Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Quyuların quyudibi zonasının azotlu qızdırılmış



Yüklə 2,46 Mb.
səhifə44/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Quyuların quyudibi zonasının azotlu qızdırılmış
karbohidrogen mayelərlə işlənilməsi
3.4.1.39 Qızdırıcı qurğu quyu ağzından və azotlu karbohidrogen mayesi vuran aqreqatlardan, həmçinin bu mayeni daşıyan avtosisternlərdən 25m-dən az olmayan məsafədə yerləşdirilməli-dir.
3.4.1.40 Qızdırıcı qurğu, ondan sonra quraşdırılmış avadanlıq və onların birləşmələri və quyu ağzı avadanlıqlar isti məhsulun temperaturundan ən azı 500 C yuxarı temperatura davamlı olmalıdır.
3.4.1.41 Azot və qızdırıcı qurğuların karbohidrogen mayesini vurmaq üçün basqı xətləri qoruyucu və əks klapanlarla təchiz olunmalıdır.
3.4.1.42 Karbohidrogen mayesi saxlanılan tutumun yanında yanğın postu qurulmalıdır.
3.4.1.43 Azotlu karbohidrogen mayesi ilə iş aparılan zaman quyuya verilən isti məhsulun təzyiqinə və temperaturuna mütəmadi nəzarət edilməlidir. Təzyiq və temperatur layihədə göstərilən qiymətdən çox olmamalıdır.
3.4.1.44 Quyunun azotlu karbohidrogen mayesi ilə işlənilməsindən sonra hava quyunun hava ilə mənimsənilməsi qadağandır.
Layın hidravlik yarılması
3.4.1.45 Qış aylarında donmuş manifoldun açıq odla qızdırılması qadağandır.
3.4.1.46 Elektrik güc qurğusunun yanacaq bakları yanğından və zədələnmədən təhlükəsiz yer-də yerləşdirilməlidir.
3.4.1.47 Yanar maddələr daşıyan avtosisternlərin üzərində “Oddan təhlükəlidir” sözləri yazıl-malı və onlar karbon qazlı odsöndürənlə, keçə (ölçüsü 2x2) və bellə təchiz edilməlidir.


Laydaxili yanma
3.4.1.48 Laydaxili yanma (LDY) işləri bu işlər üzrə müəssisənin səlahiyyətli nümayəndəsinin və müəssisə üzrə əmrlə təyin edilmiş cavabdeh şəxsin iştirakı ilə, müvafiq qaydada təsdiqlənmiş layihəyə əsasən aparılmalıdır.
3.4.1.49 LDY aparılan sahə “Ehtiyatlı olun! Lay yandırılır” sözləri yazılmış xəbərdaredici pla-katlarla təchiz edilməlidir.
3.4.1.50 Laydaxili yanma işləri aparılan sahədə basqı, müşahidə və istismar quyularının quyu-ağzı avadanlıqlarının germetik bağlanması təmin edilməlidir.
3.4.1.51 Yanmanı yaratmaq üçün havadan istifadə edtikdə, havanı quyuya vurmazdan əvvəl quyuağzı armaturun üstü və elektrik qızdırıcısının ətrafında yerləşən quyudaxili avadanlıqlar neftdən təmizlənməlidir.
3.4.1.52 Sıxılmış havanın sınaq üçün vurulması zamanı istismar quyularından çıxan qaz qatışı-ğının tərkibinə daima nəzarət edilməlidir. Quyudan çıxan qaz qatışığının tərkibində oksigenin miqdarı 10%-dən çox olmamalıdır. Əks halda quyunun istismarı dayandırılmalı və quyu müşahidə rejiminə keçirilməlidir.
3.4.1.53 Laydaxili yanmanın təsiri altında olan obyektlər (quyular, ölçü qurğuları) təzyiq və temperatura məsafədən nəzarət vasitələri ilə təchiz edilməlidir.
3.4.1.54 Yanmanı başlamaq üçün istifadə olunan elektrik qızdırıcıları zavod istehsalı olmalı, işçi parametrlərə və bu Qaydanın müvafiq tələblərinə cavab verilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə