Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Boru kəmərləri (neft və qaz kəmərləri)



Yüklə 2,46 Mb.
səhifə52/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Boru kəmərləri (neft və qaz kəmərləri)
3.5.1.70 Tutumları aparatlarla, qurğularla və tikililərlə birləşdirən boru kəmərlərinin hər xətti üçün üzərində xüsusi qeydiyyatı və bağlayici armaturlarının sira sayları göstərilən texnoloji sxem tərtib olunmalıdır.
Xidməti heyət siyirtmələrin yerləşmə sxemini və təyinatını, həmçinin boru kəmərlərinin xidməti üzrə təlimatı bilməli, onları qəza və yanğın vaxtı səhvsiz və tez başqa istiqamətə keşirməyi bacarmalıdır.
Müəssisənin baş mühəndisinin təsdiqlədiyi yeni sxem olmadan, işlək boru xətlərinin yerləşmə sxemində dəyişiklik aparılması qadağandır.
3.5.1.71 Neft və qaz kəmərlərinin üfürülməsi, möhkəmliyə və germetikliyə sınağı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir.
3.5.1.72 Qaz kəmərlərinin qazla üfürülməsi və sınağı zamanı əhatəyə alınmış sahədə mühərriki işləyən avtomobil və traktorların olması, açıq alovdan istifadə edilməsi və siqaretin çəkilməsi qadağandır.
3.5.1.73 Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə, qəza sahəsi çəpərlənməli, xəbərdaredici işarələr qoyulmalı, burada nəqliyyatın hərəkəti dayandırılmalı və qəzanı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Xəbərdaredici işarələr qaz kəmərinin zədələnən yerindən şosse yolunun hər iki tərəfində 800 m-dən az olmayan məsafədə qurulmalıdırş.
Bu barədə dəmir yol xidmətinə dərhal xəbər verilməlidir.
3.5.1.74 Boru kəmərlərinin siyirtmələri, ventilləri, kranları və digər bağlayıcı qurğuları saz vəziyyətdə olmalı və əlçatan yerdə quraşdırılmalıdır ki, boru xətlərinin ayrı-ayrı sahələrinə daxil olan neft və qazın tam kəsilməsini təmin edə bilsin. Boru kəmərlərinin bağlayıcı qurğularında hər cür nasazlıq dərhal aradan qaldırılmalıdır.
3.5.1.75 Qaz kəmərləri birləşmələri yalnız qaynaq yolu ilə aparılmalıdır. Yivli flans birləşmə-lərinə yalnız kəsici qurğu, kondensatorlar, NÖC və digər armaturların quraşdırıldığı yerlərdə icazə verilir.
Neft və neft məhsulları boru kəmərlərinin birləşməsi qaynaq, mufta və maye keçirməyən araqatlı flansların tətbiqi ilə olmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə