Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə50/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   46   47   48   49   50   51   52   53   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Elektrik dehidratorları
3.5.1.45 Elektrik avadanlöqlarında qəza və yanğın baş verərsə, həmçinin qəza və yanğının qarşısını almaq lazım gələrsə, elektrik dehidratorlar müvafiq açarlar vasitəsilə elektrik şəbəkə-sindən açılmalı və yalnız bundan sonra qəza və yanğının ləğvi işlərinə başlanılmalıdır.Yanğın karbon qazı və tozlu odsöndürülənlərlə söndürülməlidir.
3.5.1.46 Elektrik dehidratorları işləyən zaman elektrodların qapanması və ya neftin kanaliza-siyaya axıdılması hallarının baş verməməsi üçün faza ayrıcı səviyyə (neft-su) verilən həddə saxlanılmalıdır. Elektrik dehidratorlar, verilən xammalın səviyyəsinin azalması hallarına qarşı gərginliyi avtomatik aşağı salan cihazla təchiz olunmalıdır.
3.5.1.47 Elektrik dehidratorlarda suyun drenajı avtomatik və qapalı üsulla həyata keçirilməli-dir.
İstilikdəyişdiricilər
3.5.1.48 İstilikdəyişdiricilərin altındakı meydançanın, tökülmüş neftin hidravlik sürgüdən keçərək sənaye kanalizasiyasına ötürən qanova axını olmalıdır. Meydança neftin yuyulması üçün tərtibatlarla təmin edilməlidir.
3.5.1.49 İstilikdəyişdiricilərin temperaturun təsirindən zədələnməməsi üçün onların qızdırılma-sı və soyudulması səlis (rəvan) aparılmalıdır.
3.5.1.50 Boru və boruarası sahədən yanar mayelərin boşaldılmasına yalnız istilikdəyişdiricilə-rin soyudulmasından sonra icazə verilir.
3.5.1.51 Kondensatorların, soyuducuların və istilikdəyişdiricilərin səthindən ərpin təmizlənmə-si müəyyən olunmuş vaxtda aparılmalıdır.
3.5.1.52 İstilikdəyişdiricilər və qızdırıcılar həlledicilərlə təmizləndikdən sonra onlar su ilə təmiz yuyulmalı və havası dəyişdirilməlidir.
3.5.1.53 Təzyiq altında işləyən aparatların daxilində quraşdırılmış buxar qızdırıcılardan istifa-də edərkən, daxil olan buxar və ötürücü kondensat xətlərində qızdırıcının sıradan çıxması nəticəsində qazanxanaya qaz sızmasının qarşısını almaq üçün qurğular nəzərdə tutulmalıdır. Daxili qızdırıcıları istilik şəbəkəsindən ayırmaq üçün aparatlardakı təzyiqə hesablanmış bağlayıcı armatur olmalıdır.
3.5.1.54 Borucuqların kip olmayan birləşmələrindən neft və neft məhsullarının sızması baş verdikə, ventilyatorun qoruyucu hissələri sıradan çıxdıqda və ventilyatorda titrəyiş olduqda hava ilə soyudulan aparatların istismarı qadağan edilir.
3.5.1.55 Hava ilə soyudulan aparatlar yanğın halları üçün nəzərdə tutulan əməliyyat otağında quraşdırılan məsafədən idarəetmə qurğusu ilə təchiz olunmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə