Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Quyuda fontan vuran bütün işlər, o cümlədən quyuların istismarı, qəza ləğv edilənə qədər dayandırılmalıdır. 3.5.1.95



Yüklə 2,46 Mb.
səhifə55/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.5.1.94 Quyuda fontan vuran bütün işlər, o cümlədən quyuların istismarı, qəza ləğv edilənə qədər dayandırılmalıdır.
3.5.1.95 İşçi meydançanın işıqlandırılması BCH-82 sənədinin tələblərinə uyğun yerinə yetirilməlidir.
3.5.1.96 Yanacaq və yağ anbarları quyu ağzından, texnoloji qurğulardan və elektrik stansiyasından 40m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
3.5.1.97 Transformatorla quyu ağzı (qazma və istismar) arası məsafə 40m-dən az olmamalı-dır.
3.5.1.98 Gərginliyi 6 kV-a qədər bağlı paylayıcı qurğular qazma qurğusu ağzından 10m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
3.5.1.99 Quyuların qazılması və istismarı eyni vaxtda aparılan qrup quyu meydançasında plana əsasən bir növbədə işlək quyuların kommunikasiyasına və quyu ağzına baxış keçirilməli, bu barədə xüsusi jurnalda müvafiq qeydlər aparılmalıdır.
Əgər istismarda olan quyuda neft və qaz sızması aşkar edilərsə, bu quyuya xidmət edən heyət sızmanı aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir.
3.5.1.100 Quyunun mənimsənilməsi zamanı quyuağzı armaturda və ya kommunikasiyalarda neft və qazın sızması aşkar edilərsə, iş dərhal dayandırılmalı və axının qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.


3.6 Kükürdlü neft yataqlarına olan əlavə tələblər
3.6.1 İstismar prosesində daxilində pirofor çöküntülər əmələ gələ bilən avadanlıqların siyahısı tərtib olunmalı, baş mühəndis tərəfindən, yerli yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırıldıqdan sonra təsdiq edilməlidir.
3.6.2 Yeni istehsal sahələri işə salındıqda, texnoloji rejim və proses dəyişdirildikdə siyahı korrektə edilməlidir.
3.6.3 Avadanlıqların istismarı zamanı pirofor çöküntülərin əmələ gəlməsinə vaxtaşırı nəzarət edilməli və sistematik olaraq avadanlıq çöküntülərdən təmizlənməlidir.
3.6.4 Avadanlıqların daxili səthini pirofor çöküntülərdən təmizləyən zaman qığılcım verməyən materialdan hazırlanmış alətlərdən istifadə edilməlidir

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə