Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Flans birləşmələrinin araqatları yüksək temperaturda dağılmayan və deformasiyaya uğramayan materiallardan hazırlanmalıdır. 3.5.1.77



Yüklə 2,46 Mb.
səhifə53/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.5.1.76 Flans birləşmələrinin araqatları yüksək temperaturda dağılmayan və deformasiyaya uğramayan materiallardan hazırlanmalıdır.
3.5.1.77 Neft və qaz kəmərlərində əmələ gələn tıxacların təmizlənməsində, borunun gövdəsinə sürtünmə və ya zərbə nəticəsində qığılcım yarada bilən polad çubuqlardan və digər tərtibatlardan istifadə edilməsi qadağandər.
3.5.1.78 Quruda quraşdırılmış bağlayıcı qurğulara baxış keçirildikdən və ya onlardan istifadə edildikdən sonra quyunun qapağı dərhal bağlanmalıdır. Borulara baxış üçün açılmış qanovlar baxışdan sonra dərhal örtülməlidir.
3.5.1.79 Siyirtmə, kran və ventillər səlis açılıb-bağlanmalıdır.
Siyirtmələrin açılıb bağlanmasında qığılcım verən ling, boru və digər alətlərdən istifadə etmək qadağandır.
3.5.1.80 Vakuum qazyığıcı şəbəkənin daxilində partlayış təhlükəli qatışığının əmələ gəlməsi-nin qarşısını almaq üçün vacuum qazyığıcısındakı havanın tərkibinə nəzarət edilməli, bağlayıcı qurğular bağlanmalı, quyunun vacuum kollektorunun şaxələri açıldıqda və ya söküldükdə qaz kəmərində qapayıcılar qoyulmalıdır.
3.5.1.81 Bandaj quraşdırılmış neft və qaz kəmərlərinin istismarı qadağandır.
3.5.1.82 Çənlər parkının bəndlərinin içinə daxil olmazdan əvvəl bütün boru kəmərlərində bağlayıcı armaturların olmasına baxmayaraq, tutumları obyektin daxili şəbəkəsindən ayırmaq üçün çənlərin yanında siyirtmələr qoyulmalıdır.
3.5.1.83 Məhsulun qəza zamanı boşaldılması üçün istifadə edilən boru kəmərlərinin vəziyyəti hər dəfə qurğu işə salınmazdan əvvəl və iş prosesində vaxtaşırı yoxlanılmalıdır.


Qazın aşağı temperaturlu separasiyası (ATS)
3.5.1.84 Quyudan gələn yerüstü atqı xəttində (şleyfdə) uyğun hesablanmış kompensatorlar quraşdırılmalıdır.
3.5.1.85 ATS qurğularının çıxışındakı kollektorlarda (qaz və kondensator yığma) baypasla təchiz olunmuş əks klapan quraşdırılmalıdır.
3.5.1.86 Separatorlardan kondensat çəninə gedən xətdə əks klapan quraşdırılmalıdır.
3.5.1.87 Çənlərə yığılması üçün kondensatın boru kəmərlərinə vurulması zamanı atqı qazının təzyiqi artırılmamalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə