Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Qrup şəklində yerləşən quyuların qazılması və istismarı



Yüklə 2,46 Mb.
səhifə54/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   50   51   52   53   54   55   56   57   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Qrup şəklində yerləşən quyuların qazılması və istismarı
zamanı yanğın təhlükəsizliyi tələbləri
3.5.1.88 Quyuların və qazma avadanlıqlarının (texniki qurğuların) meydan-çalarında yerləş-dirilməsi, rayonun spesifik xüsusiyyətləri nəzərə alınmaqla Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə(bundan sonra Agentlik) razılaşdırılmış quraşdırma sxemı üzrə aparılmalıdır.
Qrup şəkilində yerləşən quyu meydançalarında quyuların sayı, quyuların toplanmış sərbəst debiti 5000 t/sut-dan çox olmayan və qaz amili 200 m3/saat-dan çox olmayan obyektlərin sayından asılı olaraq yatağın işlənməsi layihəsinə əsasən, 16-dan çox olmamaq şərti ilə götürülür.
Quyuların meydançada yerləşdirilməsi quyu ağzı məsafələr 15m-dən az olmayaraq götürülməklə tək-tək və ya 2-4 quyu yerləşdirilən qrup şəkilində həyata keçirilir.
Meydançanın qabarit ölçüləri qrupda olan quyuların sayından və mümkün qəza vəziyyətinin (yanğın, fontan) ləğvində istifadə olunan xüsusi texnikanın, mühəndis tikililərinin və kommunukasiyalarının və s. yerlşdirilməsindən asılı olaraq seçilir.
3.5.1.89 Neftqazçıxarma idarələrində (NQÇİ) mümkün qəzaların ləğvi məqsədilə quyuların hər bir qrup meydançaları üçün SİTG və DMND Agentliyi ilə, Açıq neft və qaz fontanlarının qarşısının alınması və ləğvi üzrə hərbiləşdirilmiş xidmətlə razılaşdırılmış plan tərtib olunmalıdır.
Ayda bir dəfədən az olmayaraq qazma işləri və neftqazçıxarma idarələrində quyu qrupu meydançasında mümkün qəzalarnın ləğvi ilə əlaqəli şəxslərlə təlim dərsləri keçirilməlidir.
3.5.1.90 Qazma işləri qurtarmış hər bir quyu (və ya quyu cütlüyü) yarımstasionar sulama qurğusu ilə təchiz olunmalı və o meydançanın su təminatı sisteminə qoşulmalıdır.
3.5.1.91 Birləşdirilmiş quyu qrupları meydançalarında eyni zamanda qazma, mənimsəmə və quyunun istismarı üzrə müxtəlif müəssisələrin bir neçə struktur bölmələri tərəfindən görülən işlərə ümumi rəhbərlik birgə verilmiş əmrlə NQÇİ-nin MTİ-dən təyin olunur.
3.5.1.92 Qazma, vışkaquraşdırma və mənimsəmə briqadaları quyu qrupları yerləşən meydançada işləyən zaman mərkəzi dispetçer məntəqəsi ilə iki tərəfli radio və ya telefin əlaqəsi yaratmalıdırlar, həmçinin ilkin yanğısöndürmə vasitələri iə təmin olunmalıdırlar.
3.5.1.93 Qyuların qrup şəkilində yerləşdiyi meydançada qazma və istismar işləri zamanı bütün nəqliyyat vasitələrinin meydançada hərəkəti işin rəhbəri tərəfindən müəyyən edilməli və təsdiqlənməlidir.
Qəza hallarında nəqliyyat vasitələri üçün köçürülmə yolları nəzərdə tutulmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə