Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə39/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Kompressor stansiyaları
3.3.22 Kompressor stansiyalarnın istismarı istehsalçı zavodun təlimatının, «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları»nın tələblərinə uyğun aparılmalıdır.
3.3.23 Hər sıxılma pilləsindən sonra yağdan təmizlənməmiş sıxılmış qazla və ya hava ilə kom-pressorun işləməsinə yol verilməməlidir. Kompressor işləyən zaman yığılmış yağ yağayrıcıdan müntəzəm olaraq boşaldılmalıdır.
3.3.24 Standart atmosfer şəraitində (təzyiq 0,1MPa və temperatur 200C) qazkompressorun sorucu xəttinə daxil olan qaz-hava qarışığının tərkibində oksigenin həcmi hissəsi 10%, 5 MPa təzyiqə qədər sıxıldıqda 7% , 10 MPa təzyiqə qədər sıxıldıqda-6%, 20 MPa qədər-5% və 35MPa təzyiqə qədər sıxıldıqda 3%-dən artıq olmamalıdır.Qaz-hava qatışığının tərkibində oksigenin miqdarına nəzarət, hər yeni quyu qoşulduqda və ya açıldıqda, onların iş rejimləri dəyişdikdə, lakin yerli təlimatda göstərilən müddətdən az olmayaraq aparılmalıdır.
3.3.25 Qaz kompressorlarının qəbul və atqı boru xətlərinin təmirindən sonra onlar müvafiq tikinti normalarına uyğun metodika üzrə işçi agentlə germetikliyə yoxlanmalıdır. Qaz sızması aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan qaldırılmalıdır. Qaz sızması aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan qaldırılmalıdır.
3.3.26 Kompressor stansiyaları avtomatik xəbərverici qazanalizator qurğuları ilə təmin olun-malıdır.
Qaz kompressor stansiyasında kompressor qurğusu ilə əlaqəsi olmayan aparat və avadanlıqla-rın yerləşdirilməsinə icazə verilmir.
3.3.27 Ehtiyyatda olan kompressorların qəbul və vurma xətləri bağlı vəziyyətdə saxlanılmalı-dır.
3.3.28 Hava kompressorları üçün hava binanın xaricindən götürülməlidir. Buxar və yanar qazların yığılması etimal olunan yerlərdən havanın götürülməsinə icazə verilmir. Kompressora buxar və yanar qazın daxil olması aşkar edilərsə, kompressorun işi dərhal dayandırılmalıdır.
3.3.29 Partlayış təhlükəli qazların bir yerdə yığılmasının qarşısını almaq üçün kompressor stansiyası ərazisində zirzəmilərin, kanal və çuxurların yerləşdirilməsinə icazə verilməməlidir. Əgər bu qurğuların olması vacibdirsə, onlar ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
3.3.30 Kompressor yerləşən otaqda yanğın baş verdikdə, yanan hissələrin açılması üzrə tədbir-lər görülməli və həmin yerə qazın verilməsi dayandırılmalıdır.
Metal konstruksiyaların, boru xətlərinin dağılmasının qarşısını almaq üçün onlar su axını ilə soyudulmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə