Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə45/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.4.1.55 Quyuya havanın vurulması, elektrik qızdırıcıların işə salınmasından əvvəl başlanmalı-dır. Elektrik qızdırıcısına gərginlik avtomatik verilməlidir.
3.4.1.56 Yanmanı yaratmaq üçün havanın vurulması prosesində fasilə etməyə icazə verilmir.
3.4.1.57 Basqı quyusunun yanında nəzarət quyusunun perforasiyasına yol verilmir.
3.4.1.58 İstismar quyularının quyudibi temperaturu 1500C-dən çox olmamalıdır.Bu tempera-turda istismar quyusunun dibi fasiləsiz olaraq su və ya digər reagentlə soyudulmalıdır. Əgər soyudulma müsbət nəticə verməzsə, quyu bağlanmalı (boğulmalı) və soyutma davam etdirilməlidir.


3.5 Neftin və qazin yığılması, hazıırlanması, saxlanması və nəqli


3.5.1 Ümumi tələblər
3.5.1.1 Aparatlarda, tutumlarda və boru kəmərlərində quraşdirilmış qoruyucu, tənzimləyici və bağlayici armaturların sazlığı istismara buraxılmazdan əvvəl, təsdiq olunmuş cədvələ əsasən, vaxtaşırı MTİ rəhbərliyi altında yoxlanılmalıdır. Yoxlamanın nəticələri növbə jurnalında qeyd olunmalıdır.
3.5.1.2 Yanğın təhlükəli mayelərin səviyyə ölçənləri yanğın baxımından təhlükəsiz olmalıdır. Ölçü şüşələri 0,6 MPa çoz olmayan izafi təzyiq altında işləyən aparat və tutumlarda o zaman istifadə oluna bilər ki, şüşələr mexaniki zərbədən qorunsun, birləşdirici borucuqları avtomatik bağlayan klapanları və şüşədə buraxıla bilən səviyyəni göstərən qırmızı xətt olsun.
3.5.1.3 Avadanlıqların istilik izolyasiyası yanmayan materialdan olmalıdır. İstilik izolyasiya-sının yanğın təhlükəli mayelərlə hopmuş hissəsi məhsulun sızmasına səbəb olan zədələnmiş sahəsinin bərpasından sonra dərhal dəyişdirilməlidir.
3.5.1.4 Rektifikasiya kolonlarının, istidəyişdiricilərinin və digər aparatların gövdəsində neft və neft məhsullarının sızması aşkar edildikdə, həmin məhsullarının alovlanmasının qarşısını almaq üçün sızan yerlərə dərhal su buxarı verilməlidir.


Separatorlar
3.5.1.5 0,7 MPa izafi təzyiq altında işləyən separatorların və digər aparatların işə salınması və istismarı «Pravila ustoroystva i bezopasnoy ekspluatasii sosudov, rabotayuşix pod davleni-em» qaydalarının tələblərinə uyğun aparılmalıdır.
3.5.1.6 Erilift quyularının separatorlarından çıxan qaz-hava qatışığı hava tərkibinə görə yoxlanılmalıdır. Qaz-hava qatışığında havanın həcm hissəsi 70%-dən çox olmamalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə