Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Təmir quraşdırma işlərinə olan yanğın təhlükəsizliyi tələbləri



Yüklə 2,46 Mb.
səhifə57/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.7 Təmir quraşdırma işlərinə olan yanğın təhlükəsizliyi tələbləri


3.7.1 Neft və qaz quyularının əsaslı və cari (yeraltı) təmiri
3.7.1.1 Quyudan çıxan qaz quyu ağzından 25 m-dən az olmayan məsafəyə ötürülməli və qaz ötürülən tərəfdə adamlar, açıq od, işləyən mühərriklər, avtonəqliyyat vasitəsi olmamalıdır. Qaz ötürülən xətt bərkidilməlidir.
3.7.1.2 Boru və ştanqların burulub açılması və bərkidilməsi üçün aparatlara elektrik enerjisinin verılməsi üçün nasaz kabellərdən istifadə etmək qadağandır.
3.7.1.3 Boru və ştanqların endirilib qaldırılması üçün elevator quyu ağzına səlis və zərbəsiz yerləşdirilməlidir ki, qığılcımın əmələ gəlməsin.
3.7.1.4 Boruların qaldırılıb-endirilməsi zamanı uzun müddətli fasilə yarnarsa, quyunun ağzı germetik bağlanmalıdır. Qaz-neft təzahürü baş verə biləcək quyularda tullanışa qarşı avadanlıq quraşdırılmalıdır.
3.7.1.5 Neftlə dolu boru qaldırıldıqda neftin dağılmasının və sıçramasının qarşısını alan tərtibat quraşdırılmalıdır.
3.7.1.6 Qum tıxaclarının su ilə yuyulması zamanı yuyucu maye sənaye kanalizasiyasına və ya tutuma ötürülməlidir.
3.7.1.7 Neft qaz təzahürü təhlükəsi olan quyularda qum tıxaclarınım yuyulması zamanı tullanışa qarşı siyirtmə və ya germetikləşdirici qurğu quraşdirilmalıdır.
3.7.1.8 Yuyulma, tıxacların təmizlənməsi və ya svablama iələri aparılan quyunun işçi meydançasını yumaq üçün ventil və ştanqla təchiz olunmuş su xətti çəkilməlidir.
3.7.1.9 Quyunun dibi təmizlənən zaman qığılcım əmələ gəlməməsi üçün burazın (kanatın) quyu ağzına sürtünməsinə yol verilməməlidir. Bunun qarşısını almaq üçüm quyu ağzı mis qıfla təchiz olunmalıdır.
3.7.1.10 Qum tixaclarının jelonka ilə təmizlənməsi zamanı iş sahəsi metal qarmaqla, qaytarıcı yastıqlı yeşiklə, qanovla və su xətti ştanqı ilə təmin olunmalıdır. Jelonkanın bilavasitə işçi meydançasının döşəməsinə boşaldılması qadağandır.
3.7.1.11 Quyularda neft-qaz təzahürü mövcuddursa, sementləmə işinə başlamaq qadağandır.
3.7.1.12 Qaldırıcı traktor quyu ağzından 25 m-dən az olmayan məsafədə və səyyar aqreqatlar küləyin istiamətində quraşdırılmalıdır. Qaldırıcı traktorun və səyyar aqreqatın yanacaq və sürtkü materialları ilə çirklənmiş ərazidə yerləşdirilməsi qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə