Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Avtosistern və nasos aqreqatları quyu ətrafında müvafiq texniki şərtlərin tələblərinə uyğun yerləşdirilməlidir. 3.4.1.27



Yüklə 2,46 Mb.
səhifə43/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.4.1.26 Avtosistern və nasos aqreqatları quyu ətrafında müvafiq texniki şərtlərin tələblərinə uyğun yerləşdirilməlidir.
3.4.1.27 Quyuların qazkondensatla işlənilməsi zaman qazkondensatın avtosisterndən bunkerə və aqreqata vurulması qadağandır.
3.4.1.28 Quyunun qazkondensatla işlənilməsi başa çatdıqdan sonra aqreqatın manifold xətti və quyunun armaturu su ilə yuyulmalıdır.
Quyunun armaturunda sürğü bağlandıqdan və təzyiq atmosfer təzyiqinə qədər endirildikdən sonra manifoldun ayrılmasına icazə verilir.


Quyuların quyudibi zonasının termoinjektorla işlənməsi
3.4.1.29 Dozalaşdırıcı nasosun yanacaq bakı olan xizəyində quraşdırılmış elektrik avadanlıq-ları partlayışdan mühafizəli olmalıdır.
3.4.1.30 Elektrik avadanlıqları olan kompressorlar quyu ağzından 10m-dən, daxili yanma mühərrikli (DYM) kompressorlar isə 25m-dən az olmayan məsafədə quraşdırılmalıdır.
3.4.1.31 Yanacaq tutumu işlənmiş qaz atqı xəttindən əks tərəfdə və quyu ağzından 10m-dən az olmayan məsafədə quraşdırılmalıdır.
3.4.1.32 Partlayıcı maddənin partladıcı qurğuya daxil edilməsi onun lubrikatora endirilmə-sindən qabaq aparılmalıdır.
3.4.1.33 Partlayıcı qurğunun balonunun etiltərkibli benzinlə doldurulması qadağandır.
3.4.1.34 Partladıcı qurğu lubrikatora mərkəzi siyirtmənin bağlı vəziyyətində yerləşdirilməli-dir. Partlayıcı qurğunu endirən aparatın məftili elə tarım çəkilməlidir ki, qurğu siyirtmənin şiberinə toxunmasın.


Quyuların quyudibi zonalarının quyudibi elektrik qızdırıcıları ilə işlənilməsi
3.4.1.35 Kabelin eletrik qızdırıcısının başlığına girəcək qovşağı, həmçinin klemma boşluğu tam germetikləşdirilməlidir.
3.4.1.36 Kabelin elektrik qızdırıcıları ilə klemma birləşməsinin konstruksiyası elə olmalıdır ki, kabel şaxəsinin ucluğunun qırılması istisna olsun.
3.4.1.37 Kabel yüksək temperatura davamlı, bütün uzunluğu boyu bütöv olmalıdır.
3.4.1.38 Quyuya salınmazdan əvvəl kabelin vəziyyəti yoxlanılmalıdır. Əgər onun şaxələrin-dən biri qırılmış olsa, kabelin quyuya salınmasına icazə verilmir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə