Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Separatorlarda mayenin yığılıb kompressorun qəbul borusuna düşməsinin qarşısı alınmalıdır. 3.5.1.8



Yüklə 2,46 Mb.
səhifə46/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.5.1.7 Separatorlarda mayenin yığılıb kompressorun qəbul borusuna düşməsinin qarşısı alınmalıdır.
3.5.1.8 Separatorlar səviyyəölçən və nefti avtomatik boşaldan qurğu ilə təchiz olunmalıdır.
3.5.1.9 Separatorların lyuklarının açılmasına yuxarıdan başlamaq lazımdır.


Çən və çənlər parkı
3.5.1.10 Çən və çənlər parkının istismatı və təmiri işləri qüvvədə olan müvafiq sənədlərin və “Neft anbarlarının istismarı vaxtı partlayış və yanğın təhlükəsizliyi” təlimatının tələblərinə uyğun aparılmalıdır. Hər bir çən parkı üçün texnoloji xəritə və yanğının söndürülməsinin ope-rativ planı olmalıdır.
3.5.1.11 Çən və çənlər parkının istismarı zamanı aşağıdakı tələblər yerinə yetirilməlidir:
ənlərin bəndləri və hasarları saz vəziyyətdə saxlanılmalı və qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olmalıdır;
- çənlərin gövdəsi yerləbirləşdirmə sistemi ilə təmin olunmalıdır4
- çən və çənlər parkı yanğından mühafizəyə aid təbliğat lövhələri ilə təchiz edilməlidir;
- yanğınsöndürmə dayaqlarında olan siyirtmələr və vetillər işçi vəziyyətdə olmalıdır;
- dairəvi yanğınsöndürmə xəttində daim 5-6 atm təzyiq altında suyun olması təmin edilməlidir.
3.5.1.12 Mexanikləşdirilmiş yanğınsöndürmə vasitələrinin çənlər parkı ərazizisinə keçməsi üçün torpaq səddinin üzərindən müəssisənin rəhbərliyinin icazəsi ilə yerli yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmaqla keçidlər quraşdırılmalıdır.
3.5.1.13 Bənd daxilində və onun üzərində boruların çəkilməsi və təmir işlərinin aparılması üçün qazılan xəndəklər iş başa çatdıqdan dərhal sonra doldurulmalı və bənd bərpa edilməlidir.
3.5.1.14 Çənlər parkında boru kəmərləri kommunikasiyaları elə quraşdırılmalıdır ki, qəza zamanı neftin bir çəndən digər çənə vurulması mümkün olsun.
3.5.1.15 Çənə maye doldurulan zaman onun sıçramasına və ya gur şırnaqla tökülməsinə yol verilməməmlidir. Doldurma borusunun ucu ilə çənin dibi arasında­kı məsafə 0,2 m-dən artıq olmamlıdır.
Boş çənləri doldurarkən yükləmə borusunun (məhsul vuran borunun) ucu maye ilə örtülənə qədər vurulan məhsulun sürəti 1m/san-dən artıq olmamalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə