Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yuyucu aqreqat su xəttinin və ya su ilə dolu çənin yanında elə yerləşdirilməlidir ki, aqreqatın kabinası quyu ağzı tərəfə yönəldilməsin. 3.7.1.14



Yüklə 2,46 Mb.
səhifə58/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.7.1.13 Yuyucu aqreqat su xəttinin və ya su ilə dolu çənin yanında elə yerləşdirilməlidir ki, aqreqatın kabinası quyu ağzı tərəfə yönəldilməsin.
3.7.1.14 Qaldırıcıya yanacaq doldurulan zaman mühərrik söndürülməlidir. Yanacaqla doldurulma qızmış hissələr soyuduqdan sonra aparılmalıdır.
3.7.1.15 Quyu ağzı armaturlar quyu boğulduqdan və təzyiq atmosfer təzyiqinə qədər endirildikdən sonra sökülməlidir.
3.7.2 Odlu işlər
3.7.2.1 Odlu işlər “Neft sənayesinin partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərində qaynaq və digər odlu işlərin aparılma qaydaları üzrə nümunəvi təlimat”ın tələblərinə uyğun aparılmalıdır.
3.7.2.2 Hər bir müəssisədə qüvvədə olan qaydalara və təlimatlara əsasən, istehsalatın xüsusiyyətini və yerli şəraiti nəzərə almaqla odlu işlərin təhlükəsiz təşkili üçün müəssisə daxili təlimat işlənib hazırlanmalıdır. Təlimat yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilməlidir.
3.7.2.3 İstehsalat avadınlarını quraşdırılması və təmirində, elekrtik qaynaq və digər odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyini təmin edən tədbirlərə görə cavabdehlik ərazisi və ya otaqlarında bu işlər aparılan müəssisələrni, sex, laboratoriya və emalatxanaların və s. rəhbərlərinin üzərinə düşür. Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu işlərin aparılması xüsusi icazə ilə həyata keçirilir.
Odlu işlərin aparılması üçün icazə iki nüsxədə hazırlanmalı, bir nüsxəsi odlu işlərin aparılmasına cavabdeh şəxsdə qalmalı, digər nüsxəsi obyektin yanğından mühafizəsini təşkil edən Yanğın təhlükəsizliyi xidmətinə təqdim olunmalıdır. İcazə vərəqələrinin nüsxələri odlu işlərin aparılması başa çatdıqdan sonra bir il müddətində obyektdə, 3 gün müddətində Yanğın təhlükəsizliyi xidmətində saxlanılmalıdır. İcazənin forması Əlavə 10-da verilir.
İcazə vərəqəsi odlu işlərin hər bir növü üçün ayrıca tərtib edilir və bir gündüz iş növbəli ərzində etibarlıdır. Əgər bu işlər təyin edilmiş müddətdə tamamlanmazsa, İcazənin müddəti obyektin, sahənin, xidmət rəisi (müavin) tərəfindən Yanğın Təhlükəsizliyi Xidmnəti ilə razılaşdırmaqla, bir növbədən çox olmayan müddətə uzadıla bilər. Bir neçə gün ərzində, lakin beş gündən çox olmamaq şərtilə, eyni yerdə aparılan qaynaq işi üçün bir icazə vərəqəsi kifayətdir.
3.7.2.4 İstehsalat prosesi dayandırılmadan sexlər rekonstruksiya edildikdə və avadanlıqlar dəyişdirildikdə, müəssisənin rəhbərliyi tərəfindən həmin müddət üçün yanğçn təhlükəsizliyinin gücləndirilməsi üzrə plan işlənib hazırlanmalıdır.
3.7.2.5 Təmir-quraşdırma işləri qurtardıqdan sonra otaqlarda oksigen və yanar qaz balonlarının saxlanılması qadağandır. Belə balonlar onların daimi saxlanılma yerlərinə göndərilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə