Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Odla qızdırılan qurğular (borulu sobalar, bloklu qızdırıcılar)



Yüklə 2,46 Mb.
səhifə51/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Odla qızdırılan qurğular (borulu sobalar, bloklu qızdırıcılar)
3.5.1.56 Forsunkaların qarşısındakı meydançanın sənaye kanalizasiyasına birləşən qanova tə-rəf mailiyi olan bərk örtüyü olmalıdır.
Meydançaya tökülən maye yanacağın yuyulması üçün su dayağı olmalıdır.
3.5.1.57 Sobanın işə salınmasına icazə sobanın istismarına cavabdeh şəxs tərəfindən verilməli-dir.
3.5.1.58 Odluqlara qaz verən sistem «Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları»nın tələbləri-nə uyğun sınaqdan keşirilməlidir.
3.5.1.59 Asan alışan maddə hopdurulmuş məşəl ilə odluqların yandırılması qadağandır. Yan-dırmaq üçün istifadə edilən məşəl quru qum ilə dolu yanmayan yeşikdə və ya vedrədə söndürül-məlidir.
3.5.1.60 Yanacaq boru xəttində bütün forsunkalara yanacağın verlməsini və eyni vaxtda kəsilməsini təmin edən siyirtmə (forsunkaların üç tərəfindən radiusu 10m-dən az olmayan məsafədə), odluğun yanması üçün lazım olan təzyiqə tənzimlənmiş reduktor qurğusu, həmçinin kondensatın avtomatika sisteminə, NÖC və A odluğa düşməsinin qarşısını alan kondensat tutumu quraşdırılmalıdır.
Avtomatik qurğuların qəza siqnalizasiyası əməliyyat otağına verilməlidir (çıxarılmalıdır).
3.5.1.61 Qurğu işləmədiyi halda, yanacaq qaz xətti sobadan ayrılmalı və tıxac qoyulmalıdır. Sobanın qaz xətti bağlanan zaman odluqların siyirtmələri etibarlı bağlanmamış üfürmə şamları-nın açılmasına yol verilmir.
Üfürücü şamda olan siyirtmələr tam aşılmalıdır.
3.5.1.62 Sobaların stasionar buxarla söndürmə sistemi həmişə saz halda olmalıdır. Buxarla söndürmə sistemi nasaz olan sobaların istismarına icazə verilmir. Yanğınsöndürmə kollektoru qırmızı rənglə rənglənməli və ona rahat yaxınlaşma təmin edilməlidir.
3.5.1.63 Odluğu qabaqcadan buxarla üfürülmədən sobanın yandırılması qadağandır. Soba qovşaqlarının üfürülmə şamları yanğın təlükəsizliyi xidməti ilə razılaşdırılmaqla təhlükəsiz yerə çıxarılmalıdır.
Forsunkalara gedən qaz xətləri qazı məşəl xəttinə ötürən xətlə təchiz olunmalıdır.
3.5.1.64 Mümkün qəza və yanğın halları üçün neftin boşaldılmasını təmin edən qurğu saz vəziyyətdə saxlanılmalıdır. Qəza boşaltma boru xəttinin siyirtmələrinin fərqləndirici nişanları, onlara yaxınlaşma yolları isə boş olmalıdır.
Qəza boşaldılması yalnız sex, qurğu rəisinin və ya qəzanın (yanğının) ləğvi üzrə cavabdeh şəxsin göstərişi əsasında aparılmalıdır. Qəza zamanı boşaltma əməliyyatının aparılmasının ardıcıllığı obyekt üzrə təlimatda nəzərdə tutulmalıdır.
3.5.1.65 Sobadan isti maye boşaldılmazdan əvvəl qəza tutumları sudan və məhsuldan təmiz-lənməlidir. Maye boşaldılmazdan əvvəl qəza tutumuna qabaqcadan kondensatdan ayrılmış su buxarı verilməlidir.
Yanğınsöndürmə vasitələri məsafədən işə salınmalıdır.
3.5.1.66 Sobanın forsunkaları önündə, returbent kamerasında yanğın baş verdikdə, tüstü borusunda və bacanın sobadan tüstü borusuna qədər olan hissəsində qurum (duda) yanarsa, buxarla söndürmə xətti ilə buxar verilməli və yanğin təhlükəsizliyi xidməti çağırılmalıdır.
3.5.1.67 Borulu sobaların istismarı zamanı onların borusunun vəziyyətinə (yanmasının qarşı-sını almaq üçün) nəzarət edilməlidir. Borularında qabarma və zədə olan, həmçinin buraxıla bilən dağılma həddini keçmiş borulu sobaların istismarı qadağandır.
3.5.1.68 Soba qızdırıcısı, maye və qaz yanacağının forsunkalara verilməsinin kəsilməsi və təzyiqin normadan aşağı düşməsi hallarını xəbərdar edən avtomatik siqnalizasiya sistemi ilə təchiz edilməlidir.
3.5.1.69 Sobada alovun sönməsini xəbərdar edən sinalizasiya vasitəsi, forsunkalar sönəndə yanacağın verilməsini kəsən avtomatik qurğu, temperatur xəbərdaredici siqnalizasiya qurğusu quraşdırılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə