Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə48/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Neftvurma nasos stansiyaları
3.5.1.27 Nasos stansiyalarının istismarı qüvvədə olan norma və qaydaların tələblərinə əsasən aparılmalıdır.
Nasos stansiyalarının istismarında aşağıdakı tələblər yerin əyetirilməlidir:
- neftvurma nasos stansiyalarının işıqlandırma sistemi partlayışdan mühafizəli icrada lampalar-la təchiz edilməlidir;
- nasosxanalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
- nasosxanalarda təsdiq edilmiş qrafikə əsasən qaz analizi aparılmalıdır;
- nasoslar yerləbirləşdirmə sisgtemləri ilə təchiz edilməlidir;
- neft nasoslarında partlayışdan mühafizəli elektrik mühərriklərindən istifadə edilməlidir;
- nasosxanada istifadə edilmiş yağlı silgi materialları xüsusi qutularda (qapalı) stansiyadan kənarda atılmaq üçün yığılmalıdır.
3.5.1.28 İş vaxtı nasos və boru kəmərlərinin germetikliyinə, nasosun sürtünən hissələrinin yağ-lanmasına, həmçinin yastıq və kipkəclərinin temperaturuna daima nəzarət edilməlidir. Nasosun kipkəclərindən və boru kəmərlərinin birləşmələrindən sızma aşkar edilərsə, nasazlıq dərhal aradan qaldırılmalıdır.
Sürtgü yağlarının axmasına,sıçramasına və onların nasosların altına yığıl­masına yol verilməməlidir.
Nasosxananın döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq yağsızlaşdırıcı qatılmış su ilə və ya KYV-2 tipli köpükləndirici yuyucu vasitə ilə yuyulmalıdır.
3.5.1.29 Siyirtmə qovşaqlarının yerləşdiyi yerlərdə mayenin hidravlik sürgüdən keçərək sənaye kanalizasiyasına axıdılması üçün qanov quraşdırılmalıdır.
Əgər mayenin sənaye kanalizasiyasına axıdılması mümkün deyilsə və onda qapalı quyu quraşdırılmalı, sonra isə nasos vasitəsi ilə orada yığılmış maye lazım olan yerə vurulmalıdır.
3.5.1.30 Nasoslar üfürülərkən atılan məhsul binadan kənara çıxarılmalı, maye məhsullar boru ilə xüsusi qablara axıdılnalı, qazlar isə məşəl sisteminə və ya şama verilməlidir.
3.5.1.31 İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı boru xətlərindəki və çənlərin yanındakı siyirtmələr bağlanmalı, sahə nəzərdən keçirilməli, tökülmüş neft yığılmalı, bütün qurğular və işıqlandırma mənbəyi söndürülməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə