Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Elektrik aparatları ilə kəsmə və səthi təmizləmə işləri



Yüklə 2,46 Mb.
səhifə62/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   58   59   60   61   62   63   64   65   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Elektrik aparatları ilə kəsmə və səthi təmizləmə işləri
3.7.2.29 Elektrik aparatları ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri görülən yerlər 10m radiusda asan alışan və yanar maddələrdən təmizlənməlidir.
3.7.2.30 Elektrik aparatları yerlə birləşdirilməlidir.
3.7.2.31 Elektrik aparatlarının elektrik qida mənbələri ilə birləşdiriciləri təsadüfən açılması istisna edilməlidir.
3.7.2.32 Qısa müddətli işin dayandırılması müddətində və yaxud fasilə zamanı elektrik aparatları elektrik şəbəkəsindən açılmalıdırlar.
3.7.2.33 Elektrik kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən qığılcımın təsirindən mühafizə olunmaq üçün işçılər xüsusi fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır.
3.7.2.34 Odlu işlər qurtardıqdan sonra ehtimal olunan alovlanmanın qarşısını almaq üçün işlərin aparıldığı və yaxınlıqda olan otaqlar və sahələr yoxlanılmalı və tələb olunarsa 1 saat ərzində nəzarətdə saxlanılmalıdır.
BÖLMƏ IV. Magistral neft kəmərlərində
yanğın təhlükəsizliyi qaydaları
4.1 Qaydaların tətbiq sahəsi


4.1.1 Bu Qaydalar magistral neft kəmərlərində və onların obyektlərində istismar və təmir zamanı əsas yanğın təhlükəsizliyi tələbləri müəyyənləşdirir.
4.1.2 Bu Qaydaların tələblərinin yerinə yetirilməsi Azərbaycan Respub­likasının ərazisində neft, neft məhsulları və geniş fraksiyalı yüngül karbohidro-genlərin nəqli ilə məşğul olan, yenidən qurulan, konservasiyada saxlanılan ma-gistral neft kəmərləri və onların obyektlərində iş görən podratçı təşkilatlar üçün məcburidir.


4.2 Magistral neft kəmərləri obyektlərinin yanğından
mühafizəsinin təşkili


4.2.1 Müəssisə rəhbərlərinin borcudur:
-qüvvədə olan qanunların, rəbər orqanların qətnamə və sərəncamlarını, FHN-nin Dövlət Yanğından Mühafizə və Yanğın Nəzarəti Xidmətlərinin göstərişlərinin yerinə yetirilməsini təmin etmək;
-müəssisənin nəzdində olan obyektlərin işçilərinə bu Qaydaların tələblərinin yerinə yetirilməsini təşkil etmək;
-fəhlələrin, mühəndis-texniki işçilərin və qulluqçuların yanğın təhlükəsizliyi məsələləri üzrə öyrədilməsini və təlimatlandırılmasını təşkil etmək;
-yanğınaqarşı tədbirlərin yerinə yetirilməsi və yanğınsöndürmə vasitələrinin alınması üçün lazımi vəsaitin ayrılmasını təmin etmək;
-obyektin yanğın təhlükəsizliyi məsələlərini müəyyən olunmuş qaydada həll etmək;
-müəssisədə yanğın-texniki komissiya yaratmaq və onun işini təşkil etmək;
-müəssisənin ərazisində baş verən yanğınların səbəbini və şəraitini araşdırmaq, yanğın təhlükəsizliyi qaydalarını pozan şəxslərin aşkar olunmasında FHN-nin Dövlət Yanğından Mühafizə və Yanğın Nəzarəti Xidmətlərinin əməkdaşlarına köməklik göstərmək, qüvvədə olan Qaydaların tələblərinin pozulmasında təqsirkar bilinən şəxslərə qarşı tədbirlər görmək;
-vaxtaşırı, lakin rübdə bir dəfədən az olmayaraq müəssisənin yanğın təhlükəsizliyi baxımından vəziyyəti və bu sahədə görülmüş işlər barədə yanğın-texniki komissiyanın sədrinin məlumatını dinləmək;
-hər bir konkret obyekt üzrə yanğın təhlükəsizliyinə, yanğınaqarşı avadanlıqların olmasına, saxlanılmasına, sazlığına və istismarına, qəza və yanğın siqnalizasiya vasitələrinə, stasionar yanğınsöndürmə qurğularına müəssisə üzrə əmrlə cavabdeh şəxsi təyin etmək;
-yanğınsöndürmə vasitələrinin və yanğınaqarşı tədbirlərin, obyektlərin yanğın və yanğından mühafizə siqnalizasiya vasitələri ilə komplektləşdirilməsinin illik və perspektiv planının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdıraraq işlənilməsini və yerinə yetirilməsini təmin etmək;
- magistral neft kəmərlərində qaynaq işləri aparılarkən həmin sahədə yanğınsöndürmə naşınların olmasını təmin etmək;
-təsdiq olunmuş cədvələ əsasən yanğınsöndürmə vasitələrinin və yanğın avtomatikasının profilaktik xidmətini , təmirin və sınağını təşkil etmək;
-obyektdə yanğınaqarşı vasitələrin sazlığını, obyektin yanğın dəstəsini və könüllü yanğından mühafizə dəstəsinin döyüş hazırlığını vaxtaşırı yoxlamaq;
-obyektlərin yanğından mühafizə planlarının işlənib hazırlanmasını təmin, yerinə yetirilməsi üçün planlı məşqlərin və təlimlərin aparılmasını təşkil etmək.
4.2.2 Hər bir müəssisədə və müəssisənin tabeliyində olan obyektlərdə, müəssisə və yaxud müəssisədən kənar yanğın təhlükəsizliyi xidmətinin olmasından asılı olmayaraq, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi haqqında Qanunun 11-ci maadəsinə əsasən fəhlə, mühəndis-texniki işçilərdən və qulluqçulardan ibarət könüllü yanğından mühafizə dəstədəri (KYMD) təşkil edilməlidir.
-KYMD-nin fəaliyyəti «Sənaye müəssisələrində və digər obyektlərdə könüllü yanğından mühafizə dəstələri haqqında Əsasnamə»nin (Əlavə2) və bu Qaydaların tələblərinə uyğun həyata keçirilməlidir.
-KYMD-nin şəxsi heyyətinin məşğələlərinin təxmini proqrammı Əlavə 4-də verilir.
4.2.3 Hər bir müəssisədə yanğın-profilaktika işlərinin aparılması və buna nəzarəti həyata keçirən yanğın-texniki komissiya (YTK) yaradılmalıdır.
Komissiya aşağıdakı tərkibdə olmalıdır:
Baş mühəndis(sədr), yanğından mühafizə dəstəsminin və ya KYMD-nin rəisi, texnoloq, energetik, mexanik, təhlükəsizlik texnikası üzrə mühəndis və digər mütəxəssilər müəssisənin əmri ilə, həmçinin digər ictimai təşkilatların nümayəndələrindən yaradılmalıdır.
YTK öz fəaliyyətində «Sənaye müəssisələrində yanğın-texniki komissiya haqqında Əsasnaməni» və bu Qaydaları rəhbər tutmalıdır (Əlavə 1).
4.2.4 Struktur bölmələrin rəhbərlərinin borcudur:
- istehsalatın texnoloji proseslərinin aparılmasında yanğın təhlükəsizliyi qaydalarını bilməli, və bu qaydaların yerinə yetirilməsini təmin etməlidir;
- istehsalat və inzibati binalarda, xidməti otaqlarda və obyektin ərazisində yanğına qarşı ciddi rejim yaratmalıdır;
- hər bir bina və istehsalat sahəsində yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin etməli.
- yanğın təhlükəsizliyinə cavabdeh şəxsin adı lövhədə yazılmalı və görünən yerdə asılmalıdır;
- xidməti heyyətin yanğın təhlükəsizliyinə ciddi riayət etməsinə nəzarət etməli;
- yanğın-partlayış təhlükəli obyektlərdə, müəyyən olunmuş qaydada tərtib edilmiş icazə olma-dıqda odlu işlərin görülməsinə yol verməməli;
- yanğınsöndürmə, siqnalizasiya, rabitə vasitələrinin saz və həmişə istifadəyə hazır vəziyyətdə olmasını təmin etməli;
- iş yerlərini təhlükəsizlik texnikası təlimatları və plakatlarla təmin etməli;
- qəza və digər yanğın təhlükəli vəziyyət yarandıqda dərhal yanğından mühafizə xidmətini və KYMD-nin çağırılmasını, mövcud qüvvə və vəsaitlərin köməyi ilə insanların köçürülməsini və qəzanın ləğvinin təşkil etməlidir.
4.2.5 Müəssisə rəhbərliyi bu və digər qüvvədə olan Qaydaların tələblərinə əsasən yerli yanğın-dan mühafizə xidməti ilə razılaşdırmaqla müəssisə və onun hər bir obyekti (sexi) üçün yanğın təhlükəsizliyi təlimatları işləyib hazırlamalı və təsdiq etməlidir.
Təlimatlar istehsalat təlimi sistemi, yanğınaqarşı təlimatlandırma və yanğın-texniki minimumu üzrə məşğələlər zamanı öyrədilməli, görünən yerdə asılmalıdır.
4.2.6 Müəssisənin hər bir işçisi yanğın təhlükəsizliyi üzrə təsdiq olunmuş qaydaları, təlimatları bilməli, tələblərini yerinə yetirməli, təhkim olduğu yerin və sahənin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamalıdır.
4.2.7 İşçi yanğınaqarşı rejimin pozulduğunu, avadanlıqların sıradan çıxmasını və yanğınaqarşı vasitələrin komplektləşdirilməsinin pozulmasını aşkar etdikdə öz vəzifə borcuna uyğun olaraq dərhal məsul şəxsə məlumat verməlidir.
4.2.8 Magistral neft kəmərlərinin hər bir obyektində yanğınların və qəzaların ləğvi üzrə operativ plan işlənib hazırlanmalı, obyektin xidməti heyyəti ilə təlim məşqləri keçirilməlidir.
4.2.9 İnsanların çoxluq təşkil etdiyi yerlərdə obyektin rəhbərliyi tərəfindən təsdiq olunmuş və obyektin yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmış təxliyyə planı olmalıdır və görünən yerdə asılmalıdır. Rübdə bir dəfədən az olmayaraq insanların təxliyə planı üzrə məşqləri keçirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə