Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə56/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.6.5 Avadanlıqların divarında və dibində yaranmış pirofor çöküntülərin təmizlənməsi nəm halda aparılmalıdır və bunun üçün güclü su axını ilə isladılmalıdır.
3.6.6 Avadanlıqlardan çıxarılan çirk və çöküntü yanar qaz və buxarların yığıla bilən yerlərdən aralı, təhlükəsiz yerdə quraşdırılmış tutumda suyun altında və ya nəm halda saxlanılmalıdır.
3.6.7 Avadanlıqlar təmizlənəndən sonra pirofor çöküntülər nəm halda obyektin ərazisindən çıxarılaraq, xüsusi ayrılmış yerə aparılmalı, yanğın təhlükəsizliyi xidməti və yerli ekologiya xidməti ilə razılaşdırılmış yerdə basdırılmalıdır.
3.6.8 Metal çənlərdə saxlanılan kükürdlü neftlərin nümunəsinin götürülməsi və sınaq işlərinin aparılmasında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində «İnstruksiya po predotvraheniyu vzrıvov i pojarov ot samovozqoraniya pirofornıx otlojeniy pri dobıçe i transporte sernistıx neftey i qazov» sənədinin tələblərinə riayət olunmalıdır.
Çəndən pirofor çöküntülərin nümunəsini baş mühəndisin və yaxud obyektin rəhbərinin icazəsi ilə, müəssisənin yanğın təhlükəsizliyi xidmətinin nümayəndəsinin iştirakı ilə, xüsusi hazırlığı olan şəxs götürməlidir.
3.6.9 Çənlər təmirdən və pirofor çöküntülərdən təmizlənməzdən əvvəl (çən neftdən boşaldıq-dan sonra) qaz boşluğu su buxarı ilə doldurulmalıdır. Buxarla üfürülmə (bu halda aşağı lyuk bağlı, yuxarı və ölçü lyukları isə açıq olmalıdır) 24 saat davam etməlidir.
Əgər buxarla üfürülmə prosesində dozalaşdırıcı qurğu varsa, pirofor çöküntülərin tədricən oksidləşməsi üçün çənə az miqdarda hava verilməlidir (hava-buxar qarışığında oksigenin miqdarı 6% hesablanmaqla). Dozalaşdırıcı qurğunun olmadığı halda çənlərin buxarla üfürülməsi qurtardıqdan sonra çən yuxarı səviyyəyə qədər su ilə doldurulmalıdır. Çən doldurulduqdan sonra pirofor çöküntülərin tədricən oksidləşməsi üçün suyun səviyyəsi 0.5-1 m/saat sürətlə aşağı salınmalıdır.
3.6.10 İşçi mühitdə hidrogen sulfid, merkaptanlar, elementar kükürd və digər kükürdlü birləş-mələr olan avadanlıq və boru kəmərləri germetikləşdirilməzdən əvvəl oradan yanar və partlayış təhlükəli komponentlər tamamilə xaric edilməlidir.
3.6.11 Təmir işləri aparılan zaman hava mühitində yığılan hidrogen sulfidin sovrulub çıxarıl-ması üçün partlayışdan mühafizəli ventilyasiya aqreqatı vasitəsilə hündürlüyü 5 m-dən az olmayan dayağa ötürülməlidir.
Ventiyasiya aqreqatı quyu ağzından 12m aralı küləkdöyən tərəfdə quraşdırılmalıdır.
3.6.12 Avadanlıqlar və qaz kəmərləri boşaldılan zaman atmosferə buraxılan qaz yelçəkən şamlarda yandırılmalıdır. Qazın məşələ ötürülməsi yerləri, hava şəraiti, küləyin istiqaməti və yaşayış məntəqələrinə olan məsafə nəzərə alınmaqla yerli ekologiya xidməti ilə razılaşdırılmalıdır.
Məşəldə qazın yandırılmasına xüsusi təyin edilmiş işçinin daimi nəzarəti altında yanğın təhlükəsizliyi tələblərinə riayət edilməklə aparılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə