işçilər, neft kəmərlərinin istismarı üzrə xidməti heyət neft kəməri-nin zonasında məhsul sızmasını və ya qazlılıq səviyyəsinin yüksək olduğunu aşkar etdikdə, dərhal bu barədə rasiya ilə və yaxındakı rabitə məntəqəsindən neftvurma stansiyasının operatoruna xəbər verməli, məhsul sızması yerlərində təhlükəsizlik nişanları qoymalıdır.
Neftin yaşayış məntəqələri ərazisinə, dəmir yol və avtomobil yollarına dağıldığı hallarda neft xəttinə nəzarət edən işçi partlayış, yanğın və bədbəxt hadisəyə qarşı ilkin təxirəsalınmaz tədbirlər görməlidir.
4.3.1.4 Neftin dağılmasına qarşı mühafizə qurğuları (bəndlər, xəndəklər) saz vəziyyətdə saxlanılmalı, vaxtında təmir olunmalı, qalıq məhsuldan və lildən təmizlənməlidir.
4.3.1.5 Magistral neft kəmərlərinin sahələrinə xidmət edən qəza və bərpaedici dəstənin (QBD) xətti heyətində hər bir sahənin neft kəmərləri idarəsinin müdiriyyəti tərəfindən təsdiq olunmuş və yerli hakimiyyət orqanı ilə razılaşdırılmış qəzanın ləğvi planı (QLP) olmalıdır.
4.3.1.6 Magistral neft kəmərlərindəki bağlayıcı armaturların açılıb-bağlanma göstəriciləri olmalıdır, kənar şəxslərin yaxınlaşmaması üçün mühafizə qurğuları (hasarı) quraşdırılmalıdır. Magistral neft kəmərlərinin su hövzələrindən keçən akvatoriyasında neft aşkar edildikdə, neft kəmərinin dispetçer xidməti bu barədə dərhal su hövzələri idarəsinə məlumat verməlidir.
4.3.1.7 Avtomobil və dəmir yol yaxınlığında qəza baş verdikdə və yaxud nəqliyyat qəzaları-nın baş verməsi mümkün olan yerlərdə, bu ərazidə hərəkətin dayandırılması səlahiyyəti olan dispetçer xidməti və müəssisə ilk növbədə xəbərdar edilməli, həmçinin qatar və nəqliyyat vasitələri sürücülərinə yolun yaxınlığında məhsulun dağılması və yaxud yüksək qazlılıq zonası-nın yaranması barədə məlumat verilməlidir. Müvafiq tələblər QLP-də öz əksini tapmalıdır.
4.3.1.8 Xətti hissənin qurğu və avadanlıqları, həmçinin onların hasarları saz vəziyyətdə sax-lanılmalı, hasarların ətrafındakı ot və bitkilər mütəmadi olaraq biçilməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə